Rəfiqəsinin AİLƏSİNİ DAĞITDI, baş leytenant Elnarə Xəlilovanın ŞOK
Kulis.az müğənni Elnarə Xəlilova haqqında maraqlı faktları təqdim edir.
Elnarə Sabit qızı Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 saylı ota məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib.
Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib.
13 yaşında ikən anası onu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti “Bənövşə” uşaq xoruna aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub.
1999-cu ildə “Qızıl Açar-99” mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek-vokalisti olub. Qrupdan ayrıldıqdan sonra “Şərq ulduzları” uşaq teatrında çalışıb. Sonradan “Elnarə və onun dostları” qrupunu yaradıb. 2003-cü ildə “SS Production” şirkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb.
Elnarə Xəlilova “Qəm otağı”, “Məhəbbət payım”, “Uzaqlara”, “Yuxulu şəhər”, “Çünki gəncsən”, “Cibdə varsa pul” kimi mahnıları ilə böyük məşhurluq qazanıb.
O, 2006-cı ildə ailə həyatı qurub. Həmin il “Məhəbbət payım” adlı solo albomunu buraxıb. “Səbuhi” studiyasında yazılan disk 16 mahnıdan ibarət olub.
2006-cı ildə Elnarə Xəlilova əvvəllər “Lider” televiziyasında jurnalist, aparıcı kimi fəaliyyət göstərmiş, hazırda Dövlət Sərhəd xidmətində çalışan hərbçi Rövşən Cahangirovla ailə həyatı qurub. Bir müddət ailəsinə görə sənətdən uzaqlaşan müğənninin 1 qızı, 3 oğlu var. Müğənni müsahibələrinin birində həyat yoldaşı haqqında deyir: “Rövşən mənim arxamda dayandı və sahib çıxdı. Kim deyərdi ki, Rövşən kimi kişi müğənni qızla evlənəcək?! Düzdür, məni yaxından tanıyanlar necə insan olduğumu bilir. Amma adım müğənnidir. Biz evlənəndə hamı şokdaydı.
Heç kim inanmırdı ki, vətənpərvər verilişlərin müəllifi və aparıcısı gedib müğənni alıb. Hamı bu sözü bizim üzümüzə qarşı dedi. Nişanlanmamışdan əvvəl iki il görüşmüşük. Bizim münasibətlərimizin uzanmağına da səbəb Rövşənin ailəsi idi. Onlar məni gəlin kimi istəmirdilər
Onların narazılığını çox gözəl anlayırdım. Çünki məni tanımırdılar, necə ürəyə malik olduğumu bilmirdilər. Yeganə günahım o idi ki, əlimə mikrofon alıb oxuyuram. Onları qınamırdım. Neyniyim ki, bizim adımız çıxıb?! Bütün dünyada sənət adamlarını birmənalı qarşılamırlar. Biz də təbii ki, baryerlər və maneələrlə rastlaşdıq. Hamı istəyir ki, balası xoşbəxt olsun. Mənim də iki oğlum var. Mən heç vaxt demərəm ki, müğənni qız almayacam. Birmənalı şəkildə bütün müğənnilər pisdir demək olmaz. Rövşən dedi öldü var, döndü yoxdur. Dedi, mən Elnarəni alacam, o, mənim övladlarımın anası olacaq. Hamıya başa saldı ki, bu, mənim seçimimdir. Əks halda pasportlarımızı da götürüb ölkədən gedirdik. Ailə qurduq, üç günə özümü onlara təsdiq etdim”.
Elnarənin səhnə fəaliyyətini çox düşünmədən iki hissəyə ayırmaq olar. Evliliyə qədər və evlilikdən sonra. Evliliyə qədər Elnarə Xəlilovanı biz hər addımı yenilik, risk, cəsarət, sərbəstlik fışqıran bir müğənni kimi tanıyırdıq.
Elnarə ailə haqqında suallara cavab verərkən deyir:
“Ailə dağıtmaq 1 saniyədə belə olar, amma qurmağa çox zaman lazımdır. Əlimizdə olanların dəyərini bilmirik. Hər zaman xanımlara dəstək olmuşam. Elə situasiya olur ki, ər içir gəlir evə, pul qazanmır, döyür, söyür. Mən belə hallarda qadına haqq verirəm, buna dözmək olmaz. Mən öz rəfiqəmə “boşan” sözünü demiş, məsləhət vermiş adamam. Onu boşatdırmışam, ona “bu adamdan sənə ər olmaz” demişəm, 7 illik ailə dağılıb. Mən də anayam, mənim də 4 övladım var. Mənim də yoldaşımın işdən əsəbi, ac gəldiyi, əlinin gətirmədiyi vaxtlar olur. Hər xırda şey olanda durub ailəmi dağıtmalıyam? Mən özümü elə aparmaram ki, o məni təhqir etsin. Sən ərinin sözünə qulaq asmalısan. Evdə böyük atadır, ərdir. Hər şey qadının əlindədir. Mən ailə dağıtmağın tərəfdarı deyiləm”.
İllər sonra efirdə çıxış edərkən aparıcı ona deyir ki, cırıq kalqotkaların dəbdə olduğu zamanda təzə kalqotkasını cırıb efirə çıxmışdı. Təbii ki, bu nə bəladırsa, səhnə dəlilik tələb edir və Elnarə də həmin illərin bir çox partlayış yaradan müğənniləri kimi efirdə cəsarətli addımlar atırdı.
Ailə qurduqdan sonra isə o, öz dərin dekolteli gəlinlik paltarını belə tənqid edirdi hətta, zarafatyana deyirdi ki, ərimə demişəm, mən bunu geyinmək istəyirdim, istəyirdim, bəs sən hara baxırdın?
Elnarə Xəlilova hərbçidir. Dövlət Sərhəd xidmətində çalışır. Baş leytenant rütbəsi alması ilə bağlı sosial şəbəkədə dolaşan fikirlərə münasibət bildirərkən, müğənni qeyd etmişdi ki, bu rütbə rahatlıqla alınmır.
“Hamı deyir ki, birdən-birə necə Baş leytenant rütbəsi aldın? Mən də izah edirəm ki, bu rütbələri elə-belə adama vermirlər. Mən iki universitet bitirmişəm. Azərbaycan Dillər Universitetini bitirmişəm. Fövqəladə Hallar Nazirliyində tibb bacısıyam. 2004-cü ildən bu günə qədər təmənnasız hərbi xidmətdə olmuşam. Hara çağırıblarsa, getmişəm”.
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 2026 22:18
- İranın xarici işlər naziri ailəsi ilə birgə Livana qaçdı
11 yanvar 2026 00:11
- Elnarə Abdullayeva qayınanasıyla bağlı elə sözlər dedi ki...
8 yanvar 2026 13:38
- Polad Həşimovun doğum günüdür
2 yanvar 2026 11:07
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
