Əlisa Nicat: Yox əşi, nə deputat, bu, ayrı Qənirə xanımdır...” (MÜSAHİBƏ)
Müsahibə10 avqust 2023 13:25
Bu gün Azərbaycanın sevilən yazıçılarından olan Əlisa Nicatın ad günüdür. Yazıçının 88 yaşı tamam olur.
Qaynarinfo olaraq Əlisa Nicatı doğum günü ilə bağlı təbrik etdik. Yazıçı bu əziz gününü həmişə öz evində keçirdiyini bildirdi.
- Bu günə kimi evimdən başqa yerdə ad günü keçirməmişəm. Mən ancaq evimdə rahat oluram. Dostlar sağ olsun, dəvət edirlər, məclis təşkil edirlər, amma getmirəm. İctimai telviziyada bir dəfə mənə həsr olunan veriliş hazırladılar, ancaq ora gedib gəldim, vəssalam. 88 yaş zarafat deyil. Ona görə oturmuşam Masazırdakı evimdə, dincəlirəm. Evimin də şəraitinə söz ola bilməz. Gəlib düzətdilər, insan yaşayası hala saldılar. Güzgü kimi bir ev verdilər mənə. Sağ olsunlar, dünyada hələ də insanlıq itməyib, gözəl insanlar varmış. Evyanı bağlayıb şüşəbənd ediblər. Kitablarım yerdə-yurdda gedirdi əldən. Köhnə şkafları atıb təzəsini aldılar. Evdə nə var təzələyiblər. Hamam da evin işindədir. Bir sözlə, indi bilirəm ki, yaşayıram.
- Evinizin təmirini kim edib, sizə kimlər dəstək oldu?
- Şahbaz Xuduoğlu və iki xanım, vəssalam.
- Xanımlar kimdir, adını deyə bilərsiniz?
- Biri Qənirə xanım, biri də Zemfira.
- Yəqin ki, söhbət Millət vəkili Qənirə Paşayevadan gedir.
- Yox əşi, nə deputat, bu ayrı Qənirə xanımdı. Zemfira xanım da onun qızıdır. Ziyalı ailədəndirlər. Deyəsən şirkətləri var, təmir-bərpa işlərini onun hesabına etdilər. Allah onları saxlasın, mənə qalsaydı, bir şkaf da ala bilməzdim.
- Tək yaşayırsınız?
- Bəli, 4 otaqlı evimdi, oğlum, gəlinim orda yaşayır. 10 il olar ki, hörmətli deputatlardan biri də mənə iki otaqlı ev tikdirdi. Hazırda deputatın mənə tikdirdiyi evdə yaşayıram. Uşaqlarla mənim üçün çətindir. Odur ki, təkliyi seçdim, sakitlikdi, kitablarla oturub-duran adamam.
- Bəs ev işlərinizi kim görür?
- Bütün işləri gəlin edir. Bişirib gətirir. Evin təmizliyi də onun ixtiyarındadır.
- Yoldaşınızın vəfatından sonra niyə evlənmirsiniz? Tək çətin deyil?
- Yoldaşım iki il əvvəl rəhmətə gedib. Ondan sonra nə evlənmək? Lap belə tək olsaydım belə, baxanım olmasa da, evlənməzdim. Bu saatdan sonra nəyimə lazım evlilik?
- Doğum gününüzdə Yazıçılar Birliyindən nə gözləyirsiniz?
- Heç nə. Bu günə kimi nə olub ki, bu gündən sonra nə olsun?
- Səbəb?
- Anarın mənimlə arası yoxdur. Düşməndir mənimlə. Məni bir dəfə saymadı. Hətta bütün qələm adamlarına verdiyi bir illik mükafatı belə mənə qıymadı. Adımı yazdılar, Anar gələn kimi adımın üstündən xətt çəkdi, pozdu. Qisas aldı məndən...
- Anar kimi bir ziyalının sizdən alıb-verə bilmədiyi nədir?
- Haçansa Rəsul Rza haqqında fikir demişəm. Əslində olmuş, özümlə əlaqədar hadisəni demişəm. O da Anarın acığına gəldi. Mən də bilmədim, gərək deməyəydim. Bir dəfə Rəsul Rza məndən balıq istədi, mən də qulaqardına vurdum. Bu da mənə zərər vurdu, Rəsul Rza imkan vermədi "Qızılbaşlar” romanım çıxsın. Bunu dedim, Anar da bunu eşidib düşmənçilik apardı.
- Birliyin o qədər üzvləri, səlahiyyətli şəxsləri var, məsələn, dünya şöhrətli Cingiz Abdullayev də sizə dəstək olmur?
- Birliyin qayda-qanunu var, bundan xəbəriniz yoxdur? Anar orada diktatordur, kimsə birlikdə onun əleyhinə gedə bilməz. İllər öncə birliyə getmişdim, Anar yox idi. Məni hörmətlə qarşıladılar, təqaüd veriləcək-filan. Elə ki Anar gəldi, ondan sonra birliyə gedəndə məni hörmətlə qarşılayan xanımlar da üz döndərdilər. Ağızlarını açmadılar. Elə bil Əlisa Nicat deyil gələn. Dostlar sağ olsun, zəng edib təbrik edirlər. Kitablarımı kim oxuyursa hamısı məni təbrik edir. Həm gəlir, həm də təbrik edirlər. Sağ olsunlar, məni təbrik edən hər kəsə təşəkkür edirəm. İnsan bu dünyadan köçəndə özü ilə heç nə aparmır.
Bahar Rüstəmli
Oxşar xəbərlər
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
