Sən kimi şantaj edirsən, Bəxtiyar Sadıqov?
““Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyətini dayandıracaq”.
“Qafqazinfo” xəbər verir ki, mediamızın sakit üfüqlərində şimşək kimi çaxan bu fikri qəzetin baş redaktoru Bəxtiyar Sadıqov bu gün Milli Məclisdə bəyan edib. Yəni, bir növ kontrabasın yayını qılınc kimi başının üstünə qaldırıb bağıran “Bəxtiyar” filminin qəhrəmanı kimi: “PULUMU VERİN!”
Yəni, mənə dəxli yoxdur, qəzet yaxşı çıxır, ya çıxmır, oxunur ya oxunmur – pulumu verin, vəssalam.
Əsas puldur, özü də 1,5 milyon manat! Nəzərə alaq ki, hələ qəzetin kağızının, mətbəəsinin xərci bu məbləğə daxil deyil.
Rəsmi qəzetin baş redaktoru rəsmi səviyyədə bəyan edib ki, pul verilməsə, qəzeti bağlayacaq.
Əvvəla, bir məsələyə aydınlıq gətirək: Sən kimsən ki, qəzet bağlayasan? Sən ora 21 ildir rəhbərlik edirsən deyə, elə bilirsən ki, artıq qəzet şəxsi əmlakındır və onunla istədiyin kimi davrana bilərsən? Hələ deputat ola-ola özünü o səviyyədə aparırsan ki, Milli Məclisin orqanı olan bir qəzeti şəxsi istəyinlə bağlayacağını elan edirsən. Sən kimi şantaj edirsən?
Gəlin, bir balaca sualların foksunu dəyişək - niyə müəllimin, həkimin, sadə məmurun boğazından kəsib sənin baş redaktor olduğun qəzetə abunə yazdırmalıdırlar, pul verməlidirlər?
Ona görə ki, Cənab Prezidentin hakimiyyətə gəlişinin 19-cu ilinə həsr etdiyin xüsusi buraxılışda başdan-ayağa plagiat yazılar verəsən? Dövlətin və onun liderinin sənin plagiat təbliğatına ehtiyacı var?
Ona görə ki, Türkiyədəki zəlzələdən sonra “Dövlətləri, prezidentləri, sıravi vətəndaşları daha da doğmalaşdıran fəlakət” sözlərini manşetdən yazasan?
Ona görə ki, ötən ilin iyununda Vasif Talıbovu vəsf eləyən kitab buraxıb, adını “Naxçıvan həqiqətləri” qoyasan?
Yaşı yetmişi çoxdan adlamış baş redaktor dövləti şantaj yolunu seçib və bunu ölkənin ali qanunverici orqanının tribunasından edir.
Maraqlıdır, siyasi-ideoloji rəhbəri Ramiz Mehdiyevlə qürur duyduğunu yüksək səslə deməkdən fəxarət olan Bəxtiyar Sadıqov daha nə etməlidir ki, məmləkətimizin adını daşıyan qəzetin hörmətini yerlə bir eləsin.
Spiker Sahibə Qafarovanın şantaj çıxışına münasibətində bir məqamı vurğulayaq: “Bu məsələ ilə bağlı sizinlə digər qurumlar da danışıqlar aparıb. Gərək siz də bu günün tələbinə uyğun iş görəsiniz”.
Kifayət qədər korrekt və səliqəli verilmiş cavabdır. Bu fikrin davamını gətirəsi olsaq, Bəxtiyar Sadıqova sual verilməlidir ki, niyə “Azərbaycan” qəzeti Milli Məclisin yox, “Təzə Pir” məscidinin orqanına oxşayır? Özünün də ifadə etdiyin kimi milyonluq qəzeti gör nə günə salmısan ki, az qalırsan, manşetə də 3-5 manata kiminsə başsağlığını yerləşdirəsən.
65 nəfərin işsiz qalacağı ilə təhdid etmək əvəzinə, niyə özünə sual vermirsən ki, bu qədər adamın iştirakı ilə normal, oxunaqlı, günün tələblərinə uyğun bir qəzet buraxmağı bacarmıram?
Yaxşı olar ki, “Azərbaycan” qəzetini bağlamaq anonsunu vermək əvəzinə, özünün ixtiyarında olanı bağlayasan...
Hələlik ağzını...
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
