Gündüz Əliyev Zakir Fərəcovla cinayət ortaqlığında: Sumqayıtı kim qarışdırır?

Sumqayıtda qəribə vəziyyət yaranıb. Qəribəliyə səbəb ölkənin üçüncü böyük şəhərinin kim tərəfindən idarə olunması ilə bağlıdır.
Məsələ belədir ki, hal hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı rəsmi olaraq Zakir Fərəcovdur. Lakin onun səhhətində son zamanlar yaranmış problem səbəbindən davamlı olaraq, işə gedib-gələ bilmədiyi deyilir. İddalara görə, Fərəcov xeyli müddətdir xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq, Almaniya və ya İsraildə müalicə alır. Elə bu səbəbdən də Zakir Fərəcovun əksər rəsmi tədbirlərə qatılmadığı, işdə isə yalnız günün birinci yarısı gəldiyi deyilir.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının faktiki olaraq bir neçə müavinləri var. Müxtəlif sahələr üzrə təyinat almış müavinlər icra başçısı olmadığı təqdirdə, şəhərin idarəçiliyini həyata keçirməlidirlər. Lakin faktiki olaraq, Sumqayıtın idarəçiliyini İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev reallaşdırır. Məhz bu səbəbdəndir ki,G.Əliyev Sumqayıtda böyük biznes şəbəkəsi qurub və maliyyə maxinasiyalarına imza atıb. Onun Sumqayıt bulvarında boinq və digər əyləncə növləri olan “Gənclik” mərkəzi on min manatlarla gəlir gətirir. Eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi apardığı araşdırmanı yekunlaşdıraraq, işlə bağlı cinayət işi qaldırıb. Həmin cinayət işində isə tikinti və təmir işlərini aparan iş adamı, həmçinin Gündüz Əliyevinb ən yaxın dostu olan Elxan Əsədovun və Gündüz Əliyevin qardaşı qızı, eyni zamanda Sumqayıt Səhiyyə Şöbəsinin baş mühasibi Gülnarə Əliyevanın adları keçir. Hər iki şəxs bir neçə gün əvvəl ittiham aktına qol çəkiblər və orada 177 min manatlıq yeyintidən bəhs olunur.
Faktik olaraq Gündüz Əliyevin əməli icra başçısını prezidentin yanında yalançı çıxartmağa xidmət edir. Digər bir tərəfdən G.Əliyev mediada icra başçısı Zakir Fərəcov haqda yazılan tənqidləri görməzdən gələrək öz təbliğatını qurmaqla məşğuldur. Bu gün Sumqayıtda ən böyük problem olan icra başçısı ilə sahibkarlar arasında qalmaqalda da Gündüz Əliyevin rolu böyükdür. Bununla bağlı redaksiyamıza üz tutan sahibkarlar deyir: “İcra başçısı Zakir Fərəcovla sahibkarlar arasındakı getdikcə daha da şiddətlənən mərəkədə daim “sinəsini qabağa verib. Milyonlarla alacaqları olan iş adamlarını həmişə öz yalanları ilə aldatmağa nail olub. Elə, “Zəmanət məktubu” qalmaqalında onun adının daha çox hallanması da, deyilənlərin daha bir sübutudur.
Elə, aldadılan sahibkarlara icra başçısının adından verdiyi yalan vədlərə görə də, günü bu günədək utanana oxşamayıb. Bu yalanlarına görə, gələcəyi olan uşaqlarına görə də, narahatçılıq keçirmir. Daha bilmək istəmir ki, onun bu yalanları, uşaqlarını cəmiyyət içində gözükölgəli edəcək həmişə. Amma vicdanı olan ata belə səhv addım atmaz, həmişə gözləri önünə öz uşaqlarının gələcək talelərini gətirərdi.
Sumqayıtın icra başçısı Zakir Fərəcovla sahibkarlar arasında uzun müddətdir davam edən borc qalmaqalında Gündüz Əliyev hansı oyunlardan çıxmayıb. Elə, bu gün də, belədir! Nə özünə, nə uşaqlarına görə, ortada narahatlığı belə yoxdur!
Yaltaqlığın və ikiüzlülüyün nəticəsidir ki, iş adamlarına birbaşa Zakir Fərəcovun özü borclu olduğu halda, “zəmanət məktubu” Sumqayıt İcra Hakimiyyətinin Yerli Özünidarətmə Orqanları ilə iş üzrə şöbənin rəhbəri Gündüz Əliyevin adına verilib. Nədən, məhz Gündüz Əliyevin adına?! Sualın cavabı çox sadə qeyd olunub: “Ona görə ki, bütün bu işlərin hamısı, məhz, ikiüzlü, yaltaq, saxtakar… şöbə müdirinin əli ilə həyata keçirilib. Eyni zamanda, Zakir Fərəcov bununla da, kimsəyə borcu olmadığı görüntüsü yaradaraq, bütün məsuliyyəti Gündüz Əliyevin üzərinə qoyub. Halbuki, bu istiqamətli pulların ayrılması və onlarla bağlı sərəncam verilməsi, Gündüz Əliyevin səlahiyyətində deyil.
Elə, Gündüz Əliyevin yalan vədlərinə görədir ki, bu ciddi məsələdən bir gün sonra nə pul ödənilib, nə də hər hansı borc bağlanılıb. Bunu görən iş adamları da, elə, notarial qaydada hazırlanmış “zəmanət məktubu”nu ləğv ediblər. Üstəlik, bütün dövlət qurumılarına müraciətlər edərək, durumun dəhşətli olduğunu çatdırıblar.
