VƏTƏN KEŞİKÇİSİ - ƏSGƏR HEYKƏLİ
VƏTƏN KEŞİKÇİSİ-ƏSGƏR HEYKƏLİ
Hər dəfə Bakı şəhərindəki Şəhidlər Xiyabanına yolum düşəndə onun mərkəzi hissəsində qoyulan möhtəşəm "Qalib Əsgər abidəsi" önündə sükutla dayanıb onu hörmət və ehtiramla yad edirəm.Fəxr və fəxarət duyğusu keçirirəm ki, mənim belə qalibiyyət bayraqlı qalib əsgərim var.
Eləcə də Sumqayıt Şəhidlər Xiyabanında ucaldılan "Qalib Azərbaycan Əsgəri" heykəli önündə də bu hissləri keçirirəm.Heç yadımdan çıxmaz.Sovet dönəmində 9 May qələbəsini,41-45-ci illərdə igidlik,qəhrəmanlıq göstərən babalarımızın şərəfinə ucaldılmış abidə komplekslərini ziyarət edər,önündə Vətən andı içərdik.Bizi bu ruhda böyüdürdülər.Bu,böyük Vətənə köklənmişdik.Ancaq sonadək belə olmadı.İnandığımız,etibar etdiyimiz rus imperializmi bizə,doğma Yurdumuza xəyanət etdi.Bədnam qonşularımızla birgə dədə-baba torpağımızı işğal etdi.Sən demə,Şimal küləyinin həzin mehi pərdələnmiş...qasırğanın,tufanın köynəyi altında gizlənmişdir.Hər nə varsa,bəlli oldu bizlərə.Kimin dost,kimin düşmən olduğunu öz gözlərimizlə gördük.Nə qədər ağrı-acı,nə qədər əzab,iztirablar...ayrılıqlar,həsrət duyğuları keçirsək də sınmadıq,əyilmədik.Ayaq üstə durmağı bacardıq.Yenə köməyimizə öz əsgərlərimiz gəldi.Yenə bizə sevinci,fərəhi Milli Ordumuz yaşatdı.Torpaqlarımız amansız,zülmkar yağılardan azad olundu.İndi istəyirəm ki,mənə azadlığı bəxş edən o əsgər heykəli önündə baş əyəm.İndi istəyirəm ki,o məğrur,vüqarlı əsgərimin önündə Vətən andı içəm!..Əsgər adı çəkiləndə yadıma nələr düşmür?Fikrimdən,düşüncəmdən "Ən böyük Əsgər-bizim Əsgərdir" deyimi keçir.Hər an döyüşə hazır olandır...bizim əsgər!Necə də qoçaq,çevik,cəsarətli,qorxmaz və iradəlidir bizim əsgər.Daxili Qoşunların,Milli Ordunun,Sərhəddimizin,Xüsusi təyinatların və digər qurumların əsgərləri necə də enerjili,dözümlü və mətindirlər.Əsgərlik.Kişilik məktəbi.Belə bir məktəbdə,belə bir məbəddə bərkiyibdir,bişibdir hər bir əsgərimiz...44 günlük Vətən müharibəsində göstərdiyi igidlik,qəhrəmanlıq dillər əzbəri oldu.Dünya hərb tarixində hələ belə şücaət,cəsurluq göstərən əsgər olmamışdır.Amma Azərbaycan əsgəri sübut etdi ki, canımdan keçərəm,torpağımdan keçmərəm.Və ölümün üstünə yeridi,bizim əsgər!Ölüm də ondan çəkindi,ondan qorxdu.Bax,bu idi bizim əsgərin ürəyi!
Azadlıq həmişə qurban tələb edər.Canını qorxmadan fəda edənlər Vətənin böyüklüyünü,onun həyat eşqinin gücünü cəbhədə,səngərdə nümayiş etdirə bildilər...Anaların qucağında,qundağında köç edən körpələr igid əsgər oldu.Böyüyə-böyüyə içlərindəki düşmənə nifrət hissini,qəzəbi də intiqamı da böyütdülər.Və yağıya əsl dərs keçdilər.Vətən dərsi...Həyat dərsi!Torpağımı igid əsgərim azad etdi.Başımı dik yuxarı qaldırmağım da əsgərimin hünərinə oldu.Mənim əsgərim yeriyən,diri şəhidimdir,mənim əsgərim yaralı Qazimdir!Gərək hər yerdə-bütün şəhidlər xiyabanlarında əsgərimə heykəl qoyula.Ürəklərdə ucalan əsgər heykəlləri danışırdı bunları mənə...Danışırdı ki,mən artıq heykəlləşmişəm,daşlaşmışam.Yadelliyə bir sipərəm,bir qalayam!Bu torpağın,bu Yurdun sən dirəyisən!Ordumuzun ürəyisən,Əsgər Heykəli! Həmişə ayıq-sayıqdı.Yuxu gəlməz gözlərinə...oyaqdı,Əsgər Heykəli!Sən ucadan ucasan,Ucaldın ki,torpağını qucasan!Qoy hər yerdə qəlbiləşsin, yüksəlsin...mənim əsgər heykəlim!Əsgər heykəli -bir güc,qüdrət nümayişidir!Sən sadiq bir Vətən keşikçisisən-Əsgər heykəli!Vətənimi gözün kimi qoruyursan!Mənim Əsgər heykəlim!
SƏBİRƏ ƏLƏKBƏROVA,
Kənd Təsərrüfatı Nazirliyi yanında AXA-nın Zəngilan rayon şöbəsinin əməkdaşı.
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 2025 12:11
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
9 dekabr 2025 21:43
- Yazıçı Anar: Binanı restoran ediblər, Zərdabi onun qapıçısı kimi görünür
8 dekabr 2025 13:03
- Ağdamda Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edildi - Fotolar
6 dekabr 2025 23:47
- Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir - Nəriman Nərimanovun oğluna məktubu
6 dekabr 2025 01:02
- ABŞ-ın briqada generalı Azərbaycana GƏLDİ - FOTO
3 dekabr 2025 11:33
- Laçının işğaldan azad edilməsindən 5 il ötür
1 dekabr 2025 11:24
- Kəlbəcərin azad olunmasından 5 il ötdü
25 noyabr 2025 00:56
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 11:03
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 02:08
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 01:05
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 00:36
- Seçkilərə hazıram… –Zelenski Trampa cavab verdi
09 dekabr 23:22
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
09 dekabr 21:43
- SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs
09 dekabr 21:06
