Hər bir “Nar” abunəçisi reallaşdırdığımız layihələrlə fəxr edə bilər” - Axundov
Beynəlxalq aləmdə korporativ sosial məsuliyyət xüsusilə önəmli hesab edilir və bu tip layihələrə milyonlarla vəsait ayrılır. S&P 500 indeksindəki şirkətlərin 90%-i hər il öz davamlılıq və ya korporativ məsuliyyət hesabatlarını dərc edərək, digərlərinə nümunə olmağa çalışırlar. Təbii ki, Azərbaycanda da sosial məsuliyyət layihələrinə önəm verən və bu layihələri fəaliyyətinin ayrılmaz hissəsinə çevirən şirkətlərimiz mövcuddur.
NUH.az xəbər verir ki, Azərbaycanın telekommunikasiya şirkəti “Nar”ın sosial məsuliyyət tədbirlərinə yönləndirdiyi investisiya və həyata keçirdiyi layihələrlə bağlı suallarımıza şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov cavab verib.
“Nar”ın fəaliyyət strategiyasında korporativ sosial məsuliyyət layihələri hansı mövqeni tutur və şirkət üçün bu tip layihələr nə dərəcədə önəmlidir?
“Nar” mobil operator olaraq özəl bir biznesdir. Hər bir biznesin öz uğur sirləri var. Bizim uğur sirrimiz yüksək keyfiyyətli xidmət, sürətli internet, hər yerdə əlçatan ünsiyyəti təmin etməkdir. Hər zaman müştərinin mərkəzdə olması, ona diqqət yetirilməsi bizim uğur sirlərimizdən biridir. Yüksək keyfiyyətli xidmətlə yanaşı, müştəri ilə şirkət arasında emosional bağın yaradılması da vacibdir. Sən bu ölkədə fəaliyyət göstərirsən və niyə müştərilərin məhz sənin xidmətlərinə abunə olmaqla qürur duymasınlar? Niyə sən şirkət olaraq həmin o qürur hissini onlarda yaratmayasan? Bu, bir şirkətin fəaliyyətinin uğurlu olmasını təmin edən vacib faktorlardandır.
Müştəri həm sənin xidmətlərindən, həm də sənin bir brend kimi Azərbaycana verdiyin töhfələrdən razıdır. Əlbəttə ki, bütün bu amillər bazarda şirkətin dayanıqlılığını təmin edən əsas amillərdəndir. “Nar” son 3 ildə korporativ sosial məsuliyyət layihələrinə 5 milyon AZN-dən çox investisiya qoyub. Bu investisiya müxtəlif korporativ sosial məsuliyyət layihələrinə, ianələrə və geniş məlumat yayımlamağı etik hesab etmədiyimiz dəstək tədbirlərinə yönəldilib, əsasən üç istiqamətə - Azərbaycan mədəni irsinə, vətənpərvərliyə dəstək layihələrinə, gənclərin maariflənməsinə və idmana cəlbinə və xüsusi qayğıya ehtiyacı olan insanlara dəstəyə xüsusi önəm veririk. Bu gün hər bir “Nar” abunəçisi bizim reallaşdırdığımız layihələrlə fəxr edə bilər. Biz faydalılıq indeksini daha da yüksəltmək üçün əlimizdən gələni edirik.
.png)
Necə oldu ki, “Nar” Azərbaycanda ilkə imza ataraq elektron jest dili lüğətinin hazırlanıb istifadəyə verilməsinə nail oldu?
Ümumiyyətlə, “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az”ın hazırlanmasından danışanda ilk olaraq bu sahədə uzun və keşməkeşli bir yol qət etdiyimizi xüsusi qeyd etməliyəm. Nəzərə almaq lazımdır ki, əhalinin həssas təbəqəsi, xüsusi qayğıya ehtiyacı olan insanlardan danışırıq. Bu insanların tələbatları, həyata baxışları bəzən bizdən fərqlənir. Onların problemlərini tək dinləmək yox, həm də anlamağa çalışmaq vacibdir. Biz bu yola 2009-cu ildə çıxmışıq. İlk addım olaraq, xüsusi qayğıya ehtiyacı olan insanları işə götürməyə başladıq. Təəssüflə qeyd etməliyəm ki, şirkətlərimizin əksəriyyəti qanunvericiliyin xüsusi qayğıya ehtiyacı olan insanları işə götürməklə bağlı tələbinə riayət etməyərək, qeyd olunan cəriməni ödəyib bu öhdəlikdən sanki can qurtarmağa çalışırlar. “Nar” isə məhz eşitmə məhdudiyyətli və bir çox müxtəlif dərəcəli əlilliyi olan insanları işə qəbul etdi. “Nar”ın telekommunikasiya şirkəti olaraq xüsusilə fokuslandığı eşitmə məhdudiyyətli insanlar bu gün də bizimlə çiyin-çiyinə çalışırlar. Sual oluna bilər ki, niyə eşitmə məhdudiyyətli insanlar? Bizim əsas missiyamız abunəçilərimizin ünsiyyət rahatlığını təmin etməkdir. Bu gün “Nar” bütövlükdə Azərbaycan üzrə yüksək keyfiyyətli internet və mobil əlaqə təqdim edir. Əfsuslar olsun ki, ətrafımızda ünsiyyətin imkanlarından tam həzz ala, istifadə edə bilməyən insanlar var. Biz bu texnologiyanı onlara yaxın etmək üçün atılması vacib olan addımları müzakirə etdik. Buradan yola çıxaraq məhz eşitmə məhdudiyyəti olan insanları şirkətimizə işə götürdük. Bu gün “Nar”ın mərkəzi ofisində və tədarükçülərimizdə 15-dən çox xüsusi qayğıya ehtiyacı olan insan çalışır. Maliyyə departamentində, sənədlərin arxivləşdirilməsində, anbarda, satış departamentində eşitmə məhdudiyyətli insanlar işləyirlər.
