SON DƏQİQƏ! Ankaradan Yevlağa “Bayraktar”lar gətirilib
SON DƏQİQƏ! Ankaradan Yevlağa “Bayraktar”lar gətirilib
“The Crisis Watch” bu və ya digər regionda baş verən hərbi münaqişələri izləyir. Bu təşkilatın təmsilçisi Babak Taghvaee yazır ki, sentyabrın 6-da Azərbaycan Müdafiə Nazirliyinə “Bayraktar TB2” dronlarının yeni dəsti daxil olub. Bu dronlar Ermənistana növbəti hücum zamanı istifadə olunacaq. Dron dəsti Azərbaycanın “Silk Way Airlines” şirkətinə məxsus “4K-AZ40” və “Il-76TD” yük təyyarələri vasitəsi ilə Ankaradan Yevlaxa çatdırılıb. Xəbərdə reyslərin nömrələri də qeyd olunub: ZP6592/AZQ6502. “The Crisis Watch” bu xəbəri Twitter-in X platformasından yayıb. İrana məxsus “Iran International Newsroom” isə bu xəbəri “Looming Azerbaijan-Armenia War Signals Geopolitical Shifts” (Yaxınlaşan Azərbaycan-Ermənistan Müharibəsi Geosiyasi dəyişikliklərdən xəbər verir) adlı təhlil yazısında istifadə edib. Azərbaycanla Ermənistan arasında yenidən müharibənin başlaya biləcəyi ilə bağlı Nikol Paşinyan da bəyanat verir. Bu məlumat beynəlxalq xəbər agentlikləri tərəfindən də tirajlanır. Azərbaycanla Ermənistan arasında Moskva, Brüssel və Vaşinqtonda gedən danışıqlar faktiki olaraq dondurulub. O da maraqlıdır ki, heç bir siyasi mərkəz Azərbaycanla Ermənistana danışıqların növbəti raundunun keçrilməsi üçün çağırış etmir. Azərbaycanla Ermənistan arasında əsas problem nədir? Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, keçmiş Dağlıq Qarabağı ölkəmizin tərkib hissəsi kimi qəbul etsə də Xankəndi ilə Bakı arasında beynəlxalq müşahidəçilərin nəzarəti altında (yəni Qərbin nəzarəti altında) danışıqlar keçirilməsini tələb edir. Rəsmi Bakı isə danışqların yalnız Azərbaycan ərazisində, heç bir kənar müdaxilə olmadan keçirilməli olduğunda israrlıdır. Söhbət ondan gedir ki, Qarabağ erməniləri Azərbaycana re-inteqrasiya etmək istəmirlər. Qarabağda hələ də 10 min silahlı erməninin qalması bu istəyin olmamasından xəbər verir. Ermənistanın Laçın buraxılış-keçid məntəqəsini dəhliz statusunda açmaq üçün beynəlxalq səviyyədə anti-Azərbaycan siyasətinin aparılmasında da bu amil dayanır... Tərəflərin ortaq məxrəcə gələ bilmədiyi ikinci əsas məslə ilə Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistan Zəngəzurun yolunun açılmasına etiraz etmir. Ancaq bu yola dəhliz statusu vermək istəmir... Ermənilər də yaxşı bilir ki, yalnız Zəngəzura dəhliz statusu verildiyi təqdirdə Laçın yolu da dəhlizə çevrilə bilər. Əks təqdirdə bu, mümkün deyil... Bu kimi fundamental məsələlərdə 180 dərəcə fərqli mövqelərdə dayanan tərəfləri ortaq məxrəcə gətirmək son dərəcə müşkül məsələdir. Ona görə də Cənubu Qafqazda Bellona ( Qədim Romada müharibə allahı) və Mars (fəlakət ilahəsi) qoşa addımlayır. Qələbə ilahisi Femida kimin tərəfində olacaq? Əla həzrət zaman hər şeyi yerbəyer edəcək...
Elbəyi Həsənli, Sürix
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
4 aprel 2026 00:20
- Zaxarova Azərbaycana təşəkkür etdi
1 aprel 2026 21:29
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
