Amerika Bakı və Tiflisə atom bombası atır. Bəs, İrəvan?
Amerika Bakı və Tiflisə atom bombası atır. Bəs, İrəvan?
Nüvə klubu: Rusiya+Çin+Şimali Koreya ittifaqı ABŞ+Fransa+Böyük Britaniya+Pakistan+Hindistan+İsrailə qarşı 15 sentyabr 1945-ci ildə ABŞ Müharibə Departamenti tərəfindən Sovet İttifaqına qarşı yönəlmiş nüvə hücumu planı təsdiq olundu.
O vaxt ABŞ ilə Sovet İttifaqı rəsmən müttəfiq idi. Ancaq Amerikanın dünyada hegemon rol oynamaq ambisiyası getdikcə daha çox vüsət alırdı. ABŞ-ın xarici siyasəti illüziya və paranoyya elementi ilə zəngindir. Qiyamət gününün gəlişinə hesablanmış ssenarisi 70 ildən artıqdır ki, rəsmən Pentaqonun gündəmindədir. ABŞ-ın çoxsaylı nüvə müharibəsi planları Sovet İttifaqı, Şərqi Avropa və Çində 1200 şəhər ərazisini hədəf alıb. 1956-cı il Strateji Hava Komandanlığının nüvə zərbəsi ilə bağlı rəsmi sənədləri yalnız 2015-ci ilin dekabrında məxfilik statusun itirib və araşdırmalar üçün açıq elan olunub. Uzun müddət senzurasının obyekti olan sənədlər insanı dəhşətə gətirir. Hal-hazırda nüvə silahından istifadə super-güclər arasında qaçılmaz olaraq hərbi eskalasiyaya və müvafiq olaraq bəşəriyyətin sonunu gətirə biləcək təhlükəni nişan verir. Amerikanın nüvə zərbəsi planı nəinki Rusiyaya və ya Çinə qarşı, bütünlükdə bəşəriyyətə qarşı görünməmiş miqyasda soyqırım planlaşdırmaq deməkdir. Təəssüf ki, Pentaqon Amerikanın nüvə müharibəsində qalib gələ biləcəyinə sarsılmaz inam bəsləyən generallarla doludur. ABŞ-ın artıq İtaliya, Almaniya, Belçika və Hollandiyada yerləşdirdiyi B61-12 nüvə bombasının sınaq atışlarında F-16 qırıcı təyyarəsindən istifadə olunub. Ehtimal ki, B61-12 bombaları da ABŞ tərəfindən Polşaya verilib: Polşanın F-16 qırıcıları 2014-cü ildən NATO-nun nüvə hücumu təlimlərində iştirak edir. Moskva Siyasi-Hərbi Araşdırmalar Mərkəzinin baş eksperti Vladimir Kozin “Grandangolo TV” proqramına müsahibəsində bəyan edir ki, ABŞ-ın nüvə silahlarının Latviya, Litva və Estoniyada və Polşaya yerləşdirildiyinə dair dəqiq faktlara əsaslanan dərin şübhələr var. Ən azı Amerika həmin ölkələrə öz nüvə silahını sürətlə yerləşdirə bilər. Əslində Rusiyanın Belarusa və Kalininqrada nüvə silahı yerləşdirmək istəyi bu təhlükəyə cavab xarakteri daşıyır. ABŞ+NATO ittifaqının Rusiyaya qarşı hərbi eskalasiyası Avropanı nüvə müharibəsinin astanasına gətirib çıxarıb. Qərbin siyasi-media kompleksi bütün bunlara susqunluqla pərdə çəkir ki, Avropa ictimai rəyi təşvişə düşüb bu təhlükəyə adekvat reaksiya verməsin. ABŞ Müdafiə Nazirliyinin 2003-cü ildə təqdim etdiyi statistik məlumatlara görə, həmin il Avropada 100.000 Amerika əsgərinin mövcudluğu da daxil olmaqla, 38 ölkədə təxminən 725 Amerika hərbi bazası var idi. On il sonra, 2012-ci ilə qədər qlobal miqyasda mövcud olan 750 ABŞ hərbi bazasında 1,4 milyon Amerika əsgəri xidmət edirdi. Digər hesablamalar göstərir ki, amerikalılar xaricdə 1000-dən çox hərbi obyektə sahibdir. Bazalar şəbəkəsi o qədər genişdir ki, hətta Pentaqon belə Amerikanın xaricdəki hərbi bazalrının dəqiq sayını bilmir. 1945-ci ildə Xirosima və Naqasakiyə atam bombası atdıqdan üzü bəri ABŞ nüvə silahlarına toplam 7,2 trilyon dollar xərcləyib. 