Nəcməddin Sadıkova hər sifarişdən nə qədər pul çatıb?
Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, iş üzrə ittiham olunanlardan biri də nazirliyin Mənzil-İstismar İdarəsinin rəisi polkovnik Fikrət Mirzəyevdir.
Polkovnik Mirzəyev bir qrup şəxslə əlbir olaraq külli miqdarda mənimsəmədə ittiham olunur.
F.Mirzəyev mənimsənilən 3 milyon 380 min manatın yalnız 111 min manatının ona aid olduğunu iddia edib.
Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və Əsaslı təmir bölməsinin rəisi Rəhim Laçınov şahid qismində ifadə verib.
General deyib ki, təqsirləndirilən şəxslə istintaq dövründə üzləşmə keçirilib. Həmin vaxt Mirzəyev şirkətlərin nağd şəkildə qaytardığı 369 min manatı ona verdiyini bildirib:
“Fikrət Mirzəyev mənim tabeliyimdə olmayıb. Maliyyə Nazirliyi Mənzil-İstismar Sahəsi üçün vəsaiti Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə köçürmürdü. Həmin idarə belə desək ayrıca hərbi-hissə idi. Ona görə də birbaşa sifarişlər edə bilirdilər. Mənə 369 min manat pul verilməyib”.
Fikrət Mirzəyev generalın ifadəsinə düzəliş edərək qeyd edib ki, 2019-cu ilə kimi işlədiyi idarəyə vəsaiti Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsi köçürüb, ondan sonra Maliyyə Nazirliyinə həvalə edilib:
“İstintaq dövründə verdiyim ifadəyə gəldikdə isə əvvəlki mövqeyimdəyəm. Nizami Məmmədovun sözündən elə çıxır ki, mən onun əleyhinə ifadə vermişəm. Biz kişi şalvarı geyinirik, kiməsə böhtan atmaq yaraşmaz”.
Məhkəmə tərkibinə daxil olan hakimlərdən biri şahidə büdcədən ayrılan pulların gələcək taleyi ilə bağlı sual verib:
“Bəs bu ayrılan pulların necə xərcləndiyinə, yeyilib-yeyilmədiyinə kim nəzarət edirdi?”
Nizami Məmmədov cavabında “biz smetaya uyğun pul köçürürdük. Sonradan həmin pullar hara xərclənirdi, düz istifadə olunurdu ya yox onu bilmirəm. Bu işlərə nəzarət edən ayrıca idarə var idi”.
Prosesin davamında Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı təmir idarəsinin rəisi Rəhim Laçınov ifadə verib.
Şahid deyib ki, qiymətlərin şişirdilməsindən əldə olunan pulları toplayaraq Fikrət Mirzəyevə verib:
“Müəyyən şeylər var idi ki, təyinatı bəlli deyildi. Göstəriş belə idi ki, şirkətlərin qaytardığı pulları Fikrət Mirzəyevə çatdırım. Amma nə qədər rəqəm olduğunu bilmirəm. Söhbət əsnasında eşitmişdim ki, qaytarılan pulların bir hissəsi general Nizami Məmmədova çatır”.
Prokuror Valeh Mehrəliyev şahiddən şirkətlərə köçürülən pulların nağdlaşdırılıb kimə qaytarıldığını soruşub. Şahid deyib ki, o, ancaq Fikrət Mirzəyevə pul verib. Başqa kimlərə faiz çatdığından xəbərsiz olub.
Prokuroru maraqlandıran digər məsələ isə şirlətlərin qaytardığı pulların necə bölünməsi olub:
“Hərbi təminatların alınması zamanı qiymətlər şişirdilirdi. Qazanılan pul isə geri qaytarılırdı. Tutaq ki, 100 manat qaytarılıb, bu pul necə ödənilirdi?”
Şahid sualdan yayınadaq, bu məsələdən Fikrət Mirzəyevin məlumatlı olduğunu deyib.
Hakim şahidin istintaqa verdiyi ifadəsinə istinad edərək sabiq baş qərargah rəisi Nəcməddin Sadıkova hər sifarişdən nə qədər pul çatdığını soruşub:
“İfadənizdə yazırsız ki, şirkətlərin qaytardığı pullardan 15 faiz Nəcməddin Sadıkova, 3 faiz Nizami Məmmədova, 3 faiz isə Fikrət Mirzəyevə çatıb. Bu barədə nə deyə bilərsiz?”.
Şahid həmin sözləri Fikrət Mirzəyevin izahatına əsasən yazdığını bildirib. O, deyib ki, Mirzəyevin izahatı onun qarşısında olub, o nə yazıbsa, həmin şeyləri öz izahatına köçürüb:
“Gördüm orda konkret rəqəmlər yazılıb, məndə öz izahatıma köçürdüm. Sadıkova 15 faiz, Məmmədova 3 faiz çatmasını da Fikrət Mirzəyevin ifadəsinə əsasən yazmışam”.
Şahidə sonuncu sualı isə hakim Rafiq Abbasov verib.
Hakim şahiddən bütün bu işlərdə özünə nə qədər pul çatdığı soruşub.
“Şirkətlər mənə qonaqlıq verirdilər. (gülümsəyir)”, - deyə şahid cavab verib.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.
Fikrət Mirzəyev və digərlərinə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
3 aprel 2026 23:39
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
2 aprel 2026 20:09
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
1 aprel 2026 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
