Azərbaycanlılar ermənilərlə birlikdə yaşaya bilərmi?
Azərbaycanlılar ermənilərlə birlikdə yaşaya bilərmi? - Misir Mərdanovdan cavab Azərbaycan ermənilərlə birgəyaşayışla bağlı addım atmaqla elan etdiyi prinsiplərə sadiqliyini nümayiş etdirir.
Artıq Qarabağdakı ermənilərin reinteqrasiyası prosesinə başlanıb və ermənilərlə birgəyaşayış reallaşır. Hələki 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət etməklə Azərbaycan vətəndaşlığını qəbul edib. İstənilən halda birgəyaşayışın reallaşması uzun çəkən proses olacaq. Bəs, biz buna psixoloji cəhətdən hazırıqmı?
Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, keçmiş təhsil naziri Misir Mərdanov Bizim.Media-ya açıqlamasında bildirib ki, birgəyaşayış istənilən halda çətin olacaq: "Bu məsələ həddindən artıq dərinləşib və 30 il davam edib. On minlərlə qan tökülüb. Elə bir azərbaycanlı ailə ola bilməz ki, müharibədə bu və ya digər formada oğlunun, qohumunun, qardaşının və ya yaxın adamının qanı tökülməsin.Əlbəttə bir azərbaycanlı kimi düşünürəm ki, birgəyaşayış elə də asan olmayacaq. Bu dəqiqə kim erməni ilə qonşu olmaq istəyər? Amma dünya, beynəlxalq aləm və siyasət var. Azərbaycan prezidentinin xalqımıza dediyi sözü öz fikirlərimlə mən də qeyd etmək istəyirəm. Biz dünyaya bəyan edirik ki, ermənilərin tayı deyilik və humanist xalqıq. Hətta bu qədər qan tökülməsinə, günahsız insanların ölümünə və dağıntıların olmağına baxmayaraq yenə də əvvəllər olduğu kimi Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilər əgər Azərbaycanın konstitusiyasını qəbul etsələr, özlərini ölkəmizin vətəndaşı hesab etsələr, qayda-qanunlarımıza əməl etsələr, onlarla bir yerdə yaşaya bilərik.Ona görə də bu məsələ zaman alacaq. Amma başqa yol da görmürəm. Görürsünüzmü, cəmi 15 erməni Azərbaycan vətəndaşlığını qəbul edib. Onlar üçün də birgəyaşayış çətindir. Ətraflı Törətdikləri hadisələri yaxşı xatırlayırlar və bilirlər ki, övladını öldürdüyü insanla necə gəlib qonşu olacaq?Yaxud, Xocalı faciəsini törədən, Gəncəyə raket atıb günahsız uşaqları qıranlarla biz necə qonşu ola bilərik?” Tanınmış psixoloq Elnur Rüstəmovun sözlərinə görə isə bu günkü reallığa görə ilkin mərhələdə hansısa problemlər yarana bilər: "Maraqlı qüvvələr ola bilər ki, xalqlar arasında süni şəkildə nifaq sala bilərlər. Bütün bunlara hazır olmaq lazımdır. Çünki bütün bunlardan almış olduğumuz psixoloji travmalar var. O travmaların aradan qaldırılması istiqamətində böyük iş aparmağa ehtiyac var. Azərbaycanlılarla ermənilərin birgəyayışı və adaptasiya dövrü zaman alacaq. Bu gün üçün müəyyən problemlər çıxa bilər ki, onların həlli istiqamətində qabaqlayıcı tədbirlər görülür və bundan sonra da görüləcək. Ən azı hüquqi və digər müsəvidə də iş aparılır. Bu məsələdə praktikaya istinad etmək lazımdır. Nə qədər müharibə olub və müharibədən sonra xalqların bir-birlərinə inteqrasiyası zaman alıb. Bəlli bir müddətdən sonra onlar yenə də bigə yaşayıblar və fəaliyyət göstəriblər. Bunun birinci, ikinci dünya müharibələrində və lokal müharibələrdə şahidi oluruq”. Psixoloq hesab edir ki, bu istiqamətdə kompleks tədbirlər görmək lazımdır: "Nəzərə almaq lazımdır ki, 30 illik işğal müddətində erməni vandallarının etmiş olduğu hərəkətlər və yaratdıqları psixoloji travmalar bir günə aradan qalxan deyil. Müəyyən zaman müddətində bəlli olacaq ki, biz və yaxud qarşı tərəf inteqrasiyaya nə qədər hazırdır. Bütün hallarda əgər inteqrasiya olacaqsa, kompleks işlər görmək lazımdır. Adaptasiya prosesi birdən-birə baş vermir. Onun üçün hazırlıq mərhələsi və üzərində aparılan işlər var. Bundan sonra biz adaptasiyadan danışa bilərik”.
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
