İsraildə ölənlərin sayı 600-ə çatdı

İsraildə Fələstinin HƏMƏS yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 600-ə yüksəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kan” dövlət teleradioşirkəti məlumat yayıb.
Bildirilib ki, indiyədək 2 048 nəfər yaralanıb.
12.29İsrail aviasiyası Qəzza zolağında Fələstinin HƏMƏS radikal qruplaşmasının kəşfiyyat bölməsinin rəhbərinə məxsus binalar kompleksinə zərbə endirib.
Qaynarinfo xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl İsrail ordusunun qırıcı təyyarələri HƏMƏS terror təşkilatının kəşfiyyat bölməsinin rəhbərinə məxsus binalar kompleksini vurub. Hazırda İsrail Qəzza zolağında terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir”, deyə məlumatda bildirilib.
Bu arada İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS-ın hücumuna görə qisas alınacağını bildirib. Baş nazir "Onları məhv edəcəyik və İsrail dövləti və vətəndaşlarına yaşatdıqları bu qara günün qisasını alacağıq" deyib.
Netanyahu HƏMAS-ın israilliləri öldürmək istədiyini ifadə edib: "HƏMAS hamımızı öldürmək istəyir. Uşaqlar, analar evlərində, çarpayılarında öldürülüb. Qocaları, uşaqları, gənc qadınları qaçırıblar. Bunlar vətəndaşlarımızı, o cümlədən bayram şənliyi üçün gəzməyə çıxan uşaqları qətlə yetirən düşməndir. Baş verənlər İsraildə indiyə kimi görünməmiş hadisədir və mən bunun bir daha baş verməməsi üçün əlimdən gələni edəcəyəm. Bu qərarın arxasında bütün hökumət dayanır. İsrail Müdafiə Qüvvələri HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq. Biz onları məhv edəcəyik və İsrail dövlətinə və onun vətəndaşlarına yaşatdıqları bu qara günə görə güclü intiqam alacağıq”.
11.34
İsraildə Fələstinin HƏMƏS (Hərəkət əl-Müqavəmə Əl-İslamiyyə) terror təşkilatının hücumu nəticəsində azı 350 nəfər ölüb, 1 800 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Qızıl Qalxan Cəmiyyəti məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.
11.05
İranın himayə etdiyi Livanın "Hizbullah" qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Fələstin müqavimət qüvvələri ilə həmrəylik olaraq... bir qrup döyüşçümüz bu səhər işğal olunmuş Livanın Şebaa fermaları yaxınlığında sionist ordusunun üç mövqeyinə hücum edib”, deyə bəyanatda bildirilir.
Qrup nümayəndələri iddia edirlər ki, onlar İsrail ordusunun radar stansiyasını "birbaşa vura” biliblər.
Bundan əvvəl İsrail ordusu atəşə cavab olaraq Livanda bölgəyə zərbələr endirməyə başlayıb. "Hizbullah" Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.
Bu arada Təl-Əviv yaxınlığında yerləşən İsrailin ən böyük David Ben-Qurion Beynəlxalq Hava Limanı normal şəkildə işləməyə davam edir, uçuşların ləğvi ilə bağlı bütün qərarlar aviaşirkətlər tərəfindən özəl olaraq verilir. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Vətənə qayıtmaq istəyən xaricdəki israillilərə bildiririk ki, Ben Qurion hava limanı uçuşlar və enişlər üçün açıqdır. Bəzi xarici aviaşirkətlər İsrailə uçuşları ləğv ediblər - bunu şirkətlərin özləri ilə yoxlamaq lazımdır”, deyə nazirliyin açıqlamasında bildirilir.
Nazirlik əlavə edib ki, İsrail aviadaşıyıcıları "müntəzəm uçuşları davam etdirir və dünyanın bir neçə nöqtəsindən uçuşların sayı da artır”.
ABŞ-nin Türkiyədəki səfirliyi isə Ankaranın İsrail-Fələstin münaqişəsi ilə bağlı çağırışlarına qatıldığını açıqlayıb: "Fələstin və İsraildə böyük miqyaslı insani faciələrin baş verdiyinin şahidi oluruq. Gərginlik və zorakılığın azaldılması çağırışlarında Türkiyə hökumətinə və bir çox dünya liderinə qatılırıq”.
