Valideynlərin qızıl bağışladığı müəllim danışıb-ağladı (MÜSAHİBƏ)
Maraqlı14 iyun 2023 18:03
"İstəməzdim ki, belə olsun. 31 valideyn yığılıb bu tədbiri təşkil edib”.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında bir neçə gündür sosial şəbəkələrdə və mediada gündəm mövzusuna çevirilən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyeva bildirib.
Müəllim deyib ki, 4-cü siniflərin buraxılışı ilə əlaqədar valideynlərin təşkilatçılığı və təklifi ilə restoranların birində tədbir keçirilib.
- Tədbir deyəndə nəyi nəzərdə tutursuz?
- Valideynlər bildirdi ki, iştirakımla tədbir keçirmək istəyirlər. Mən də bu təkliflə razılaşdım. 27 may tarixində, yəni şənbə günü Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə 4-cü siniflərin buraxılışı ilə əlaqədar restoranların birində tədbir keçirildi. Son da qurama bir hal alındı.
- Deyirsiz bu görüntünü valideynlər bilərəkdən yayıb?
- Xeyr. Elə bir qurma hal demirəm. Valideynlər özləri də çox pis olub. İnanın ki, bütün valideynlər video yayılan günü məktəbə gəldilər və onlar da çox pis olmuşdular. Hamısı məni müdafiə etdilər. Hətta valideynlər özlərini günahkar görərək bildirirdilər ki, əgər bu cür tədbir edirdiksə, gərək bu həddə çatmayaydı. "Kaş müəllimi belə bir vəziyətə çatdırmazdıq və onu pis vəziyyətə salmazdıq", deyirlər.
Heç mən özüm də bunu gözləməzdim. Əgər bir müəllim kimi valideynlərin mənə təqdim etdiyi qızılı rüşvət kimi götürürdümsə, qızıl üzük niyə barmağıma girmirdi? Mənim bu hədiyədən heç xəbərim belə yox idi. Onu rüşvət kimi alsaydım, gizlincə edərdim. Elə bil tələyə düşdüm.
- Neçə ildir sözügedən məktəbdə çalışırsız?
- 40 ildir müəllimlik fəaliyyəti ilə məşğulam. Bunun 35 ilini sözügedən məktəbdə çalışmışam. Görün bu illər ərzində məktəbə neçə direktor məktəbə gedib-gəlib. Pis olsaydım, çoxdan işdən çıxarardılar. O, məktəbdə bu illər ərzində nə qədər hadisələr olub. Heç bir qalmaqalda iştirak etməmişəm, heç vaxt mənə töhmət verilməyib. Yetirmələrimdən müxtəlif vəzifələrdə çalışanlardan tutmuş, şəhid, qazi olanlara kimi var. Heç vaxt valideynləri nəyəsə məcbur etməmişəm. Bunları deyirəm, indi deyəcəklər ki, özünü tərifləyir və yaxud müdafiə edir. Bu hadisəni özümə bağışlaya bilmirəm, məni biabır elədilər. 40 il sonra niyə belə hadisə mənim başıma gəlsin? (ağlayır) Çox söz danışa bilmirəm. Guya bu qızıl tək Yaqut müəllimənin qulağına taxılıb? Heç kimin başına belə bir hadisə gəlməyib?
- Necə olub ki, valideynlər sizə qızıl almaq qərarına gəliblər, digər əşya yox?
