Deputatla MÜSAHİBƏ - Dedi, səni MTN-də tərsinə asacam
Bu gün Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı, Parlamentin “Regional məsələlər” Komitəsinin sədr müavini Elşən Musayev 44 yaşını qeyd edir. Həmin məramla millət vəkilindən müsahibə almaq qərarına gəldik. Əməkdaşımız Cavanşir Abbaslının qələmə aldığı və son dərəcə səmimi ortamda gerçəkləşən müsahibəni oxucular təqdim edirik.
Elşən bəy, əvvəla sizi təbrik edirəm və ilk sualım da təbii olaraq ad günü ilə bağlıdır: 44 yaşın verdiyi hiss nədir, necədir, insanda hansı təəssüratları yaradır?
Təşəkkür edirəm. Həm təbrikiniz, həm də diqqətiniz və müsahibə təklifiniz üçün. Suala gəlincə isə deyim ki...44 yaş nə o yanlıqdır, nə bu yanlıq. Bircə rəqəmlərin cütlüyü diqqət cəlb edir. Başqa heç nə. Təəssüratlarım da sıradan təəssüratlardır. Yəni, digərləri üçün 44 yaşın verdiyi hisslər nədirsə, mənim üçün də odur.
Qocalıq, qocalmaq qorxusu yavaş-yavaş yaxınlaşırmı?
Mən qocalmaqdan deyil, qocalmamaqdan qorxan adamam. Fikirlərimi daha dəqiq ifadə etsəm: İnsan yaşa dolduqca onun düşüncələri aliləşmirsə, dərinləşmirsə, qorxulu olan bax, budur. Qorxulu olan böyüməməkdir, inkişaf etməməkdir, həyatdan dərs almamaqdır. Qocalığın isə gözüm üstdə də, başım üstdə də yeri var.
Hansı model ad günlərinə üstünlük verirsiz? Sadə, yoxsa, göstərişli?
Mənalı, mənəvi tutumu olan ad günlərini sevirəm. Dəbdəbə aludəçiliyim isə heç bir zaman olmayıb.
![]()
Xatırlayıram, bir yazınız vardı, ad günü ilə bağlı. Təxminən 10 il əvvəl qələmə almışdınız. Son dərəcə də pessimist ruhda. Hətta orada belə bir cümlə vardı: ”12-ci mərətəbədən xoşbəxtliyə toxunmaq çox çətin olur...” Yenəmi həmin ovqatdasız?
Yox, onda cavan idim. İndi dəyişmişəm. Daha optimist olmuşam.
Ümumiyyətlə, yazılarınızla, çıxışlarınızla bağlı məsləhət aldığınız kimsə varmı?
Yazandan sonra bəli. Mənim ilk oxucum əksər hallarda həyat yoldaşımdır. Bu səbəbdən məsləhəti də əsasən onunla edirəm.
Heç irad bildirirmi sizə?
Olur arada.
Məsələn...
Məsələn, deyir ki, yazılarda vulqar ifadələrdən istifadə edirsən, belə düz deyil, rəsmi leksikona daha çox istinad et.
Razılaşırsızmı onunla?
Hərdən hə, hərdən yox.
Yazı demişkən, bir ara sosial yazılarınız çox populyar idi və bildiyim qədərilə onların bəzilərinin hətta milyonun üstündə belə oxunma sayı vardı. İndi nə əcəb belə yazılar yazmırsız?
10-15 il əvvəl elə yazılar yazmışam ki, indi baxanda özüm dəhşətə gəlirəm. (gülür) Yəqin, çox rahat olmuşam.
İndi rahatlığınız pozulubmu?
İndi məsuliyyətim artıb.
![]()
25 ilə yaxındır siyasətdəsiniz. Əvvəlki dövrlə hazırki dövrün əsas fərqi nədədir?
Əvvəl dövr daha gərgin idi. Əvvəl təqdimat və inandırıcılıq metodları başqa idi. Əvvəl müxalifətin iç üzü bu qədər açıq görünmürdü və eyni adlı səbəbdən dayaqları da indikindən daha möhkəm idi. Hazırda isə həmin müxalifət – söhbət radikal müxalifətdən gedir – ancaq özünü rüsvay etməklə məşğuldur.
Gərgin dediyiniz dövrlərdən yadınızda qalan məqam və ya məqamlar varmı?
Var. Birini deyim. 2005-ci il, Rəsul Quliyevin Bakıya qayıtdığı, daha dəqiq desəm həmin qayıdışı imitasiya etdiyi gün idi. Ölkədə gərginlik vardı və nə gizlədim, bizim siyasi cəbhəyə xidmət edənlərin də bir qismi həmin vaxt aradan çıxmışdılar. Və o günün təbliğat çıxışları çox az sayda insanın ümidinə qalmışdı. Xatırlayıram, 5 saat ərzində 6 canlı yayıma çıxdım və AzTV-dəki son efirdən əvvəl Rəsulun müxalifətdəki emissarlarından biri (həmin adam indi Londonda yaşayır) foyedə telefonu mənə uzatdı ki, al gör müəllim nə deyir. Qeyri-ixtiyari telefonu götürdüm və qulağıma tutdum. Xırıltılı bir səs gəldi. Ağır söyüş söydü, sonra da qayıtdı ki, Bakıya qayıdandan sonra səni MTN-də tərsinə asacam.
Bu Rəsul Quliyevmi idi?
Telefonu mənə uzadan kəs onun qatı təbliğatçısı idi və 90 faiz ehtimalla mənimlə danışan adam da Rəsul Quliyevin özü olub.
Niyə məhz siz?
Çünki Rəsul Quliyevin Simferopolda İnterpol tərəfindən həbs olunma xəbərini ilk dəfə mən ANS-in efirindən səsləndirmişdim və ona qarşı ən sərt yazıları da mən yazırdım.
