Affekt vəziyyətdə bacımı öldürmək istəmişəm
Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclas da qalmaqalla başlayıb.
Prosesin əvvəlində zərərçəkmiş Gülnaz Məmmədova və şahid qismində tanınmış qızı ilə təqsirləndirilən bacılar arasında ilə mübahisə olub. Mübahisə zamanı zərərçəkmiş və qızı səslərini yüksəldib, A.Əliyeva və İ.Turkutu təhqir ediblər.
Hakim iclası pozduğuna görə şahidi zaldan kənarlaşdırıb, anasına isə xəbərdarlıq edib: “Rəfiqəlik edəndə, evinə çağırıb qarşısına tortla çay qoyanda məhkəmədən icazə almışdız? Hamısı elə sizin qanunsuz yolla pul qazanmaq tamahınızın nəticəsidir. Məhkəmə zalında sakit olun!”
Prosesin davamında Aytac Əliyevanın vəkili Ceyhun Yusifov bir sıra vəsatətlə çıxış edib.
C.Yusifov iş üzrə adı keçən iki müstəntiqin məhkəməyə çağırılmasını, müvəkkilinin səsi kimi təqdim edilmiş səs yazısının yoxlanılmasını və A.Əliyevanın 10-a yaxın xəstəlikdən əziyyət çəkdiyini qeyd edərək ev dustaqlığına buraxılmasını istəyib.
Məhkəmə qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edib: “İstintaq təcridxanasının müalicə müəssisəsi var. Ehtiyac yaranarsa, ora müraciət etmək olar”.
Digər vəsatətlər isə baxılmamış saxlanılıb. Daha sonra hakim bacılardan qızıl alverindən qazandıqları pulları nəyə xərclədiklərini soruşub.
Eks-bələdiyyə sədri bu məsələdə də bacısını günahlandırıb: “İlknurun dediyinə görə qızılları alandan sonra qiymət düşüb, ucuza satıb. Bu işlərə görə klinikalardan birinin yanında affekt vəziyyətdə bacımı öldürmək istəmişəm. Mən bacımın səhvlərinin qurbanıyam. 3 universitet bitirmişəm, indi doktoranturada oxumalıyam, amma gəlib məhkəmədə mühakimə olunuram”.
Prosesin davamında iş materiallarının tədqiqi davam etdirilib. A.Əliyeva sənəd saxtalaşdırılması epizodu üzrə də ittihamları təkzib edib, sənədlərin saxtalaşdırıldığı tarixdə bələdiyyə sədri olmadığını deyib: “Orda söhbət 2014-cü ildən gedir. Həmin vaxt da mən bələdiyyə sədri işləməmişəm. Aidiyyətim olmayan məsələyə görə niyə ittiham olunuram? 2 ildir günahsız ola -ola təcridxanada saxlanılıram”.
Məhkəmə heyəti məzuniyyətə getdiyinə görə proses oktyabrın 10-a kimi təxirə salınıb.
Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknurTurkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- Yeni Klinika Əhməd Orucun vəfatı ilə bağlı MƏLUMAT YAYDI - saat 14:50 radələrində...
22 noyabr 2025 21:16
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- 4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... (VİDEO)
9 noyabr 2025 17:27
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
- Fəzail Ağamalının oğlu DANIŞDI: Atamı və bacımı məhkəməyə verəcəyəm
25 oktyabr 2025 23:50
- Qurultayda DAVA düşdü, Fəzail Ağamalı oğlu ilə ƏLBƏYAXA OLDU...
25 oktyabr 2025 16:25
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 2025 03:41
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 11:03
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 02:08
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 01:05
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 00:36
- Seçkilərə hazıram… –Zelenski Trampa cavab verdi
09 dekabr 23:22
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
09 dekabr 21:43
- SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs
09 dekabr 21:06
