Yeni Yasamalda piyada səkilərində eybəcər köşklər salınır - Elşad Həsənovun bundan xəbəri yoxdur?
Qurban bayramı günlərində Bakının Yasamal rayonu, Yeni Yasamal adlanan ərazisində, Əsəd Əhmədov küçəsində yol kənarları tam zəbt edilib.
Qaynarinfo-nun məlumatına görə, ötən gecə saat 00:20 radələrində sözügedən küçənin mərkəzi hissəsində yol bağlanaraq, iri dəmir köşk qoyulub. Əməkdaşımız sözügedən köşkün kimə məxsus olmasını özünü təqdim etməyən şəxsdən soruşduqda onun cavabı belə olub: "Bu köşk mənim yaxınımındır. Daha doğrusu, qazilərindir. Çörək qazanmaları üçün qoyulur. Onlar da pul qazanmalıdırlar və gəlin çörəklərinə bais olmayaq”. "Bəs bu köşkdən Yasamal Rayon İcra Hakimiyyətinin xəbəri varmı" sualına isə belə cavab verilib: "İcra Hakimiyyətinin icazəsi olmasa, bunu edə bilərik? Bilirsiz nə qədər xərcimiz çıxıb bu işi görməyə?" Ərazidə yaşayan sakinlər isə piyada səkilərinin zəbti olunması ilə nəticələnən sözügedən eybəcər köşklərin, marketlərin salınmasından narazıdırlar. Onsuz da həmin küçədə piyadaların hərəkəti üçün demək olar ki, yol saxlanılmayıb. Bu azmış kimi, piyada zolaqlarında, yol kənarında insanların avtomobillərin hərəkətindən yayınmaq üçün dura biləcəyi yerlər zəbt edilərək, ticarət köşkləri qurulub. Köşklərin qarşında, yəni piyada keçidlərinin üzərində meyvə-tərəvəz satılır. Sakinlər isə məcbur olub avtomobil yolu ilə hərəkət etməli olur. Onu da qeyd edək ki, son iki ayda sözügedən ərazidə 10-a yaxın kiçik və iri həcimli eybəcər köşklər qoyulub. Birvaxtlar Bakı şəhəri İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun əmri ilə paytaxtda müasir standartlara cavab verən, şəhərin tarixi-memarlıq üslubuna uyğun qoyulan köşklər Yeni Yasamalda yenidən köhnələri ilə əvəzlənib. Sözügedən ərazidə "Ləziz Hause” restoranlar şəbəkəsi yerləşir. Bir neçə ay əvvəl restoranın qarşısı sökülərək, piyada keçidinə daxil omaqla dönərxana açılıb. Bütün bu özbaşınalıqların Yasamal Rayon İcra Hakimiyyətinin xəbəri olmadan həyata keçirilməsi mümkün görünmür. Məlumdur ki, bu cür köşklərin qurulması icazəsiz və pulsuz quraşdırılması da mümkün deyil. Ümid edirik ki, Yasamal İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu özbaşınalıqdan xəbər tutaraq, problemi ən qısa zamanda həll edəcək. Qeyd edək ki, eyni proseslər "İnşaatçılar” metrostansiyasının yaxınlığında da baş verir. Bu isə nöbvəti yazımızda... Əhməd
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