.png)
Biz “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az” ın hazırlanması zamanı indiyə kimi demək olar ki, heç kimin fərqinə varmadığı ancaq ölkəmizdə yaşayan eşitmə məhdudiyyətli insanların ortaq problemi olan Azərbaycanın vahid jest dili standartının olmamasını aşkarladıq. Mən bildiyimə görə, ölkəmizdə jest dili ilə bağlı vahid standart SSRİ dövründə qəbul edilib. Təəssüf ki, hazırda dünyada vahid jest dili standartı olan ölkələrin sırasında Azərbaycanın adı yoxdur. Bu, təbii ki, eşitmə məhdudiyyəti olan vətəndaşlarımız üçün çətinliklər yaradır. “Nar” bu çətinlikləri aradan qaldırmaq üçün jest dili lüğətini kitab formasında dərc edilməsinə dəstək verdi.
Daha sonra eşitmə məhdudiyyətli insanlarımıza jest dilini daha anlaşıqlı şəkildə çatdırmaq üçün “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az”ı yaratdıq. İndi sözlər video formasında göstərilərək öyrədilir. Hazırda sayı 3 mindən çox olan müvafiq videolar 5 mindən artıq sözü əhatə edir. Bu layihənin ilkin mərhələsi “Nar”ın “Regional İnkişaf İctimai Birliyi” və “Karlara Dəstək” İctimai Birliyi ilə birgə əməkdaşlığı nəticəsində 1 il müddətində ərsəyə gəldi. Layihənin ən gözəl tərəfi onun məhz eşitmə məhdudiyyətli insanlar tərəfindən hazırlanmasıdır. Xüsusi qeyd etmək istərdim ki, layihədə eşitmə məhdudiyyətli insanlar işləyərək əmək haqqı alırlar. Bu il artıq “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az” layihəsinin birinci mərhələsini bitirdik və ikinci mərhələsinin başlanılmasını elan etmişik. Layihənin kibertəhlükəsizliyini və istifadənin rahatlığını, daha müştəriyönümlü olmasını təmin edəcək yüksək səviyyəli tərəfdaşımız var. Layihənin daha da təkminləşdirilməsi və genişləndirilməsində maraqlı olan yeni tərəfdaşların təşəbbüsləri sevindirici haldır. Elektron jest dilindən istifadə tam şəkildə ödənişsizidir. Biz çalışmışıq ki, eşitmə məhdudiyyəti olan insanlar heç yerə getmədən bu dili tam şəkildə öyrənə bilsin.
“Nar”ın “jestdili.az” layihəsi bu günlərdə nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Bu layihənin hansı üstünlükləri mükafatın təsisçilərinin diqqətini daha çox cəlb edib?
.png)
“Nar” 2016-cı ildən başladığı eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasını nəzərdə tutan “Təlim Məktəbi” layihəsini hazırda da davam etdirir? Layihədə indiyə kimi neçə iştirakçı olub və “Təlim Məktəbi”nin effektivliyini necə qiymətləndirmək olar?
