Nüvə alimindən SOS!: Azərbaycan bu sahədə İran və Ermənistan qarşısında əliboş qalıb”
Akademik Adil Qəribov: ""İraqın başına gətirdiklərini ona görə İranın başına gətirə bilmirlər ki..."
Radiasiya Problemləri İnstitutunun yaradıcısı, uzun illər “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri olmuş akademik Adil Qəribov “Yeni Müsavat”a müsahibə verib. 200-dən artıq elmi əsərin, 17 müəlliflik şəhadətnaməsinin, 10 patentin müəllifi, 8 elmlər namizədi və 1 elmlər doktoru yetişdirmiş görkəmli alim Azərbaycanda nüvə sahəsi üzrə durumla bağlı həyəcan təbili çalır.
Deyir ki, bu sahədə Azərbaycan iki dost olmayan qonşu ölkə qarşısında əliboş durumdadır: “Azərbaycan üçün real nüvə təhlükəsi yarada biləcək 2 dövlət var. Bunlar İran və Ermənistandır. Çox təəssüf ki, bu gün Azərbaycan nüvə sahəsində bu 2 dövlətə cavab verəcək durumda deyil. 2001-ci ildə yaratdığım radiasiya tədqiqatları sektoru əsasında 2002-ci ildə Azərbaycanda Nazirlər Kabinetinin qərarı ilə Radiasiya Problemləri İnstitutunu yaratdım. İnstitutun istiqamətlərini müəyyən etdim. Onun maddi-texniki bazasını demək olar ki, beynəlxalq qrantların hesabına təmin etdik. Olduqca müasir bir institut formalaşdıra bildim. 2014-cü ildə cənab Prezident bu sahənin inkişafı üçün Milli Nüvə Tədqiqatları Mərkəzi yaratmaq barədə göstəriş verdi. Hər iki təsisat Azərbaycanda nüvə enerjisindən dinc məqsədlər üçün istifadəyə hesablanmışdı. Milli Nüvə Tədqiqatları Mərkəzində kadr hazırlığını gerçəkləşdirdim. Söhbət ondan gedir ki, ölkəyə nüvə silahı ilə təcavüz olsa, biz bu təcavüzdən necə qorunacaq, necə cavab verəcəyik? Ölkəmiz, gələcəyimiz naminə bu sahədə kadr hazırlığı aparırdım. 2021-ci ildə beynəlxalq səviyyədə istinadların sayına görə mərkəzimiz Azərbaycanda birinci yerdə idi. Əfsuslar ki, 2021-ci ilin sonunda mərkəzi bağladılar!
Akademik “Milli Nüvə Tədqiqatları Mərkəzi niyə bağlandı” sualına belə cavab verdi: “Başım çıxmadı, anlamadım ki, Milli Nüvə Tədqiqatları Mərkəzini niyə bağladılar. Mərkəzi bir agentliyin tərkibinə verdilər. Orada mərkəz departament kimi qaldı. Bu gün həmin departamentin taleyi ilə bağlı heç bir şey deyə bilmərəm. Bu gün orada mənim tələbələrim var. Onlardan vəziyyəti soruşsalar... Belə deyək də, mənə elə gəlir ki, bu gün Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət ayırmalıdır. Bu o demək deyil ki, biz nüvə silahı hazırlayaq. Biz nüvə elmlərini, nüvə texnologiyasını inkişaf etdirməliyik. Bu gün bütün dünyada bu sahə güc göstəricisidir. Məsələn, bu gün Rusiyadan niyə qorxurlar? İraqın başına gətirdiklərini niyə İranın başına gətirə bilmirlər? Çünki bilirlər ki, əllərində nüvə materialları var və həmin nüvə materiallarını partlatsalar, NATO dövlətlərinə böyük ziyan vurula bilər. Bu nöqteyi-nəzərdən nüvə texnologiyaları, nüvə elminin inkişaf etdirilməsi güc göstəricisidir. Əlbəttə ki, mən də istəyirəm ki, Azərbaycanda mərkəzləşmiş nüvə mərkəzi olsun. Bizə nüvə silahı hazırlamaq yox, dünya üzrə nüvə tədqiqatları sahəsində heç olmasa ilk yerlərdən birini tutmaq, bu sahədə kadr potensialını artırmaq, tədqiqat aparmaq imkanlarını leqallaşdırmaq lazımdır”.
“Bu gün Ermənistanda belə bir mərkəz varmı” sualına isə müsahibimizin cavabı bu cür oldu: “Ermənistanda "Metsamor" Atom Elektrik Stansiyası ilə əlaqəli ən azı 5 institut fəaliyyətdədir. Bu sahə üzrə dayanmadan tədqiqat aparırlar. İranda isə 6 mərkəz var ki, orada bu və ya digər dərəcədə uranın zənginləşməsini aparırlar. Belə vəziyyətdə Azərbaycanda Milli Nüvə Təqdiqatları Mərkəzinin ləğv edilib bir departament səviyyəsinə endirilməsi mənə elə gəlir ki, doğru addım deyildi. Azərbaycanda xüsusi statusa malik Milli Nüvə Təqdiqatları Mərkəzi yaradılmalıdır".