Siz “Milli Şura” və AXCP rəhbərliyini də ən çox hədəfə alanlardan birisiz. Bəlkə də birincisiz. O cəbhədən necə, zənglər, hədələr, təhdidlər gəlirmi?
Birbaşa yox. Onlar adətən kiminsə adından özləri yazı yazıb tirajlayırlar. Acıqlarını belə çıxırlar.
Bir ara siyasi dialoqa qoşulan bütün Partiyalara “avtobus müxalifəti” damğasını da vurmuşdular...
Mən həmin avtobusla Şuşaya getmişəm, bəziləri kimi təyyarə ilə erməni lobbisinin qucağına yox.
Bəy, siz həm də Partiya sədrisiz və hazırda Partiyalarla bağlı həssas durum var. Məsələ nə yerdədir?
Sənədlər Ədliyyə Nazirliyi tərəfindən geri qayıdıb, müəyyən çatışmazlıqlar var, hazırda onların həlli ilə məşğuluq.
Bəzi həmkarlarınız ciddi şəkildə irad bildirdilər ki, yalnız YAP-ın birinci mərhələdə qeydiyyatdan keçməsi doğru deyil və bu belə olmamalıdır.
Sadəcə öz adımızdan deyə bilərəm ki, göstərilən iradlar haqlı iradlardır. Eyni zamanda inanırıq ki, nəticə yaxşı olacaq.
Növbəti sualım. Əvvəllər Prezident Administrasiyasında “İctimai-siyasi məsələlər” şöbəsi vardı. İndi isə həmin şöbənin əvəzində “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsi yaradılıb. Yəni, adın dəyişdiyi məlum. Məzmun da dəyişibmi?
Çox dəyişib. Yaxşıya doğru. Həmin şöbə ilə çox gözəl münasibətlərimiz var. Oranın bütün əməkdaşları biri-birindən dəyərli insanlardır. Çünki rəhbərlərinin özü dəyərlidir. Ədalət müəllimlə bəlkə 10-a yaxın görüşümüz olub və hər görüşdə uzun-uzadı müzakirələr aparmışıq, təkliflərimizi vermişik, şəxsimizə yönəlik xoş, adekvat münasibətlə qarşılaşmışıq.
Şəxsi işlərinizlə bağlı nə zamansa rəhbərliyə müraciətiniz olubmu?
Olmayıb. Amma bir sıra Partiya sədrləri var ki, ələlxüsus səhhətləri ilə bağlı böhran yaranarkən müvafiq şöbə dərhal hərəkətə keçib, həssaslıq göstərib və bütün mümkün köməklikləri göstərib. Mən bunu ona görə deyirəm ki, bəzən məsələ təkcə müzakirə, təklif məsələsi deyil. Digər mənəvi xətlərdə, iş üzrə təyinata aid olmayan mövzularda belə gözəl nümunələr görürük və belə nəcib nümunələr “siyasi komfiqurasiya” dəyişikliyinin ən bariz, ən aydın göstəricilərindəndir.
![]()
Milli Məclis rəhbərliyi ilə münasibətiniz necədir?
Çox gözəl. Sahibə xanım mənim üçün həm sədr kimi, həm də şəxsi anlamda çox qiymətlidir. Əvvəlki çağırışda bir neçə il Avropa Şurasındakı nümayəndə heyətində bərabər təmsilçiliyimiz olub. Həmin dövrlərdən Sahibə Qafarovanın peşəkarlığına və müdrikliyinə bələdəm. Bir-birimizə hörmətimiz də qarşılıqlıdır. Eyni zamanda vitse-spikerlərdən hər zaman özümə qarşı xoş münasibət görmüşəm. Hamısı mənə əziz insanlardır.
Millət vəkilləri arasında dostluq elədikləriniz varmı?
Millət vəkillərinin hər biri ilə yaxşı münasibətim var. Amma mənə ən yaxın və doğma olanlar Şahin İsmayılov, Kamran Bayramov, Malik Həsənov, Cəbi Quliyev və Kəmaləddin Qafarovdur. Yəni, bu insanlarla daimi, həftəlik, bəzən gündəlik ünsiyyətdəyik, çörək kəsirik. Əgər kiminsə adını unutdumsa, lütfən üzrlü hesab etsinlər.
Mövzunu dəyişərək bir neçə sual da verim və icazənizlə müsahibəni yekunlaşdıraq: Sizin anlamınızda xoşbəxtlik nədir?
Geriyə baxıb köks ötürməmək. Mənalı həyat yaşamaq. İnsanların dualarında və alqışlarında yer almaq.
Bəs bədbəxtlik?
Özünü kənardan görə bilməmək.
Ən qiymətli şey nədir bəs?
Zaman. Ondan qiymətli nəsə tanımıram.
Son olaraq demək, ünvanlamaq istədiyiniz nəsə bir sözünüz varsa, buyurun.
Tanrı dövlətimizi, millətimizi, Prezidentimizi qorusun. Mən çox xoşbəxt insanam ki, siyasətdə düzgün və ləyaqətli insanın yanında yer almışam. İnanın, tam səmimi deyirəm: Bu həyatda İlham Əliyevçi olmaq şəxsim üçün bir tək siyasi yol deyil, həm də şərəf məsələsidir. Mən müasir Azərbaycanı İlham Əliyevsiz təsəvvür belə etmirəm və etmək istəmirəm. Eyni zamanda sizə çox minnətdaram ki, bu gün məni yad etdiniz, xeyli söhbətləşdik. “Yeni Müsavat” mənim üçün çox doğma bir media qurumudur və üzərimdə haqqı böyükdür.
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
2 aprel 2026 14:52
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
