Laçın məktəbinin direktoru Piyalə Xudayarova ilə bağlı dövlət qurumlarına müraciət
Laçın rayon Badamdar orta məktəbin direktoru Piyalə Xudayarova ilə bağlı müraciət..
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Laçın rayon Badamdar ümumi orta məktəbinin direktoru Piyalə Zülfüqar qızı Xudayarovanın əməlləri barədə
Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Topçubaşov küçəsi, 159 saylı fərdi evdə daimi yaşayan, Zahirov Nadir Şərif oğlu (Ş/v Seriya № AA2036951, FİN: 5ZQTDKQ) və Zahirova Zəminə Ağadadaş qızı (Ş/v Seriya № AA2145284 ) tərəfindən redaksiyamıza şikyət ərizəsi daxil olub.
Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova,
Azərbaycan Respublikası Prezidentinin Köməkçisi
cənab Anar Ələkbərova,
Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət nüşaviri cənab Kamran Əliyevə,
Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə,
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə,
Milli Məclisin Laçın dairəsi üzrə deputatı cənab Mahir Abbaszadəyə
ŞİKAYƏT ƏRİZƏSİ
Cənablar !
Bildiririk ki, 2011-ci ildən daimi yaşadığımız fərdi evin arxasında “gecəqondu” kimi tələm-tələsik, dövlət nəzarətindən kənar, həm də təhlükəli uçurumda tikilən Laçın məcburi köçkünlər məktəbi yerləşir. Bu məktəbin direktoru Xudayarova Piyalə Zülfüqar qızı ilk əvvəl XAHİŞ etdi ki, məktəbə gediş-gəliş üçün bizim həyətimizdən keçid üçün 1 qapı enində yol verək.
Biz ona bu şəraiti yaratdıq. Üstündən xeyli zaman keçdikdən sonra, hazırda bu xanım özbaşınalıq edir, hətta bizə HƏDƏ-QORXU gəlir.
Yəni bir vaxt bizdən XAHİŞ edən adam, indi bizimlə HƏDƏ-QORXU dilində danışır.
Biz əvvəl düşünürdük ki, bu hədə-qorxu yəqin adicə sözdür. Amma sonra 14.09.2023-cü il tarixdə bu xanımın bilavasitə iştirakı və nəzarəti ilə məhəlləmizdə bizə məxsus hasar (qonşu Vüqara məxsus divarlar ) özbaşına sökülmüşdür. Artıq bu hərəkətdən sonra, biz hesab edirik ki, Piyalə Xudayarovanın bizə gəldiyi hədə-qorxu realdır. Piyalə Xudayarova bizə hədə-qorxu gəlirdi ki, evlərimizi sökdürəcək. Torpaq sahələrimizi (əmlaklarımızı) əlimizdən alıb öz adına keçirəcək. İndi də biz tam başa düşdük ki, hədə-qorxu realdır. Çünki bu xanım özbaşına, şəxsən nəzarət etməklə (video görüntü var) həyətimizdə bizə və qonşuya məxsus hasarı sökdürüb. Söküntü bu xanımın nəzarəti altında həyata keçirilmişdir
Əraziyə 10 KV 141 dövlət qeydiyyat nömrə nişanlı maşınla adamlar gələrək, ərazidə bu özbaşınalığı icra ediblər. Deməli Piyalə Xudayarovanın hədə-qorxusu realdır. Məcburi köçkün məktəbinin direktoru olan bu xanım əmlakımıza ziyan vurmuş və əmlakımızı əlimizdən almaqla bizi hədələyir.
Piyalə Xudayarova bütün hərəkətlərini isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin adı ilə əlaqələndirir.
Nəzərinizə çatdırırıq ki, Laçın məcburi köçkün məktəbinin inşa olunduğu yer təhlükə mənbəyidir. Burada uşaqların həyatı tam təhlükə altındadır. Belə ki, məktəb uçurumun kənarında yerləşir. Məktəbin direktoru kanalzasiya quyusundan çıxan çirkab suları bizim həyətimizə axıdır. Bilərəkdən ekoloji pozuntulara yol verir. Həm məktəbdə təhsil alan şagirdlərin, həm də ərazidə yaşayan sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Bizim həyətin və yolumuzun bərbad vəziyyətə gəlməsinə səbəb olan bu şəxs bizi hədələməkdən çəkinmir. Hətta əmlaklarımızı əlimizdən almaqla bizi təhdid edir.
Odur ki, yuxarıda yazdıqlarımızı nəzərə alaraq məktəb direktoru Piyalə Xudayarovanın qanunsuz əməlləri ilə bağlı tədbir görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik.
Məlumat üçün bildiririk ki, 13.09.2023-cü il tarixdə “102” xidmətinə müraciət etməyimizə baxmayaraq, eyni hərəkətlər davam etdirilməkdədir.
İmzalar:
1. Zahirov Nadir Şərif oğlu
2. Zahirova Zəminə Ağadadaş qızı
Əvvəlcədən təşəkkür edirik.
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
