Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı...
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisləri Məlikməmməd Qurbanov və Mahir Şirvanovun cinayət işi üzrə şahid ifadələri dinlənilib. Ayrı-ayrılıqda araşdırılan cinayət işlərinin hərəsində 1 nəfər şahid ifadə verib. Şahid Anar Həşimov “Avto Luks” MMC-nin direktoru olub. Belə ki, avtomobil ehtiyat hissələrinin alınması məqsədilə Satınalmalar və Təchizat İdarəsi ilə şirkət arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən alınan malların qiyməti şişirdilib, nəticədə 360 min manat dövlət vəsaiti təqsirləndirilən M.Qurbanov və digərləri tərəfindən mənimsənilib. Maraqlısı odur ki, şirkətin kağız üzərində direktoru olan Anar Həşimov bu işlərdən məlumatlı olmadığını deyir. Şahidin sözlərinə görə, o, uzun müddət şirkətdə fəhlə işləyib. Şirkətin sahibi İslam Rzayev ölümündən bir müddət əvvəl onu direktor təyin edib: ““Avto Luks”da fəhlə işləyirdim, işim daşıma idi. Şirkətin rəhbəri İslam Rzayevi çoxdan tanıdığıma görə ölümündən bir az əvvəl məni direktor qoydu. Amma elə adım direktor idi, işləri oğlu Allahverdi Rzayev aparırdı. İndi burada söhbətin nədən getdiyini bilmirəm. Nə Məlikməmməd Qurbanovu tanıyıram, nə başqa şeylərdən xəbərim var. Mən direktor olanda da əvvəlki kimi fəhləlik edib aylıq 850 manat əmək haqqımı alırdım”. Prokuror Ziya Mansurov şahidin dedikərinə “fəhləlikdən birbaşa şirkət rəhbəri vəzifəsinə təyin olummusuz. Afərin!”- deyə təəccüblə münasibət bildirib. Prokuroru maraqlandıran digər məsələ şahidin təmsil etdiyi şirkətlə təqsirləndirilən şəxsin rəhbərlik etdiyi idarə arasında harada və hansı şərtlərlə müqavilə bağlanması olub. Müqavilə şirkətin anbarında bağlanıb. Müqavilədəki imzalar da mənə məxsusdur”, - şahid cavab verib. Təqsirləndirilən şəxs şahidi tanımadığını, bütün işləri Allahverdi Rzayevlə bağladığını deyib. M.Qurbanovun münasibəti məhkəmə heyətinə daxil olan hakim Fikrət Əliyevdə sual yaradıb: “ Şirkətin direktoru bu şahiddir. Siz deyirsiz Allahverdi Rzayevlə müqavilə bağlamışam. Müqavilə bağladığınız şəxsin səlahiyyətinə baxmırdız ki, bu adam bu işdə səlahiyyətlidir, ya yox?” Ətraflı Eyni məsələyə sədrlik edən hakim Rafiq Abbasov daha sərt münasibət bildirib: “Siz hansısa şirkətə dövlətin pulunu köçürürsüz, amma müqavilə bağladığınız adamı tanımırsız. Direktor oturub burda, siz deyirsiz mən onu tanımıram. Belə şey olar?! Kimə köçürmüsüz dövlətin pulunu?! M. Qurbanov cavabında bu detala diqqət etmədiyini etiraf edib. Daha sonra bu iş üzrə məhkəmədən yayınan şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sonrakı rəisi, Məlikməmməd Qurbanovun sələfi Mahir Şirvanovun işi üzrə də 1 nəfər - Vilayət Abdullayev şahid ifadəsi verib. V. Abdullayev də əvvəlki şahid kimi əvvəl fəhlə işlədiyi şirkətin direktoru olub. Söhbət “Avto Qarant” MMC-dən gedir. Bu şirkət də İslam Rzayevə, sonradan isə oğlu Allahverdi Rzayevə məxsusdur. Şahid isə kağız üzərində direktor sələhiyyəti daşıyıb: “15 il “Avto Qarant”da fəhlə işləmişəm. Etibarlı adam olduğuma görə sonradan məni direktor təyin etdi. Amma şirkətə İslam Rzayevin oğlu Allahverdi Rzayev nəzarət edirdi. Belə deyək, mən direktor vəzifəsi daşıyan fəhlə idim. Direktor olanda da elə fəhlə maaşı alırdım”. Prokuror şahidin təmsil etdiyi şirkətlə Müdafiə Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən, 165 min manat dövlət vəsaiti mənimsənildiyini xatırladaraq onun bu məsələlərdəki rolunun nədən ibarət olduğunu soruşub. Şahid təkrar adda direktor olduğunu qeyd edərək bu məsələlərdən, ümumiyyətlə, xəbərsiz olduğunu deyib. Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Fəzail Ağamalı vəfat etdi
9 fevral 2026 20:50
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
