55 il əvvəl Brejnev Çexoslovakiya xalqını NATO-dan "necə xilas edib"?
Qaynarinfo rusiyalı tarixçi və politoloq, tarix elmləri doktoru Andrey Zubovun yazısını təqdim edir:
55 il əvvəl, 1968-ci il avqustun 20-dən 21-nə keçən gecə beş ölkənin - SSRİ, Polşa, Macarıstan, ADR və Bolqarıstanın qoşunları Çexoslovakiyanı işğal etdi. Onların xarakterik bir parolu var idi: "Vltava-666". Yanvar ayından Çexoslovakiyada baş verənlərə və jurnalistlərin Praqa baharı adlandırdıqları hadisələrdən dəhşətli dərəcədə qorxan və nifrət edən Moskva tiranları və onların avropalı peykləri azad olmağa qərar vermiş Çexoslovakiya xalqı ilə müharibəyə hazırlaşırdılar. İşğal üçün iki cəbhə yaradıldı - Zakarpatye və Mərkəzi. Uzunmüddətli hərbi əməliyyatlar ehtimalı səbəbindən Cənub-Qərb Hərbi Dairəsi cəbhə vəziyyətinə gətirildi. 12 milyon əhalisi olan Çexoslovakiyaya qarşı 26 diviziya (18 sovet, 8 müttəfiq) və 22 aviasiya alayı, 5 minə yaxın tank və zirehli personal daşıyıcısı, SSRİ DTK-nın xüsusi qoşunlarından ibarət yarım milyona qədər əsgər çıxarıldı. Brejnev və onu dəstəkləyən Avropa diktatorları - Ulbrixt, Qomulka, Kadar və Jivkov Çexoslovakiya ordusu və xalqı ilə əsl müharibəyə hazırlaşırdılar. Həmişə belə hallarda olduğu kimi, onlar Çexoslovakiyanın ali rəhbərləri arasından bir qrup kollobarant hazırlayaraq onlarla separat danışıqlar apardılar.
İşğal eyni vaxtda sərhədlərin 18 yerindən və ölkə daxilinə desant enişlərindın başladı. Dərhal Çexoslovakiya prezidenti general Svoboda silahlı müqavimət göstərməmək əmri verdi. Çexoslovakiya ordusu kazarmalarda qaldı. Buna görə itkilər minimal oldu - təxminən 250 nəfər həlak oldu. İnsanlar xilas oldu, ölkə işğal edildi. Mühacirət edə bilənlər və istəyənlər bunu etdilər (sərhədçilər 10 günə yaxın sərhədləri açıq saxladılar), qalanları 20 il boyun əydilər, az sayda insan, Yan Palax kimi başqalarına cəsarət və barışmazlıq nümunəsi göstərmək üçün özlərini qurban verdilər.
İndi bizə qəribə görünə bilər, amma Praqa baharının aktivistləri sosializm və avrokommunizm ideyalarından ilhamlanırdılar. 1968-ci il Qərbi Avropa və ABŞ-da tələbə və ya başqa sözlə "seksual" inqilabların başlanğıcı idi. Bu inqilablar Çe Gevaranın, Fidel Kastronun, Mao Tszedunun, bəzi yerlərdə isə Stalinin və Leninin portretləri altında baş verib. Bəzən Trotskinin şəkilləri də olub. Bu, müharibədən sonra qalib gələn ölkələrin "darıxdırıcı”, "burjua” həyatına qarşı, yeni siyasi etika və yeni əxlaq uğrunda bir sol hərəkat idi. Maonun sözləri - "tüfəng güc verir" sözləri Nantr və Harvard "inqilabçılarını" sarsıtmır, əksinə ruhlandırırdı.
Çexlər və slovaklar üçün Qotvaldın və Novotnının bürokratik bolşevizmi də bir o qədər darıxdırıcı və nifrətli idi. Təbii ki, Praqa baharının simaları 1945-48-ci illərdə ölkəni işğal edən və yerli əlaltılarının əli ilə qan tökən Stalindən xoşlanmırdı, lakin Leninə fərqli yanaşırdılar. Avqustun 21-də işğal olunmuş ölkənin şəhərlərinin küçələrində belə bir plakat peyda olurdu: "Lenin, oyan, Brejnev dəli olub”.
27 iyun 1968-ci ildə Praqanın "Literarni Novini" qəzetində və digər Çexoslovakiya qəzetlərində 60-a yaxın ziyalının imzası ilə yazıçı Lüdviq Vatsulikin tərəfindən yazılmış "İki min söz" bəyannaməsi dərc olundu. Bu, Praqa baharının manifestinə çevrildi. Bu bəyannamədə deyilirdi:
"Kommunist Partiyasının qaydaları dövlətdə eyni qaydaların səbəbi və modeli idi. Onun dövlətlə müttəfiqliyi icra hakimiyyətinə kənardan baxmaq üstünlüyünün itməsinə səbəb olub. Dövlət və təsərrüfat təşkilatlarının fəaliyyəti tənqid olunmayıb. Parlament necə müzakirə etməyi, hökumət necə idarə etməyi, liderlər necə liderlik etməyi unudub. Seçkilər mənasını itirib, qanunların çəkisi yoxdur. Artıq heç bir komitədəki nümayəndələrimizə etibar edə bilmirdik, istəsək də, onlardan heç nə tələb edə bilməzdik, çünki onlar onsuz da heç nəyə nail ola bilmirdilər. Daha da pisi o idi ki, artıq bir-birimizə etibar edə bilmirdik. Şəxsi və kollektiv şərəf yoxa çıxdı. Dürüstlüklə heç nəyə nail olmaq mümkün deyildi, qabiliyyətə görə mükafatdan heç danışmağa dəyməz. Buna görə də, əksəriyyət sosial məsələlərə marağı itirdi və yalnız özünün qayğısına qaldı, pulu fikirləşdi, hətta pula da arxalanmaq mümkün deyildi. İnsanlar arasında münasibətlər pisləşib, işə sevgi yoxa çıxıb, bir sözlə, insanların mənəvi sağlamlığına, xarakterinə təhlükə yaradan dövrlər gəldi...