.png)

Eşitmə məhdudiyyətli insanlarla apardığımız uzunmüddətli iş nəticəsində təkcə telekommunikasiya sahəsində yox, başqa istiqamətlərdə fəaliyyət göstərən şirkətlər üçün də mütəxəssislər hazırlamağa başladıq. Bu məqsədlə 2016-cı ildə eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasını nəzərdə tutan “Təlim Məktəbi” layihəsini həyat keçirməyə başladıq. Bu layihə çərçivəsində indiyə kimi 200-dən çox xüsusi qayğıya ehtiyacı olan insan təlimlərdə iştirak edərək müxtəlif peşələrə yiyələnib. Biz bu layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan və eşitmə məhdudiyyəti olan insanlarla 2 istiqamətdə - onların işlə təmin olunması və cəmiyyətə inteqrasiyası ilə bağlı iş aparmışıq. “Təlim Məktəbi” layihəsi ilə manikür peşəsinə yiyələnən xüsusi qayğıya ehtiyacı olan xanımlar var ki, öz bizneslərini qurub ailələrinə maddi dəstək olurlar. İlkin mərhələdə eşitmə məhdudiyyəti olan insanlara yalnız peşə öyrədirdik. Daha sonra layihədə manikür peşəsinə yiyələnən iştirakçılar öz bizneslərini qurmaq üçün avadanlıqlara ehtiyac olduğunu bildirdilər. Hazırda biz “Təlim Məktəbi” layihəsinin iştirakçılarının öyrəndikləri peşədən əlavə gəlir mənbəsi əldə etməsi üçün manikür üzrə avadanlıqlar da veririk. Layihə iştirakçıları ilə davamlı ünsiyyətdəyik, 6 aydan bir monitoriq apararaq onların üzləşdiyi çətinlikləri aradan qaldırmağa çalışırıq.
“Nar” BMT Qlobal Sazişinə qoşulmuş Azərbaycanın ilk telekommunikasiya şirkətidir. Ümumiyyətlə, bu Saziş özündə nəyi ehtiva edir və sazişlə “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının ümumi prioritetləri nə dərəcədə üst-üstə düşür?
BMT-nin bütün prinsiplərinin əsas məğzi daha sağlam və ədalətli dünya, bərpa olunan enerjidən istifadənin artırılması və şirkətləri sosial məsuliyyətə çağıran amillərlə bağlıdır. 2000-ci ildə yaradılan BMT Qlobal Sazişinə 170-dən çox ölkəni əhatə edən 13 mindən çox şirkət və 3800-dən çox qeyri-hökümət təşkilatı qoşulub. Bu Sazişə qoşulan nəhəng qlobal şirkətlər bütövlükdə dünya miqyasında müxtəlif istiqamətləri əhatə edən problemlərin həllinə dair irihəcmli layihələr həyata keçirirlər. Sazişə qoşulmaq üçün biz öz layihələrimizi daha dayanıqlı, sistemli və düzgün, dünyada aktual olan trendlərə və BMT-nin əsas şərt kimi tətbiq etdiyi prinsiplərə uyğun şəkildə həyata keçirməyi qərara aldıq. Beləliklə, “Nar”ın Azərbaycanda bu təşəbbüsə qoşulan ilk telekommunikasiya şirkəti olması qürurvericidir.
.png)
Şəxsən siz və komandanız sosial məsuliyyət layihələrinin həyata keçirilməsində nə dərəcədə maraqlısınız? Bu layihələrin reallaşdırılmasına işinizin bir hissəsi kimi yanaşırsınız, yoxsa sevərək həyata keçirdiyiniz missiya kimi?
.png)
Düşünürəm ki, Azərbaycanın hər bir şirkəti korporativ sosial məsuliyyət sahəsinə xüsusi önəm verməlidir. Əgər vətənimizdə biznes qurub maddi gəlir əldə ediriksə, bizim cəmiyyət qarşısında məsuliyyətimiz yaranır. Zaman gələcək, bəlkə də cəmiyyət özü şirkətlərimizdən tələb edəcək, sorğu verəcək ki, siz bu ölkədə qazandıqdığınız vəsaitlə cəmiyyətin fayda görməsi üçün nə etmisiniz? Avropada artıq sosial məsuliyyətlə bağlı böyük ənənəyə əsaslanan mexanizm formalaşıb. “Nar” ölkəmizdə sosial məsuliyyətlə bağlı öz ənənələri olan və bu sahədə uzun bir yol qət etmiş dayanıqlı şirkətdir. Özüm, komandam da sosial məsuliyyət layihələrinin həyata keçirilməsində xüsusilə maraqlıyıq və bu istiqamətdə faydalı olmaqdan zövq alırıq. Uğur sirrimiz komandadır. Mən özüm də bu peşəkar komandanın bir hissəsiyəm. “Mən bu ölkə üçün nə etmişəm? Cəmiyyətimizə faydalı ola bilmişəmmi?” suallarını müsbət cavablandırmaq hissi məni çox xoşbəxt edir. “Bəlkə bunu edək” ifadəsi ilə başlayan bir təklif 100 minlik bir layihəyə çevrilir və 10 minlərlə insana təbəssüm, sevinc bəxş edir. Komandama və şirkətə bizə bu xoşbəxtliyi yaşadan möhtəşəm nəticələrə görə minnətdaram. Sual yaranar ki, şirkətə niyə təşəkkür edirəm? Çünki bu gün Azərbaycanda “Nar” kimi sosial məsuliyyət layihələrinə hərtərəfli dəstək verən çox az şirkət var. Mən belə bir şirkətin və komandanın bir hissəsi olduğuma görə qürurluyam.

- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 2026 21:26
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
