AAK sədiri gəncləri Prezidentə qarşı qoyur
Cəmiyyət22 avqust 2023 13:26
Bu günlərdə əldə etdiyimiz məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ali Attestasiya Komissiyasında əməliyyat-axtarış işlərini AAK əməkdaşlarının əksər hissəsinin məzuniyyətdə olmasına görə intensiv şəkildə davam etdirə bilmir. Amma çoxsaylı şikayətləri nəzərə alaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sentyabr ayında yoxlamaları yenidən bərpa edəcək. GundemXeber.Az-ın əldə etdiyi digər məlumata görə isə, AAK sədri Famil Front oğlu Mustafayev bu günlərdə ən yaxın adamlarının yanında bildirib ki, onun çox yuxarıda adamı var və buna görə ona heç kim heç nə edə bilməyəcək. “Yuxarıda adam” deyəndə görəsən Famil Front oğlu kimi nəzərdə tutub? Prezident Aparatında bu sahəyə dolayısı ilə nəzarət edən Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbənin müdiri Fərəh xanım Əliyevanımı? Bildiyimizə görə, F.Əliyeva rüşvət və korrupsiyadan uzaq xanımdır, Azərbaycan xalqının qürur duyduğu bir kişinin-professor Şirməmməd Hüseynovun qızıdır, onun adının rüşvət, korrupsiya qalmaqalında çəkilməsi ədalətsizlik olar.
Famil Front oğlu bəlkə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovu nəzərdə tutur? Çünki o, 1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi vəzifəsində çalışıb və Kərəm Həsənovla hədsiz yaxın münasibətləri olub. Ona görə də Famil Front oğlu keçmişdə Əmlak Komitəsində işləyənlərə, xüsusən K. Həsənova yaxın şəxslərə Elmi ad və dərəcələr verilməsində “xüsusi güzəştlər” tətbiq edir. Çünki vaxtilə komitədə də ona belə güzəştlər edilib. O, K. Həsənovun himayəsi altında vaxtilə Dövlət Əmlak Komitəsindəki vəzifəsindən bəhrələnərək dövlət əmlakında xüsusi paya sahiblənib.
İrəlidə bu məsələyə geniş toxunacağıq. Amma burası da var ki, indi Famil Front oğlu özünü K. Həsənovdan daha güclü hesab edir. AMEA alimlərinin Prezidentə müraciətində onun hələ AAK-da sədr əvəzi olarkən Mikayıl Cabbarova güvəndiyini və onun hesabına tezliklə AAK-ın sədri olacağını yaxın adamlarının yanında dilə gətirdiyi bildirlir. Amma inanmaq olmur ki, yuxarıda adı çəkilən bu adamlar Famil Front oğlunun rüşvət və korrupsiya maxinasiyalarında adlarının hallanmasını istəyələr.
Famil Front oğlu Mustafayevin Azərbaycan dövlətinə ən böyük zərbəsi gənclərin elmə gedən yolunun qarşısını almasıdır. O, bu göstərişin ona Prezident Aparatından verildiyinə dönə-dönə işarə edir. Sanki bununla o, Prezidentlə gənclər arasında uçurum yaratmağa çalışır, AAK-ın bütün imtina məktublarında 2019-cu ildə Prezident tərəfindən təsdiqlənən “Əsasnamə”ni xüsusi vurğulamaqla ölkə başçısının adını qəsdən mənfi mənada dövriyyəyə gətirir. Belə çıxır ki, Prezident bilərəkdən belə bir Əsasnamə hazırlatdırmışdır ki, gənclərin elmə gedən yolunun qarşısını kəssin. Halbuki cənab Prezident bütün çıxışlarında və əməli fəaliyyətində gənclərə meydan verilməsinə, onların irəli çəkilməsinə çağırış edir. Möhtərəm Prezidentin gənclərə qayğısı ilə bağlı 1 fevral 2019-cu ildə Gənclər günündə etdiyi çıxışdan iki cümləni burada xatırlatmaq yerinə düşər: “Mənim tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır”.