Son zamanlar xarici qüvvələrin mümkün müdaxiləsi narahatlıq doğurur. Özümüzdən üstün qüvvələrlə üz-üzə qalaraq, biz ancaq öz mövqeyimizdə dayanmalı və təxribatlara uymamalıyıq. Biz hökumətimizi əmin edə bilərik ki, əlimizdə silah olsa belə, onun ardınca gedəcəyik, nə qədər ki, o, səlahiyyətimizə düşəni etməyə davam edəcək və müttəfiqlərimizi əmin edə bilərik ki, müttəfiqlik, dostluq və ticarət əlaqələrimizi yerinə yetirəcəyik”.
Beləliklə, 1968-ci ildə Çexoslovakiya partiya liderləri və ziyalıları "sistem daxilində yenidənqurma" düşünürdülər. Təxminən 17 ildən sonra Qorbaçovun SSRİ-də başladığı şey. Brejnev Kadarı dinləyib çexlərə maneə olmamaq qərarına gəlsəydi nə olardı, düzünü desəm, bilmirəm. Ola bilsin ki, bütün Varşava Müqaviləsi daha tez dağılardı və SSRİ-də yenidənqurma da daha tez başlayardı və ya bəlkə də Yuqoslaviya və ya Rumıniyada olduğu kimi kommunist blokunda hansısa yeni modus vivendi qurulardı.
Mən şəxsən ən yüksək sovet bürokratiyasının Çexoslovakiyanın işğalına reaksiyasını müşahidə etməli oldum. Məktəbi təzəcə bitirmişdim və valideynlərimlə Krımda, Nijnyaya Oreandada hökumət sanatoriyasında istirahət edirdim. Avqustun 21-i səhər biz səhər yeməyi üçün yeməkxanaya gəldik. Bizi adi şən zümzümə əvəzinə ölü sükutla qarşıladılar - 150 məmur səssizcə yeməklərini qurdalayırdılar. Onlar çox yaxşı başa düşürdülər ki, baş verənlər bütün "istiləşmə” siyasəti və beynəlxalq kommunist hərəkatı üçün fəlakətdir, ələxsus, bu, Çinlə münasibətlərin ifrat dərəcədə pisləşdiyi bir vaxtda baş vermişdi.
Lakin dünya siyasətinin sirlərinə bələd olmayan, təbliğatla tamamilə sərsəmləşmiş sovet "xalq kütləsi” "Varşava Müqaviləsi qoşunlarının qardaşlıq missiyası”nın Çexoslovakiya xalqını NATO bağlarından xilas etdiyinə inanırdı və indi də inanmaqda davam edir. 1999-cu və 2004-cü illərdə məhz bağlarla həm çexlər, həm də slovaklar böyük sevinclə özlərini NATO-ya bağladılar, halbukı 1968-ci ildə onları ora heç kim qəbul etməzdi.
Biz, o vaxtkı tələbə gəncliyi, insan siması olan sosializm ideyalarına və onun təcəssümünün mümkünlüyünə varmadan, Praqa baharında başqa bir şeydən - insanın ləyaqətini, onun siyasi, vətəndaş və şəxsi azadlığını təsdiq etmək cəhdindən ilham alırdıq. Yan Palaxın xatirəsinə masanın ətrafında dayanaraq içirdik və şam yandırırdıq.
İndi başa mən düşürəm ki, həm Qərbdəki tələbə inqilablarının, həm də "Praqa baharı”nın əsas mənası – Qərb gənclərinin radikal sosializm həvəsi ilə də olsa, insanın, fərdin ləyaqətinin təsdiqi idi. Xalqda şəxsiyyəti məhv edən, "MƏN”in son hərf olduğu millətçilikdən, imperializmdən və kommunist kollektivizmindən "MƏN”lə başlayan personalizmə öz iradəmlə, həqiqətimlə, dostlar, ölkə və dünya qarşısında məsuliyyətimlə keçid asan deyil.
Həmin vaxt bu, Qərbdə alınmış, lakin vəhşi işğala görə Çexoslovakiyada alınmadı. 1989-90-cı illərdə Məxməri inqilab zamanı Çexoslovakiyaya şəxsiyyətçilik gəldi və ölkənin qansız, centlmencəsinə Çexiya və Slovakiyaya bölünməsi buna ən yaxşı sübutdur. Personalizm başqasına hörmət etməyi öyrədir, kollektivizm yalnız özünkünə - xalqına, sinfinə, irqinə hörmət etməyi öyrədir. Bir çox post-kommunist xalqlar bu eqoist kollektivizmdən hələ də müəyyən dərəcədə xəstədirlər, lakin Çexiya xalqı bundan böyük ölçüdə azaddır. Və bu mənada Praqa baharı işğalçıların bütün diviziya və tanklarına baxmayaraq, Praqada qalib gəldi. Dərhal olmasa da, qalib gəldi, necə ki, həmişə olduğu kimi, yaxşılıq və həqiqət şər və yalan üzərində qələbə çaldı.
Mənbə: Facebook.com
Tərcümə: Nizami Bağırov
Qaynarinfo
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
