Polisəm, gələ bilmərəm, üzük və şalını göndər..." - Bakıda ŞOK OLAY

Bakının Xətai rayonunda 1983-cü il təvəllüdlü Samir tanış olduğu Vəfaya (zərərçəkmişin adı şərti verilib - red.) qarşı dələduzluq edib.
NUH.az Teleqraf.com-a istinadən bildirir ki, Samir Vəfa ilə evlənəcəyini, bunun üçün 1 ədəd şal, 4 manat pul və 10 qramdan az olmayan qızıl-zinət əşyaları verməsini, həmin əşyaları aldıqdan sonra molla kəbini kəsdirəcəyi adı ilə yalan vəd verib.
Samir 10 noyabr 2022-ci ildə Vəfadan 10 manat dəyərində şalı, 4 manat pulu, 1000 manat dəyərində üzüyü və 200 manat dəyərində qızıl boyunbağını alıb. Əə keçirdiyi qızılları ehtiyaclarına sərf edib. Vəfaya ümumilikdə 1214 manat maddi ziyan dəyib.
İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Vəfanı 2022-ci ilin oktyabrından Nigar adlı tanışının vasitəsilə tanıyıb:
"Vəfaya özümü polis əməkdaşı kimi təqdim etdim və Xətai rayon Polis İdarəsinin rəis müavini olduğumu bildirdim. Vəfa mənə inandı. Ondan evlənməyimiz üçün molla kəbini kəsdirməli olduğumuzu, bunun üçün isə 4 manat pul, bir ədəd şal, 3 qram qızıl-zinnət əşyası verməyini istədim. Guya həmin qızıl-zinyət əşyasını mollaya verərək kəbinimizi kəsdirəcəkdim.
Vəfa mənə inandı və deyilən qızıl-zinyət əşyasını, 4 manat pulu və şalı 2022-ci ilin noyabrın 10-da mənə göndərdi. Əşyaları Ukrayna dairəsində aldım. Qadına məxsus şalı zibil qabına atdım, 4 manat pulu və qızıl-zinnət əşyasını isə özümə götürdüm.
Qızıl-zinnət əşyasını 140 manata "Laçın" Ticarət Mərkəzində xatırlamadığım şəxsə satdım. Məqsədim qızıl-zinət əşyalarını ələ keçirmək idi".
Təqsirləndirilən şəxs qeyd edib ki, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləyib: "Bundan sonra isə Vəfa ilə əlaqələrimi tamamilə kəsdim. Vəfanın bacısı Vüsalə mənimlə əlaqə saxladı və qızılları qaytarmağımı tələb etdi. Lakin qızılı satıb pulunu xərclədiyim üçün onun pulunu qaytara bilmədim".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vəfanın sözlərinə görə, özünü ona Xətai rayon Polis İdarəsinin rəis müavini adı ilə tanıdan Samiri əvvəllər tanımayıb:
"Həmin şəxsi iş yoldaşım Nigarın vasitəsi ilə tanımışam. Nigar mənə bir tanışının olduğunu, həmin tanışının evlənmək istədiyini, münasib xanım axtardığını, həmin şəxsin ailəsini yaxından tanıdığını dedi. Nigar xalanın da məni evlənmək üçün Samirə məsləhət etdiyini bildirdi. 2022-ci ilin oktyabrından etibarən Samirlə danışdım.
İlk tanışlıqda Samir mənə özünü polkovnik rütbəsində polis kimi təqdim etdi və Xətai rayon Polis İdarəsinin rəis müavini olduğunu, evlənmək istədiyini, müəyyən qədər danışdıqdan sonra evlənəcəyini, fikrinin ciddi olduğunu bildirdi. Samirin səmimi danışıqlarına inandım, onunla evlənəcəyimə qərar verdim".
Zərərçəkmiş qeyd edib ki, Samiri canlı görmək istəyib: "Samir mənə dindar olduğunu dedi. Mənimlə görüşməyi haram saydığını, görüşmək üçün evlənməyimizi, kəbin kəsdirməyin lazım olduğunu dedi. Bunun üçün isə bir ədəd şal, 4 manat pul və 10 qramdan az olmayan qızıl-zinyət əşyaları verməli olduğumu, həmin əşyaları çatdırdıqdan sonra molla vasitəsi ilə kəbin kəsdirəcəyini bildirdi.
Onun səmimiyyətinə inandım və 10 manat dəyərində şalı, 4 manat pulu, 1000 manatlıq qızıl üzüyü, 200 manata qızıl boyunbağını 10 noyabr 2022-ci ildə "Bolt" taksi şirkəti ilə Samirə göndərdim. Həmin gündən Samiri axtarsam da, tapa bilmədim. Aldandığımı başa düşdüm. Bacım həmin şəxslə telefon vasitəsilə danışdı və mənə məxsus qızıl zinət əşyalarını, digər əşyaları qaytarmasını tələb etdi. Daha sonra polisə şikayət etdik".
Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəyimiş ziyanı nəzərə alıb.
Bu səbəbdən Samirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 2025 13:27
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 2025 12:59
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 2025 22:23
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 2025 16:03
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 2025 11:14
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 2025 22:58
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 2025 22:05
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 2025 21:45
- İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır
10 oktyabr 2025 02:00
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 13:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 11:51
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 11:23
- Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!
18 oktyabr 10:26
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51
- Müstəqilliyimizin bərpasından 34 il keçir
18 oktyabr 00:37
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 22:46
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 22:37
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 08:25
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 13:22