70 min nüvə silahı istehsal edib. 1991-ci ildə Soyuq müharibə başa çatanda ABŞ-ın hərbi arsenalında 23 min nüvə başlıqlı silah vardı. Onlardan 480 ədədi hazırda Avropada saxlanılmaqdadır. O cümlədən, Türkiyənin İncirlik hərbi bazasında da Amerikanın nüvə başlıqlı silahları var... ABŞ-ın hərbi obyektləri ən sıx Almaniyada (218), Yaponiyada (115) və Cənubi Koreyada (86) yerləşir. Almaniyada 53.766, Yaponiyada 39.222, Cənubi Koreyada isə 28.500 Amerika əsgəri hərbi xidmətdədir. Yaponiya iqtisadi göstəricilərinə görə dünyada ABŞ və Çindən sonra 3-cü yerdədir. Almaniya isə 4-cü yerdə qərar tutub. Buna baxmayaraq Almaniya və Yaponiya II Dünya Müharibəsində məğlubiyyətdən dolayı hələ də ABŞ+Böyük Britaniya ittifaqının qarşısında aciz görünür. Belə ki, öz suveren ərazilərində Amerika bazalarına yer vermək zorundadırlar. Eyni zamanda bu ölkələr Amerikanın törətdiyi bütün müharibələrə birmənalı şəkildə dəstək verirlər. Hazırda Ukrayna müharibəsinə görə ABŞ başda olmaqla Qərbin küncə sıxışdırdığı Rusiya dəfələrlə nüvə silahına əl atacağı ilə bağlı dünyaya xəbərdarlıq edib. Aydındır ki, Rusiya üçün təhlükə yaransa Vladimir Putin nüvə bombalarının işə düşməsi üçün düyməni basa bilər. Yəni bu təhlükə son dərəcə realdır. Bəşər sivilizasiyası kataklizmlərlə üzləşə, planet ciddi dağıntılara məruz qala bilər. Onu da qeyd edək ki, ABŞ, Rusiya və Çindən başqa Rusiya Fransa, Birləşmiş Krallıq, Pakistan, Hindistan, İsrail və Simali Koreya da nüvə silahına malikdir. Nüvə klubuna daxil olan ölkələrin iki yerə bölünməsi (Rusiya+Çin+Şimali Koreya və ABŞ+Fransa+Böyük Britaniya+Pakistan+Hindistan+İsrail) və bir-birinə qarşı cəbhə açması isə sakini olduğumuz Yaşıl planeti darmadağın edə bilər. Bu ssenari də gündəmdədir... Amerikanın nüvə doktrinası ilə bağlı son dərəcə ilginc bir məqama da toxunmaqda fayda var. Amerikanın ermənilərə xüsusi simpatiyasının olması köhnə söhbətdir. Mələklər şəhəri kimi tanınan Los-Ancelesdə yarım milyon erməninin yaşaması da bu simpatiyanın bariz nümunəsidir... Yuxarıda qeyd etdiyim kimi, II Dünya Müharibəsinin rəsmi başa çatmasından (2 sentyabr 1945-ci il) cəmi iki həftə sonra ABŞ-ın Müharibə Departamenti “Sovet İttifaqını xəritədən silmək” (66 şəhərə 204 atom bombası atmaqla) layihəsini (15 sentyabr 1945-ci il) gündəmə gətirdi. Plana əsasən SSRİ-nin böyük və iqtisadi baxımdan strateji şəhərləri atom bombalarının yağışı altına düşəcəkdi. 66 şəhərin arasında Cənubi Qafqazın Bakı və Tiflis kimi şəhərləri də var. Hətta Batumi, Maxaçqala və Qroznı kimi şəhərlər də o siyahıda yer almışdı. Ancaq nə sirdirsə, Ermənistanın paytaxtı İrəvan SSRİ-nin bombalanması nəzərdə tutulan 66 şəhəri arşına düşməmişdi. Niyəsini özünüz bilirsiz. Elə deyilmi?... Elbəyi Həsənli, Sürix Bu xəritədə-sənəddə SSRİ-nin atom bombası atılası şəhərləri qeyd olunub.
ELBƏYİ HƏSƏNLİ Sürix
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 2026 13:10
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 2026 23:30
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 2026 22:48
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
10 may 2026 23:26
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
