Avstriya baronu olmuş Nadir Şahın oğlu (FOTO)
Müsahibə13 avqust 2023 16:41
Avstriya baronu olmuş Nadir Şahın oğlu (FOTO)
Təqdim etdiyim fotoda Nadir şahın 1736-cı ildə anadan olan oğlu Mustafa Əli Mirzə xandır. Nadir Şahdan sonra taxt-tac ona qalmalı idi. Bunun üçün 9 yaşında Hindistanın Dehli şəhərinə aparılır. Burda ona təlimlər keçirilir, dil öyrədilir, savaşın incəlikləri barədə dərslər deyilirdi. Onun Dehliyə gəlməsi Nadir Şahın buranı fəth etməsi ilə bağlıdır. (Bax: Constantin von Wurzbach: Semlin, Johann Joseph Freiherr von. In: Biographisches Lexikon des Kaiserthums Oesterreich. 34. Theil. Kaiserlich-königliche Hof- und Staatsdruckerei, Wien 1877, S. 82)

Müasir Hindistanın şimalını, Pakistanı ələ keçirən Nadir şah 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq Dehliyə daxil oldu. Beləliklə də, bütün döyüşlərdə qələbə qazanan Nadir moğolların paytaxtı olan şəhərə daxil oldu. Nadir şahın şərqdə qələbəsindən sonra geri dönüb, qərbdəki əsas rəqib olan Osmanlı imperiyası ilə müharibəyə başlamaq üçün şəraitin yarandığı demək idi. Həmçinin Nadir şahı qərbə yürüş zamanı Şimali Qafqaza və Mərkəzi Asiya yürüşlərinin həyata keçirilməsi də gözləyirdi.
Avropanı qorxuya salan bu qələbə xüsusilə ingilisləri narahat edirdi. İngilis tarixçisi Maykl Eksvorti yazır: "Nadirin Hindistan yürüşü və qələbəsi ingilislərin Şərqi Hindistan Şirkətinə oradakı real vəziyyəti, imperiyanın çox zəifliyini göstərdi və onları bu güc boşluğunu doldurmağa tələsdirdi” (Bax: Michael Axworthy. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006.)
Məhz bu narahatlıq "Şərqin Napoleonu” və "İkinci Makedoniyalı İsgəndər” adlanan Nadir Şahın sui qəsdi ilə nətciləndi və qətlə yetirildi. Onun ölümündən sonra Əfşarilər sülaləsində rəqabət döyüşləri baş verdi - qardaşı oğlu Əliqulu xan Adil şah adıyla hakimiyyəti ələ aldı. Əliqulu xanın əmri ilə Kelatda Rzaqulu Mirzə, Nadir şahın övlad və nəvələrindən daha 16 nəfəri qətlə yetirildi. Qətlə yetirilənlər arasında Nadir şahın kiçik yaşlı övladları və nəvələri var idi. O, Şahin oğlu Mirzə Əli xanın da ölümünə fitva verir. Lakin Nadir şah xəyanət nəticəsində öldürüləndən sonra şaha sadiq insanlar onun oğlunu qaçırıb İstanbulda gizlədirlər. (Bax: Ahmad Saberi, Ein persischer Prinz in Wien, in: TAWAN, Magazin des Vereins Iranischer Ingenieure/innen in Österreich, Wintersemester 2002/2003, pp---8)
İstanbuldan isə onu ilk olaraq Almaniyanın Habsburq şəhərinə aparırlar. Burada onu qısa müddətlik həbs edirlər. Yerli məhkəmə sistemi onu "Fars” agenti olmaqda ittiham edir. Burada onunla bağlı aparılan araşdırmalar İmperatora göndərilir. Onun haqqında eşidən 1740-cı ildən 1780-ci ilə qədər Habsburq sülaləsi mülklərini və 1745-ci ildən Müqəddəs Roma İmperiyasını idarə edən Mariya Tereza onu alman dili kursuna göndərir və iki aydan sonra övladlığa götürür. Sadəcə Əlidən bir tələbi olur. "Xristianlğı qəbul elə”.
25 yanvar 1756-cı ildə Roma Katolik Kilsəsi tərəfindən xristianlığa qəbul edilən Əli xanın bundan sonra isə bütün rəsmi sənədləşmə işləri başa çatır və Nadir Şahın oğlu Mustafa Əli Mirzə xan Yohann Cozep von Semlin adını alır. (Bax: Adelslexikon. Genealogisches Handbuch des Adels. Germany. 2002 p. 293.)
O, Vyana Hərbi Akademiyasında hərbi xidmətə qəbul edilir. 1757-ci ildə İmperator Feldmarşalı Leytenant Ziqmund Fridrix fon Qaysrukun 42-ci Piyada Alayında gizir kimi işə götürülür. Yeddiillik Müharibədə o, 1759-cu ilə qədər Breslau və Hochkirchdəki mühüm döyüşlərdə fərqlənmək imkanı əldə edir, burada iki dəfə yaralanır, bundan sonra kapitan rütbəsinə yüksəlir. Prussiyya ilə müharibədə əsir düşən igid şəhzadəni Prusiyya kralı şəxsən qəbul edir və onunla iki saat söhbət edir. (Bax: Genealogisches Handbuch des Adels, Adelslexikon Band XIII, Band 128 der Gesamtreihe, Limburg an der Lahn 2002, S. 293)
Müharibə bitəndən sora baron titiulu alan şəhzadəyə Napelon Bonapart görüş təklif edir və İmperator ona Hindistan kralı titulunu və vəzifəsini vəd edir. Napoleonun səfiri Von Semlindən İran taxtını ələ keçirməyə cəhd göstərməsini xahiş edərək, ona hərbi dəstək təklif edir. Von Semlin təklifi rədd edərək, "Nə mən, nə də övladlarım Əfşar taxtını düşünmürük. İran kralı olmaq hüququm olsa belə, onları bu yaşa qədər məni dəstəkləyən Müqəddəs Roma İmperatoru II Fransisə verirəm" deyir. (Bax: Francis Gerfen. Vienna: Scientific magazine. 1821. p. 186.)
Əli xan 1792-ci ildə türk əsilli Roza adlı xanımla ailə qurur. Onların İohann (Yəhya) və Yusif (Yusif) adlı iki oğlu olur. Onlar da sonra hər ikisi Avstriya ordusunda xidmət ediblər. (Bax: The Afshar Dynasty http://www.royalark.net/Persia/afshar3.htm)
Mustafa Əli Mirzə xan 90 yaşında Vyana yaxınlığındakı Mödlinqdə vəfat edib və öz evinin bağçasında dəfn edilib. Onun vəsiyyətinə uyğun olaraq dəfnində iştirak edən hər kasıba 5 gulden (avstriya pulu) ödənilib. Ölümünə qədər özünün türk adı olan Əli Mirzə Xandan istifadə edərək qanun layihələri imzalayıb.

Fotoda Vyanada adına və ailəsinə məxsus olan mülküdür. (Von Semlin's house in District 2 of Vienna)
Zaur Əliyev, dosent
Oxşar xəbərlər
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
1 aprel 2026 10:39
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 2026 18:57
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
Xəbər lenti
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
Video & Fotoqalereya
Video
Fotoqalereya
