Zakir Fərəcova dayan!- deyən tapılacaqmı?...
Sahibkarların aldadılması dövlətə xəyanətdir
Əlbəttə, Sumqayıtın icra başçısı Zakir Fərəcovun şəhər əhalisini dövlətdən narazı salmasına xidmət edən sayısız bəd əməllərindən söhbət açacağımız yazının sərlövəsindən bəllidir.
Qeyd edək ki, xeyli vaxtdır Sumqayıt şəhərinin icra başçısı vəzifəsində işləyən Zakir Fərəcov istər Abşeronda, istərsə də Sumqayıtda işlədiyi dövrdə özünün hansı mədəniyyətsizliyə, qabalığa, meşşanlığa, dələduzluğa, bir sözlə, rəhbərə çox töhmət gətirən xarakterə malikdir, deyillər.
Bunu biz yox, onunla işləyənlər və şəhər əhalisi deyir. Təsadüfi deyil ki, bu adamı Abşeronda və Sumqayıtda hamı dələduz, fırıldaqçı, yalançı, rüşvətxor kimi tanıyır. Ona görə də, bir dəfə Zakir Fərəcovun "dələduzluq toruna" düşən iş adamının çoxu bu adamla təkrar əlaqəyə girmək, iş görmək istəmir...
Zakir Fərəcovun rəhbər şəxsə yaraşmayan, onu nüfuzdan salan, ağsaqqala, nəhayət icra başçısının hərəkətinə qəti uyğun gəlməyən əməlləri hər gün sumqayıtlılar arasında geniş müzakirə olunur. Zakir Fərəcovun tutduğu dələduzluq, rüşvətxorluq kursu tək onun özünə yox, həm də Prezidentin, Müzəffər Ali Baş Komandanın, 30 il düşmən işğalında qalmış torpaqlarımızı azad edən və xalq tərəfindən çox sevilən İlham Əliyevin hakimiyyətinə ləkə salır!..
Fikir verin, Zakir Fərəcovun icra başçısı işlədiyi Sumqayıt şəhərində demək olar ki, elə bir idarə, təşkilat və müəssisə tapmaq mümkün deyil ki, həmin yerdə mənimsəmə cinayəti törədilməsin. Məlum olduğu kimi, Azərbaycan Hesablama Palatasının Sumyatda keçirdiyi yoxlama zamanı ayrı-ayrı dövlət orqanlarında və təşkilatlarda dövlətin milyonlarla pul vəsaitinin mənimsənilməsi faktı aşkar olunub.
Palata yoxlama nəticəsində aşkar olunmuş materiallarda cinayət tərkibi olduğuna şübhələr yarandığına görə, yoxlama materiallarını Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərib.
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Hesablama Palatasının göndərdiyi yoxlama materiallarını araşdırıb, şəhərin mədəniyyət, maarif, səhiyyə və digər dövlət orqanlarında külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə görə, cinayət işi açılıb. Amma cinayət törətmiş dövlət orqanlarının rəhbərlərinin heç biri və dövlət vəsaitlərinin xərclənməsi işi Zakir Fərəcovun göstərişilə nəzarət həyata keçirən sabiq birinci müavin vəzifəsində işləmiş Gündüz Əliyev barəsində hüquqi tədbir görülməyib. Əhali başa düşür ki, milyonlarla dövlət pulunu mənimsəyən (Əslində Zakir Fərəcovdur) həbsdən kənarda qalan vəzifəli şəxslərin tutulmasına Zakir Fərəcov mane olur. Çünki prosesdə iştirak edən hər kəs yaxşı bilir ki, dövlət pulunu Zakir Fərəcovun icazəsi olmadan, heç kim mənimsəyə bilməz!
Bildirək ki, Zakir Fərəcovun dələduzluq yolu ilə aldatdığı, şəhərdə böyük quruculuq işi görən iş adamlarının milyonlarla ölçülən pulunu vermir. Bəhanəsi də çox müdhişdir. Zakir Fərəcov təzə bir bəhanə tapıb, iş adamlarına deyib ki, bir az dözün, vəziyyət pisdir, Birinci vitse-prezidentin adamlarının məndən xoşu gəlmir. İşdən çıxarsalar, pulunuz batacaq. Zakir Fərəcova deyən yoxdur ki, "Sən adam kimi hərəkət edirsən ki, ölkə rəbərliyinin səndən xoşu gəlsin"?!
İş adamlarının dediyinə görə, Zakir Fərəcov iş adamlarına 10 milyona yaxın pul borcludur, ümumi borcu isə üst-üstə 50 milyondan çoxdur. Deyilənə görə, Zakir Fərəcov hazırda borcluların əlində əsir qalıb.
Zakir Fərəcovu yaxından tanıyanlar bildirirlər ki, Naxçıvan "Xanı" Vasif Talıbovun başına gələnlərdən Zakir Fərəcov da başını itirib. Hətta kömək istədiyi Bəylər Əyyubovdan da rədd cavabı aldığını deyən yaxınları Zakir Fərəcovun çarəsiz duruma düşdüyünü iddia edirlər.
Bəli, atalar yaxşı deyib ki, "su səhəngi suda sınar"! Sumqayıtın icra başçısı törətdiyi rüsvayçı hərəkətlərinə görə, ölkə hakimiyyətinin yanında adi insan qədər belə, hörməti yoxdur, deyillər. Oğlu, kürəkəni, digər yaxınları işlərini itirə-itirə vəzifdən gedirlər, artıq Zakir Fərəcov düzəltdiyi qohum-əqrabadan ibarət komandasını, heç öz ailə üzvlərinin işi barədə heç kimə söz deyə bilmir.
Azərbaycan dövlətinin tarixinə diqqətlə nəzər yetirəndə dövlətin inkişafına və tərəqqisinə mane olan iki düşmən görürük. Xarici və daxili düşmən. Bu iki qüvvə arasında dövlət üçün ən təlükəlisi daxili düşməndir...
Hər kəs bilir ki, daxili düşməni müəyyən etmək, zərərsizləşdirmək o qədər də asan məsələ deyil. Daxili düşməni müəyyən etməyin çətinliyinin əsas səbəbi odur ki, xarici düşmənlərin tərtib etdiyi gizli plan üzrə xalqın dövlətə bəslədiyi inama zərbə vurmaq üçün yaratdığı problemlərdır. Gəlin, müəyyən edək, görək belə bir xəyanəti zakirfərəcov kimilər törədə bilərmi?! Əlbəttə, törədə bilər!!!
Baxın, 500 minə yaxın insanın yaşadığı Abşeron və Sumqayıtda Zakir Fərəcovun ünvanına xoşagəlməz nələr deyilmir?! "Xalqın gözü tərəzidir" - deyənlər bu sözü elə-belə deməyib. "Cidanı çuvalda gizlətməklə" xalqa və dövlətə xəyanət edib, var-dövlət qazanan bir insanın özü, ailə üzvlərinin axıra kimi xoşbəxt olduğunu görmək mümkünmü?!...
Mövzunu davam etdirəcəyik, saytı izləyin.
P. S. Yazı media üzərindən aparılan araşdırma ilə hazırlanıb.
Mirdamət
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Bu gün Azərbaycanda Gənclər Günüdür
2 fevral 2026 11:02
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