Xüsusi olaraq onu da iddia ediblər ki, törətdikləri bu qatı cinayət əməllərinə görə, Zakir Fərəcovun maxinator və talançı ortağı olan yüksək vəzifə sahibi Gündüz Əliyevin də vəziyyəti olduqca çətindir. Zakir Fərəcov və onun bu yaxın cinayət ortağı, qanunsuzluq “donu geydirtdikləri” bütün əməllərini, ölkə üçün olduqca həssas keçən bu dönəmdə belə şiddətləndirməkdən heç vaxt çəkinməyiblər. Gündüz Əliyev həyata keçirdiyi bütün korrupsiya əməllərini bacısının adına olan şirkətlər vasitəsi ilə həyata keçirib. Bu barədə, araz.az araşdırmalar aparıb və deyilənlərin həqiqət olduğunu üzə çıxarıb. Tezliklə, bu barədə geniş araşdırma yazılarını dərc etməyi lazım bilib. Doğrudan da, ortadakı faktların arxasındakı qaranlıq məqamlar, Gündüz Əliyevin son vaxtlar düşdüyü təşvişə aid çox şeylərdən xəbər verir”.
- Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb
2 oktyabr 2023 14:32
- Ötən il bəraət almışdı - 10 il həbs cəzası verildi
2 oktyabr 2023 12:15
- Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirl SABUN BİZNESİ ilə məşğuldur...
1 oktyabr 2023 21:11
- Prezidentdən təbrik məktubu
30 sentyabr 2023 16:40
- Geydirmə Prezidentin köməkçisi David Babayan da həbs olundu - Rəsmi
30 sentyabr 2023 16:34
- Vardanyandan sonra onlar da saxlanıldı - Yenilənib
29 sentyabr 2023 23:48
- Azadlıq Partiyası Mərkəzi İcraiyyə Komitəsinin AÇIQLAMASI
29 sentyabr 2023 11:22
- Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
28 sentyabr 2023 16:12
- Prezident Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını etdi
28 sentyabr 2023 13:58
- Prezident Cəbrayıla getdi - Yenilənib
28 sentyabr 2023 12:19
- Qədim Roma seçki kampaniyası materialları tapıldı: Seçicilərin ələ alınması...
03 oktyabr 00:17
- Kadırovun qızı Çeçenistan Baş nazirinin müavini olacaq
02 oktyabr 22:50
- Emin Əmrullayev onları direktor təyin etdi
02 oktyabr 22:23
- NAR metroda şəbəkəsini gücləndirir
02 oktyabr 18:29
- Xocalıda narkotik plantasiyası aşkarlandı - Foto
02 oktyabr 17:53
- İslam necə nifrət dininə çevrildi? - Fəxri Uğurlu
02 oktyabr 16:53
- Beynəlxalq Həkimlər Günüdür
02 oktyabr 15:21
- Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olundu
02 oktyabr 15:01
- Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb
02 oktyabr 14:32
- Deputatdan təklif: Matəm günləri təqvimdən çıxarılsın"
02 oktyabr 13:42
- Nazir Ülkər Səttarovanı yeni yaradılan agentliyin sədri təyin etdi
02 oktyabr 12:27
- Ötən il bəraət almışdı - 10 il həbs cəzası verildi
02 oktyabr 12:15
- İrandakı səfirliyimizə hücum edən şəxsə ölüm cəzası verildi
02 oktyabr 08:56
- Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirl SABUN BİZNESİ ilə məşğuldur...
01 oktyabr 21:11
- Sara Xatunun bu xahişini II Mehmet eşitmir…
01 oktyabr 18:25
- Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
01 oktyabr 18:06
- Qənirə Paşayevaya HEYKƏL qoyulacaq - FOTO
01 oktyabr 17:19
- Sarsaq İrəvan -Qərb bizə silah versə, Bakıya bayrağımızı sancarıq
01 oktyabr 14:53
- Nar” şəbəkəsi Xankəndi şəhərində!
01 oktyabr 14:36
- Məzuniyyətə gələn əsgər 4-5 Kamaz daş vurub, anasına 5-10 manat çörək pulu..
01 oktyabr 13:16
- Türkiyədə DİN-in binasına terror hücumunun görüntüləri + Video
01 oktyabr 12:46
- ŞAGİRDLƏR ARASINDA KRİMİNAL ALƏMƏ MARAQ NİYƏ BU QƏDƏR ÇOXDUR?
01 oktyabr 11:24
- NK qərarı-Vətəndaş 1 paltonu 8, 1 ayaqqabını 4 il geyməlidir-MÜTLƏQ OXUYUN
01 oktyabr 11:02
- BMT 30 ildən sonra ilk dəfə Qarabağda
01 oktyabr 10:52
- Zaqatalada qumbara partladı - Vətən müharibəsi iştirakçısı öldü
01 oktyabr 10:36
- Robert Köçəryanın qardaşları Mərdan, Pirxan, Elman Gəncədə yaşayır -ŞOK
30 sentyabr 22:05
- Bu gün şəhid olan hərbçimizin - Fotoları
30 sentyabr 21:47
- Saakaşvili QARABAĞDAN yazdı...
30 sentyabr 20:16
- Bu gün Ermənistan tərəfdən snayperlə atəş açıldı, hərbçimiz şəhid oldu
30 sentyabr 19:07
- Qasımovlar ailəsi Balasanyanın həbsini gözləyir
30 sentyabr 17:45