Akademikin sözlərinə görə, kimlərinsə kaprizi ilə mərkəzin ləğvi düz addım olmayıb: “Söhbət mənim ora rəhbər təyin olunmağımdan getmir. Mənim tələbələrim var ki, bu sahəni dünya səviyyəsinə qaldıra bilərlər. Azərbaycan müharibədən qalib çıxmış, bu saat dünyada öz sözünü demiş ölkə kimi nüvə sahəsindən silinib. Biz bu sahədə öz sözümüzü deyə bilərik, çünki kadr potensialımız var. Bu sahə departament kimi olmamalıdır. Mütləq şəkildə mərkəzləşmiş qurum olmalıdır ki, Azərbaycan dünya dövlətləri ilə ayaqlaşa bilsin”.
Akademik “Bəs Azərbaycan Milli Nüvə Tədqiqatları Mərkəzinin kimlərin təklifi ilə ləğv edildi” sualı ilə bağlı dedi: “Məni çağırdılar, dedilər ki, Adil müəllim, siz gedin elmlə məşğul olun, mərkəzdən də uzaqlaşın. Bu məsələdən heç nə anlamadım. Özümü təhqir olunmuş hesab etdim. Məni ora təyin edən cənab Prezident olub. Birdən-birə Azərbaycanda Milli Nüvə Təqdiqatları Mərkəzinin ləğv olunmasından heç nə anlamadım. Halbuki Azərbaycanın bu sahədə xüsusi bir proqramı olmalıdır. Ən mütərəqqi nüvə texnologiyalarını Azərbaycanda həyata keçirmək üçün kamil bir struktur olmalıdır. Bu işləri hansısa bir şöbə səviyyəsində həyata keçirmək mümkün deyil”.

Adil Qəribov
Həmsöhbətimiz deyir ki, Azərbaycan Milli Nüvə Təqdiqatları Mərkəzində 50-dən artıq mütəxəssis çalışıb: “Həmin mütəxəssislər bacarıqlı kadr kimi özlərini göstərə bilmişdilər. Ən yaşlı adam mən idim, tələbələrim 40 yaşa qədər olan mütəxəssislər idi. Həmin mütəxəssislərin demək olar ki, hər birini dünyanın müxtəlif ölkələrinə göndərdik, məktəb keçib gəldilər. İndi həmin mütəxəssislər yiyəsiz kimi qalıblar. 1-2 nəfər yüksək maaşla özünə başqa sahələrdə iş tapıb. Mənim o mütəxəssislərə yazığım gəlir. Ailələrini dolandırmaq üçün başqa sahələrə getmək məcburiyyətindədirlər. Mən o mütəxəssisləri başa düşürəm, nə qədər boş-bekar oturmaq olar. Biz bu gün Rusiya-Ukrayna müharibəsində nələrin baş verdiyini görürük və nəticə çıxarırıq. Biz İran-Ermənistan birliyindən, dostluğundan özümüzə nəticə çıxarmalıyıq. Biz bu birliyin hər bir addımına hazır olmalıyıq. Qardaş Türkiyədə nüvə istiqaməti üzrə olduqca mütərəqqi addımlar atmaqdadır. Rusiya Türkiyədə 4 nüvə reaktoru tikib. Bu gələcəyə baxışdan yaranan və atılan addımdır”.
Sözünə davam edən akademik İranın qazı və nefti ola-ola Atom Elektrik Stansiyasını niyə tikməsinə aydınlıq gətirdi: “Bu, İranın nüvə texnologiyalarına malik olmaq istəyindən irəli gəlib. İran nəyin bahasına olur-olsun, nüvə yanacağına, onun istənilən formasına malik olmaq istəyir. Nüvə texnologiyaları olmasaydı, İran indiyə qalmazdı, parçalanıb dağılar, İraqın gününə qalardı. İraq dağıdıldı, İrana qarşı isə eyni addımı ata bilmirlər. Bilirlər ki, əllərində nüvə materialları var. Bu gün Şimali Koreya balaca bir dövlət olsa da, meydan oxuyur. Çünki nüvə silahına malikdir. Dünyada artan nüvə texnologiyaları fonunda Azərbaycanın da nüvə sahəsində güclü bir infrastruktura malik olmasına olduqca böyük, həyati əhəmiyyətli zərurət var”.
Adil Qəribov hesab edir ki, Azərbaycanın indiki inkişaf səviyyəsi ilə nüvə sahəsində aparılan strategiyası uyğun deyil: “İran bu sahədə sürətlə inkişaf edir. İran böyük strateji xətlər həyata keçirir. İranda artıq 60 faiz zənginləşmiş uran alıblar və bu xətti davam etdirirlər. Bizə dost olmayan qonşu dövlət Ermənistanda da bu sahədə müəyyən irəliləyiş var. 44 günlük Vətən müharibəsinin pikində Ermənistan tərəfi bəyan etdi ki, çirkli bombaya malikdirlər və bu bombadan istifadə edə bilərlər. Çirkli bomba taktiki nüvə silahlarında istifadə edilən həmin radioaktiv maddələrə hesablanmış, Britaniyanın Ukraynaya verdiyi çirkli bombalarla eynidir. Sadəcə, belə bombalarda nüvə partlayışından söhbət getmir. Bizim üçün bu sahədə 2 qonşu dövlətin hərbi taktikası daha çox əhəmiyyət kəsb edir və bu gün onların qarşısında əliboş durumdayıq”.
Qeyd edək ki, Azərbaycanda Milli Nüvə Tədqiqatları Mərkəzi 2014-cü ildə yaradılıb. 11 oktyabr 2021-ci ildə isə "Milli Nüvə Tədqiqatları Mərkəzi" İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradılıb.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 2026 11:12
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 2026 10:00
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 2026 23:30
- Rixard Raşi Azərbaycana gəldi
12 may 2026 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 2026 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