Etiraf edək ki, Famil Front oğlu birmənalı şəkildə Prezidentin bu tövsiyyəsini inkar edir və gənclərin elmə, tədqiqata gələn yolunu bağlayır və fəxrlə deyir ki, AAK bir ildə 246 elmi işdən imtina edib. Həm də həmin işlərin böyük əksəriyyəti xırda texniki problemlə bağlı geri qaytarılıb. Onu da qeyd edək ki, bu məsələdə Elm və Təhsil Nazirliyi onun əsas köməkçisinə çevrilib. Həmin nazirliyin bir nəfər əməkdaşı bizimlə söhbətdə açıq şəkildə bizə bildirdi ki, Elm və Təhsil Nazirliyinin bəzi əməkdaşları AAK-la birgə müəyyən korporativ maraqları bölüşdüklərindən vətəndaşların haqlı şikayətləri təmin olunmur və sonda bütün ittihamlar Prezidentə yönəldilir. Əks halda, AAK-ın 2019-cu ildə qəbul etdiyi Əsasnaməni geriyə, 2018-ci və ondan əvvəlki illərdə doktoranturaya qəbul edilmiş gənclərə tətbiq etməsi ilə bağlı yol verdiyi qanunsuzluqla əlaqədar gənclərin Elm və Təhsil Nazirliyinə müraciətləri başdansovdu cavablandırılmazdı. Yaxud vətəndaşa bir cavab, AAK-a başqa bir cavab göndərilməzdi. Azərbaycan Respublikasının Konsititusiyasının 149-cu maddəsinin VII bəndində açıq-aydın deyilir ki, “normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Vətəndaş yuxarıda qeyd edilən normativ-hüquqi aktın qanunsuz olaraq geriyə, yəni Əsasnamənin qəbul edildiyi tarixdən əvvəl doktoranturaya qəbul olumnmuş şəxslərə tətbiq edildiyini bildirdikdə, ölkə qanunlarını və konsititusiyasını qorumaq birbaşa vəzifəsi olan nazirlik məsələyə tam aydınlıq gətirməli idi. Təbii ki, nazirliyə gələn məktubların hamısının nazir tərəfindən oxunduğunu və nazirin özünün birbaşa onlara cavab yazdığını güman etmək sadəövhlük olardı. Bunun üçün nazirlikdə yüksək əmək haqqı alan aparat işçiləri var. Cavabları da onlar hazırlayır və nazirə imzalatdırırlar. Əlbəttə, həmin məktubu hazırlayan, nazirə imzalatdıran şəxslər qanunu pozduqlarının fərqində olmalıdırlar. Digər tərəfdən, NBA üzrə magistr diplomunda nazirlik tərəfindən açıq-aşkar yazılır: “bu diplom növbəti pillədə təhsili davam etdirməyə icazə verir”. Nazirlik bu ifadənin həmin şəxslərin yalnız “iqtisadiyyat” üzrə müdafiə etməsinə icazə verdiyini deyir. Onda bu halda konkret yazılmalı idi ki, “bu diplom iqtisadiyyat üzrə növbəti pillədə təhsili davam etdirməyə icazə verir”. Amma belə yazılmayıb. Qanun qadağan etmirsə, niyə icazə olmamalıdır?
Gənclərə qarşı 2019-cu il “Əsasnamə”sindən istifadə edərək onların yolunu bağlayan AAK sədrinin bəs öz fəaliyyəti necə, əsasnaməyə uyğun olubmu? AAK dakı rüşvət və korrupsiya faktından, elmi ad və dərəcələrin şıdırığı alverindən, AAK-ın Ekspert Şurasının üzvü və katibi professor Şəfa Əliyevin bu yaxınlarda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəindən rüşvətlə yaxalanması məsələsindən demək olar ki, ölkə mətbuatı hər gün yazır. Bu, görünür, AAK-ın fəaliyyət prinsipidir. Bəs rəhbərin özünün fəaliyyət prinsipi?
Famil Front oğlu kimdir? O, hansı yollarla AAK-ın rəhbərliyinə gəlib çıxıb? Onun AAK-ın səhifəsindəki tərcümeyi-halı ilə real tərcümeyi-halı arasında xeyli fərqlər var. AAK-ın səhifəsində onun 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini, 1994–1996-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” SC-nin vitse-prezidenti, prezidenti, 1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti, 1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti kimi vəzifələrdə işləməyi göstərilməyib. Çünki, bu vəzifələrin heç birisi ona Azərbaycan elminə rəhbərlik etmək səlahiyyəti vermir. “Kupçanın”, “qiymətli kağızların” elmlə nə bağlılığı? Yəqin ki, Famil Front oğlu özü də bunu başa düşüb, ona görə də elmə dəxli olmayan bu vəzifələri AAK-ın səhifələrində sadalamayıb.