Qeyd edək ki, ötən gün Türkiyənin Xarici İşlər Nazirliyi İsraillə Fələstin arasından yaranmış gərginliklə bağlı bəyanat yayıb. Qardaş ölkə zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayıb, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırıb: "Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və böyük əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyatı tərəflərlə intensiv təmaslarımızı davam etdiririk. Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və daha da gecikmədən bu baxışa uyğun olaraq qalıcı həll yoluna çalışmağa dəvət edirik”.
10.39
Oktyabrın 8-də polis və İsrail Müdafiə Qüvvələrinin əsgərləri Həmas silahlıları tərəfindən ələ keçirilən Sderot polis idarəsinə nəzarəti bərpa ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin Cənub rayon polis idarəsinin nümayəndəsi CNN-ə məlumat verib.
O qeyd edib ki, polis və əsgərlər səhər saatlarından "terrorçuları zərərsizləşdirmək üçün işləyirlər”.
Telekanal polisdən sitat gətirib: "Bir müddət əvvəl polis idarəsinin üzərində tam nəzarət əldə edildi".
"Təhlükəsizlik qüvvələrinə "hər hansı bir vasitə ilə atəş açmaq" əmri aldıqdan sonra 10-a yaxın silahlı terrorçu zərərsizləşdirilib", - polisin sözçüsü bildirib.
Qeyd olunur ki, Sderot sakinləri üçün evdə qalmalarını tələb edən təlimat hələ də ləğv edilməyib.
09.40
HƏMAS İsrailin cənubundakı Aşkelon şəhərində xəstəxanaya raket zərbəsi endirib. Bir raketin tibb müəssisəsinə düşdüyü bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Times of Israel” nəşri məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində bir qadın ağır, daha beş nəfər isə yaralanıb.
Raketin düşməsindən az əvvəl tibb mərkəzinin işçiləri xəstələri sığınacağa köçürüblər. Əks halda itki daha çox ola bilərdi.
İsrail ordusu isə Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən bir kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl HƏMAS terror təşkilatının 10 hədəfinə zərbələr endirilib. Hədəflər Qəzza zolağında HƏMAS terror təşkilatının istifadə etdiyi çoxmərtəbəli binalar olub. Onların arasında terror təşkilatı HƏMAS-a məxsus kəşfiyyat qərargahı var. Eyni zamanda HƏMAS hava qüvvələrinin istifadə etdiyi hərbi kompleksə də hücum edilib. Paralel olaraq terrorizm üçün vəsait toplayan HƏMAS terror təşkilatına məxsus iki banka zərbə endirilib”, - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
8 oktyabr 2025 01:43
- Sakinlər və sürücülər HƏR AN ÖLÜMLƏ ÜZ-ÜZƏ – Bakıxanov yolunda FƏLAKƏT - VİDEO
3 oktyabr 2025 01:04
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
- Bu gün Moldovada parlament seçkiləridir: Rusiyanın planı baş tutacaqmı? Qaqauzlar kimə səs verəcək ?
28 sentyabr 2025 11:05
- 5 ildə bir milyondan çox azalma: Turistər Azərbaycana niyə gəlmir?
23 sentyabr 2025 13:45
- Sabiq deputat SOS siqnalı verdi, dövlətə çağırış etdi
21 sentyabr 2025 09:42
- Dövlətin PAYTAXT-nın əhalisi 300 NƏFƏR-dir
20 sentyabr 2025 12:31
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 2025 22:34
Xəbər lenti
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 22:46
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 22:37
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 08:25
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 13:22
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 13:11
- Bu gün Putinlə görüşəcək
15 oktyabr 11:24
- 14 yaşlı məktəbli dərs zamanı sinifdə DOĞDU
15 oktyabr 11:13
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 11:03
- Metroda növbəti problem - Qatar tuneldə qalıb ÇIXA BİLMİR
15 oktyabr 10:35
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 10:16
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 01:02
- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
15 oktyabr 00:25
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
Video & Fotoqalereya
Video
Fotoqalereya