Azərsu-yun yığılmış zərəri 8.000.000.000 - MİLYRAD manatı keçib
İqtisadiyyat15 iyul 2023 21:36
“Azərsu”yun yığılmış zərəri 8 milyard manatı keçib
"Azərsu” ASC 2022-ci ili 180,514 milyon manat xalis zərərlə başa vurub.
"Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,1 dəfə azdır.
Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 2,3 % artaraq 8 036,2 milyon manata çatıb.
Ötən il "Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 278,894 milyon manat (əvvəlki ilə nisbətən 6,1 % çox), satışlarının maya dəyəri 134,225 milyon manat (4,3 % çox), inzibati xərcləri 43,175 milyon manat (50,1 % çox), satış və paylanma xərcləri 159,368 milyon manat (8,7 % çox), digər əməliyyat xərcləri 132,394 milyon manat (4,2 dəfə az), məzənnə fərqindən gəliri 9,705 milyon manat (5,9 % az), digər gəlirləri 2,394 milyon manat (13,5 dəfə az), maliyyə xərcləri 2,27 milyon manat (34,2 % az), icarə öhdəlikləri üzrə faiz xərcləri 53 min manat (11,7 % az), mənfəət vergisi ödəmələri isə 22 min manat (27,2 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərsu”yun aktivləri 1 298,005 milyon manat olub ki, bu da illik müqayisədə 27,1 % çoxdur. 2022-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 15,6 % artaraq 668,881 milyon manata, balans kapitalı isə 42 % artaraq 629,124 milyon manata çatıb.
Xatırladaq ki, "Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində paylanması, satışı və istifadəsinin mümkün olması üçün təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.
Oxşar xəbərlər
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
27 yanvar 2026 12:20
- İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 5800-ü keçib
26 yanvar 2026 10:52
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 2026 17:30
- 162 min manatlıq ziyan ödəndi, cinayət işinə xitam verildi
8 yanvar 2026 12:44
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
5 yanvar 2026 15:42
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir
13 noyabr 2025 13:38
- Zakir Qaralova məxsus şirkətlərin vergi borcu - 5 MİLYON
11 noyabr 2025 20:48
Xəbər lenti
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
Video & Fotoqalereya
Video
Fotoqalereya