- Uşaqlar mənə gül təqdim edəndə özüm ağlamışam. Amma yayılan videoda tam görüntü yoxdur. Videoda elə görünür ki, guya sırğam olmayıb, gəlmişəm ora valideynlər qulağıma qızıl taxırlar. Bu səhnə mənə çox ağır gəlir (ağlayır). Valideyinlər özləri də deyir ki, uşaqlarımız 4 ildir oxuyur, biz sizə heç nə etməmişik. Bu bizim ürəyimizdən gəldi, qızıl aldıq. Ona görə özüm də hansısa valideyindən şübhələnə bilmirəm. Əgər belə idisə, niyə bu hədiyyəni mənə alardılar? Özləri də bu hadisəyə görə məktəbə gəlib, direktorla da görüşdülər. Bildirdilər ki, Yaqut müəllimin heç bir günahı yoxdur. Üzr istəyirəm, onlar bu hadisəni törədəni söyürlər də... Mən özüm də mətəəl qalmışam. İnana bilmirəm ki, burada müəllimin və ya hansısa valideynin əli var. Həyatda görmədiyim bir halla rastlaşdım. Ailəm, tanış-qohumlarım zəng edirlər. Bu hadisə ilə bağlı heç kimdən heç nə eşitmək istəmirəm. Çox utanıram (ağlayır). Bilsəydim ki, belə olacaq, heç vaxt o hədiyyəni qəbul etməzdim. Bu hədiyyəni almaq üçün uzağı hər valideynə 15 manat pul düşüb. Əgər mən tələb edirdimsə, deyərdim gedin bahalı qızıllar alın. Hansısa planım olsaydı, alıb qızılları qoyardım sumkama. Heç buna icazə verməzdim. Bu hədiyyənin verilmsini pis mənada başa düşməmişəm. Dedim valideynlər etmək istəyirlərsə, qoy etsinlər. Bu yaşa çatmışam, belə bir hadisə ilə heç vaxt üzləşməmişəm..
- Bu videogörüntü ilə bağlı ilk dəfə sizi kim məlumatlandırdı?
- Məktəbin rəhbərliyi məlumar verdi. Zəng etdilər ki, siz tədbirdə iştirak edib, qızıl hədiyyə almısınız? Dedim bəli. Necə olmuşdusa elə də dedim.
- Bəs məktəb rəhbərliyinin bu tədbirin keçirilməsindən xəbəri olub?
- Xeyr. Təhsil idarəsi, məktəb rəhbərliyi nəyə görə bu tədbirin keçirilməsini və o hədiyyəni qəbul etməyimi soruşdu. Mən onlara hər bir şeyi izah etdim. Direktor tədbir keçirilməsini qadağan edibmiş. Amma bunu mənə deməyib və heç özüm də soruşmamışam. Şənbə günü olduğundan sinifimlə bu tədbiri restoranda keçirdim və nəticəsi də belə oldu. Mənim səhvim birinci rəhbərliyi məlumatlandırmamağım, ikincisi o hədiyyəni gərək qəbul etməyimdir. Bilsəydim orada iştirak etməzdim. Bu neçə illər ərzində heç bir məktəb rəhbərliyibə söz eşitdirməmişəm. Gərək bunu da etməzdim. Məktəb direktoru da mənə görə töhmət aldı.
- Abşeron-Xızı Regional Təhsil İdarəsinin sizinlə bağlı qərarı nə oldu?
- Təqaüd yaşıma hələ 3 ilə yaxın qalıb. İdarəyə necə olubsa, izahat yazdım. Valideynlər özləri də idarəyə gəldilər. Onlar özləri akt yazdılar ki, müəllimin günahı yoxdur. Hara lazımdırsa, orada izahat verməyə hazırdılar. Daha heç nə bilmirəm. Özüm məşədi xanım, namaz qılan insanam. Heç vaxt əyri yolla iş tutmaram.
- O qızılların aqibəti necə oldu?
- Mən qızılları valideynlərə təqdim etdim. Dedim mənə lazım deyil. Götürmürlər. Onlar da çox pis oldular. Müəllim kimi hər kəsdən xahiş edirəm ki, haqqımda mənfi heç nə yazmasınlar, tanımadan, bilmədən haqqıma girməsinlər.
Oxşar xəbərlər
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
6 fevral 2026 23:21
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
Xəbər lenti
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
Video & Fotoqalereya
Video
Fotoqalereya
