Ayaz Mütəllibovun sabiq mətbuat katibi Teylor Fətişoğlu həbs edildi
Sabiq Prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ona Xətai Rayon Məhkəməsində barəsində açılmış cinayət işi üzrə hökm oxunub. Məhkəmə T.Fətişoğlunu 3 il 6 ay müddətinə həbs cəzasına məhkum edib və məhkəmə zalındaca həbs edilib. Əvvəllər də məhkumluq həyatı yaşamış jurnalist bu dəfə cəzasını ciddi rejimli müəssisədə çəkməli olacaq. Bildirilib ki, T.Fətişoğlu Ağcabədi RPŞ-də istintaq olunan cinayət işi üzrə həbs edilmiş vətəndaş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi ilə bağlı onun atası Bayram Ələsgərovu aldadaraq pullarını ələ keçirib. O, həmin şəxsə özünü Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək hüquq-mühafizə orqanlarında işləyən yüksəkvəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirib. Bunun qarşılığında B.Ələsgərovdan 25 000 manat pul alıb. Bir müddət sonra T.İbrahimovun vədinə əməl etmədiyini görən vətəndaş aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra T.Fətişoğlunun əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəinsdə istintaq aparılıb. Araşdırmalardan sonra Teylor Fətişoğlu barəsində Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 32.4,312.1 (rüşvət verməyə təhrik etmə) və 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başladılıb. Qeyd edək ki, T.Fətişoğlu keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən MTN agenti kimi də tanınıb. Onun barəsində 6 il əvvəl də cinayət işi başlanıb. O, həmin vaxt Ağdamın icra başçısının adından dələduzluq etməkdə təqsirli bilinib. Azadlığa çıxdıqdan sonra T.Fətişoğlu “İdeologiya.az” saytına və “Son Xəbər” yutub kanalına rəhbərlik edib.
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