Digər tərəfdən, Famil Front oğlu, guya, 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. Halbuki həmin dövrdə (1999–2000-ci illərdə) o, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti olub. Onun vaxtı və imkanı vardımı ki, gedib BDU-da tələbəlik etsin? Özü də guya fərqlənmə diplomu alıb! Çox ehtimal ki, bu diplomu Abel Məhərrəmov bir elli kimi ona hədiyyə edib. Onun həmin dövrdə necə təhsil alması ilə bağlı universitetə artıq sorğu göndərilib. Famil Front oğlunun təkcə hüquq diplomu şübhəlidirmi? 2019-cu ildə AMEA-nın alimləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək AAK-ın sədr əvəzinin (o zaman F.Mustafayev AAK-da sədr əvəzi vəzifəsində çalışırdı) professor diplomunun saxta olduğu barədə geniş yazı ilə çıxış etmişdilər. Moderator.az saytı vasitəsi ilə yayımlanan həmin müraciətdə deyilirdi: “Möhtərəm Cənab Prezident! AAK-ın sədr əvəzi Famil Mustafayevin professor diplomunun verilməsində AAK-ın “Elmi adlar və elmi dərəcələrin verilməsi qaydaları haqqında” Əsasnamənin 6-cı bəndinin 45-ci maddəsi kobud şəkildə pozulmuşdur. Belə ki, maddəyə əsasən kafedra üzrə professor elmi adı almaq üçün elmlər doktoru diplomu təsdiqləndikdən 4 il keçdikdən sonra AAK-a professorluğa sənədlər təqdim edilə bilər. Famil Mustafayevin isə “Elmlər doktoru” dərəcəsi 24 iyun 2011-ci ildə təsdiq olduğu halda, “İqtisadi nəzəriyyə” kafedrası üzrə professor elmi adı 06 iyun 2014-cü ildə təsdiq edilmişdir. Yəni, heç 3 il keçməmişdir. Əgər nəzərə alsaq ki, sənədlər AAK-da 4-5 fq ekspertiza olunur, deməli, təxmin etmək olar ki, müddətdən 2 dəfə tez olaraq Famil Mustafayevin sənədləri qəbul edilmişdir. Onda adam dəhşətə gəlir!!! Bu qədər də prosedur pozuntusu olarmı?! Olar! Famil Front oğlu Mustafayevə olar! Bu adam yuxarıların onun arxasında dayandığını deyirsə, demək ona hər şey olar! Bu yuxarı kimdir? Bunu F. F. Mustafayev birbaşa niyə dilinə gətirmir? Müraciət müəlliflərinin yazdığına görə, həmin dövrlərdə Famil Front oğlu Mustafayev AAK-ın İqtisadiyyat üzrə Ekspert Şurasının sədri olub: “Deməli, Famil Mustafayev həm də həmin dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Əsasnaməni kobud şəkildə pozmuşdur. Əsasnamə isə gördüyünüz kimi dəqiq, mütləq 4 il müddətini hamı üçün qeyd-şərtsiz zəruri edir. Hər bir halda F. Mustafayevin bugünki professor diplomu legitim deyildir, prosedur pozuntusuna yol verilmişdir və deyə bilərik ki, SAXTADIR!”.
Famil Front oglu onlarla gənc alimin yolunu məhz həmin “Əsasnamə” ilə kəsmişdir. Amma özü həmin “Əsasnamə”ni hamıdan çox pozub. Bunu biz demirik AMEA-nın Prezidentə müraciət etmiş alimləri yazır: “Əsasnamənin 9-cu “Elmi dərəcələrədən və elmi adlardan məhrumetmə və onların bərpa edilməsi” bölməsinin 54-cü maddəsində yazılır ki, elmi dərəcə və ya elmi ad bu Əsasnamənin tələbləri pozulmaqla verildiyi halda, həmin şəxs elmi addan məhrum edilir. Deməli, birmənalı şəkildə Famil Mustafayev professor diplomundan məhrum olmalıdır! Çünki saxtakarlığa yol verilmişdir! Həm də o, məsuliyyətə cəlb olunmalıdır, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün”. Həqiqətən adama təəccüblü gəlir, bu qədər qanun pozuntusuna yol vermiş şəxs sonradan mükafatlandırılır, ona AAK sədri vəzifəsi verilir??? Famil Front oğlu əvəllər çalışdığı vəzifələrdə də bu cür saxtakarlıqlara yol vermişdir. O, 90-ci illərdə Əmlak Komitəsində işləyərkən dövlətin əmlakını da Bakı Mexaniki Təmir zavodunu bu yolla özününküləşdirmişdir. İndi həmin zavod “Konteks” MMC adı altında fəaliyyət göstərir. O, çox böyük var - dövləti də saxtakarlıq yolu ilə əldə etmişdir. Port-Bakuda ən bahalı mənzillərə sahibdir.
Bundan əlavə, AMEA əməkdaşları öz müraciətlərində Famil Mustafayevin doktorluq dissertasiyasının da plagiat məsələlərinə toxunmuşlar. “Famil Mustafayevin dissertasiyası, əsasən 1998-2002-ci illərdə Rusiyada müdafiə olunmuş dissertasiyaların birləşməsinin tərcüməsindən ibarətdir”-, deyə alimlər yazır. Yaxşı, bu qədər saxtakarlığa yol vermiş insan niyə indiyə qədər heç bir cəza almamışdır. Əksinə, vəzifə pillələri ilə sürətlə irəliləmişdir. Bu gün onun toxunulmazlığının səbəblərindən biri kimi DTX rəisinin bacısı Mahirə xanım Nağıyevanın AAK-da Famil Front oğlu tərəfindən filologiya üzrə ekspert şurasına sədr təyin edilməsi göstərilir. Amma biz hörmətli Əli müəllimin dövlətçilyin, milli-mənəvi dəyərlərin keşiyində ləyaqətlə dayandığını yaxşı bilirik, çox ehtimal ki, bu faktı Famil Front oğlu özü qəsdən dövriyyəyə gətirir ki, toxunulmaz olduğunu göstərsin.
Yazını AMEA əməkdaşlarının bir cümləsi ilə tamamlayıram: “Ali Attestasiya
Komissiyasının nüfuzunu alverçi təfəkkürlü şəxsin deyil, yalnız nüfuzlu alimin rəhbərliyi ilə qaldırmaq mümkündür!”.
(Davamı var)
Güney Nəsirov
Oxşar xəbərlər
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
Xəbər lenti
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
Video & Fotoqalereya
Video
Fotoqalereya
