General 143 MİLYONU necə mənimsəyib? - Dindirmə qapalı olacaq
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digər zabitlərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittihamı elan edib. Nizami Məmmədov, Bayram Bayramov, Cəlal Kazımov və Vüsal Əlizadə ondan ötrü təqsirləndirilir ki, onlar xidməti vəzifələrindən sui-istifadə edərək bütün qoşun növlərində maliyyə məsələlərini həll etmək və dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəli xərclənməsini təmin etmək əvəzinə digərləri ilə əlbir olaraq 143 milyon manat pul vəsaitini mənimsəyiblər. Mənimsəmə hallarında isə bu növ cinayətlərin törədilməsindəki metodlardan istifadə edilib. Məsələn, büdcədə ayrılmış pullar əvvəlcədən razılaşdırılmış şirkətlərin hesabına köçürülüb. Şirkətlərlə bağlanmış müqaviləyə əsasən isə alınacaq malların dəyəri süni şəkildə şişirdilib, köçürülən pullar nağdlaşdırılaraq təqsirləndirilən şəxslərə qaytarılıb. Bundan başqa uydurma şəxslərin adına açılan kart hesablarına pullar köçürülərək külli miqdarda dövlət vəsaiti qəsdən talanıb. Dövlətin qanunla qorunan mənafelərinə xələl gətirən hərəkətlərinə görə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 14 ilə kimi həbs cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxslər hər biri ittihama münasibətdə özlərini qismən təqsirli bilib. Nizami Məmmədov özünü ona görə qismən təqsirli sayır ki, o, satınalma və mənzil istismar sahəsi ilə bağlı 6 miıyon manata yaxın mənimsəmə epizodunu qəbul etmir. General deyir ki, onun hərəkətləri nəticəsində dövlətə 12 milyon ziyan dəyib. Həmin ziyan da tamamilə ödənilib. Digər təqsirləndirilənlər isə onlara verilmiş ittihamda qeyd olunan rəqəmlərin şişirdildiyini iddia edirlər. Prosesin sonuna yaxın Vüsal Əlizadənin vəkili Fərhad Əhmədov vəsatət qaldıraraq məhkəmə baxışının davamının qapalı keçirilməsini istəyib. Sədrlik edən hakim Fikrət Əliyev prokurorun və digər vəkillərin münasibətini öyrənmədən vəsatəti dərhal təmin edib. Hakim qərarı onunla əsaslandırıb ki, iş materiallarında dövlət sirri təşkil edən məlumatlar yer alır. Qeyd olunub ki, hələ ki, yalnız ittiham olunan şəxslərin ifadə verəcəkləri hissə qapalı keçirilsin, sonrakı müddətdə isə vəsatətə yenidən baxılacaq. Sentyabrın 29-da keçiriləcək iclasda təqsirləndirilən şəxslər sərbəst ifadə verəcəklər. Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində nazirliyin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov, eyni idarənin zabiti Vüsal Əlizadə və cinayət işləri ayrıca icraata görürülən digər zabitlər həbs ediliblər. İş üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 2026 14:16
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
