- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
- Azərbaycan təhsil xərclərini 1 % artırır
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
ABŞ Naxçıvanın Ermənistana verilməsi üçün....

“Bura nə qədər kənar qüvvə çox gəlsə, onda sülh müqaviləsinin imzalanması uzanacaq”
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin harada, nə zaman imzalanacağı ilə bağlı müxtəlif təxminlər var. Sonuncu sərhəd görüşməsi belə ehtimalı önə çıxarıb ki, yekun anlaşmanın əldə olunmasından ötrü heç okeanın o tayına getməyə də ehtiyac yoxdur, elə sərhəddə münasibətləri yenidən başlamaq olar. Baş verənlərə həm də tarixi nöqteyi-nəzərdən yanaşdıq. Deputat, tarix elmləri doktoru, professor Anar İsgəndərov “Yeni Müsavat”ın suallarını cavablandırıb.
- Anar müəllim, Ermənistanla Azərbaycan arasında ikinci əsrdir davam edən qanlı hadisələrə, nəhayət, son qoyulacağına ümidlər yaranıb. Necə bilirsiniz, sülhə yaxınlaşmışıqmı? Siz yekun sənədin harada imzalanacağını güman edirsiniz?
- Tarixdə hər bir hadisəyə qiymət nəticəsinə görə verilir. Sülh müqaviləsinin bağlanmasına ehtiyac var. Azərbaycana da, Ermənistana da bu müqavilə lazımdır ki, hər iki ölkə arasında sülh, əmin-amanlıq olsun. Çünki Azərbaycanın milli demokratik ziyalıları da hələ 20-ci əsrin əvvəllərində Qafqaz Evi ideyasını ortaya atmışdılar. Qafqazda sülh olsa, ərazi iddialarına son qoyulsa, bir xalq digər xalqı aşağılamasa, birinin iddiaları digəri üçün problem olmasa, Qafqaz Evi ideyası da gerçəkləşə bilərdi. Ona görə də ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdanda Eduard Şevardnadze ilə Qafqaz Evi ideyasını bir daha gündəmə gətirdi. Çünki Qafqazın xoşbəxtliyi kənardakı “dirijor”lardan asılı deyil, hərəsi bir tərəfdən idarə eləsin. Amma sülh müqaviləsi harda bağlanırsa-bağlansın, ədalətli olsun, hər iki dövlətin və xalqın maraqlarını təmin eləsin. Bu mənada üçüncü bir məqa
m da var: həmişə sülh müqaviləsi bağlananda diktəni qalib dövlət edir. Təbii ki, 44 günlük müharibənin qalibi Azərbaycandır. Azərbaycan öz torpaqlarını işğaldan təmizləyib, düşməni məğlub edib və düşmən qaçmağa məcbur olub. Ona görə də Azərbaycanın üstünlükləri çoxdur. Amma müqavilə Xankəndidə bağlansa, daha əla olar, Qafanda bağlansa, çox pis olar? Yox. Hər halda Azərbaycan tərəfi ilk gündən mövqeyini ifadə edib. Erməni tərəf də düşünüb-daşınmalıdır ki, iki dövlət başçısı arasında, iki xalqın bir - biri ilə münasibətini tənzimləmək üçün addımlar atmalıdır. Çünki Azərbaycandan fərqli olaraq, Ermənistan kənardan idarə olunur. Bir tərəfdən erməni lobbisi, digər tərəfdən erməni diasporu. Əgər Ermənistan kənardan idarə olunursa, o, müqavilə imzalaya bilərmi? Yaxud imzalamaq üçün masa ətrafında oturacaqsa, yuxarıdakı nə deyəcəksə - istər Fransası olsun, ya Amerikası - onda saziş imzalana bilməz ki. Ona görə də erməni tərəfi ağıllı tərz ortaya qoymalıdır, dərk eləməlidir: dövlət başçıları səviyyəsində sülh müqaviləsi imzalanmalıdır ki, iki qonşu xalq öz aralarında qonşuluq münasibətləri olsun.
- Demək, siz sülhün Rusiya, Qərb ölkələri, yaxud qonşu Gürcüstanda deyil, elə sərhəd bölgələrində imzalanmasını məqbul sayırsınız, eləmi? Yeri gəlmişkən, əslində belə nümunələr tarixdə az olmayıb, Qars müqaviləsi, Gülüstan, Türkmənçay kimi...
- Osmanlı ilə Ermənistan arasında Gümrü müqaviləsi olub. Həmçinin bəli, Qars müqaviləsi, Moskva müqaviləsi... Onda Osmanlı çökmüşdü, amma hələ Türkiyə Cümhuriyyəti elan olunmamışdı. Azərbaycanla Ermənistan arasında Ki-Uest danışıqları gedirdi, nəticəsi nə oldu? Heç nə. Axı nə üçün iki dövlət üz-üzə oturub, məsələləri həll etməsin? Nə çatmır ki? Azərbaycan tərəfin mövqeyi məlumdur, dövlət başçımız dönə-dönə deyib ki, hətta Gürcüstanda danışa bilərik. Gürcüstan Qafqaz Evinin üzvüdür, iki tərəf üçüncünün evinə qonaq gedib, məsələni orda həll edə bilər. Brüssel, Moskva, Vaşinqton olsun... Biz niyə öz məsələmizi burda həll eləməyək ki, başqa hansısa ölkəni bura qoşaq? Onda alınmayacaq, çünki həmin dövlətlərin öz maraqları var. Əgər Ermənistan dürüst dövlətdirsə, Azərbaycanla üzbəüz otursun, məsələləri həll eləsin. Axı bu iki xalqın nümayəndələri bilir ki, sərhəd məsələsi necə həll oluna bilər. Amerika, Fransadan gələnlər hardan bilir ki, Qərbi Azərbaycan, Qazax, Dilican, İcevan, Gümrü, Gəncə haradır. Ona görə də bura nə qədər kənar qüvvə çox gəlsə, onda sülh müqaviləsinin imzalanması uzanacaq.
- Professor, sizə elə gəlmirmi ki, müasir dövrümüzdə cərəyan edən hadisələr müəyyən qədər ötən əsrin əvvəllərində baş verənlərin oxşarıdır? O zaman da Qafqaza Fransa, Almaniya, İngiltərə, ABŞ və digərlərinin marağı var idi, ermənilər himayə olunurdu, indi də...
- Əsasən ABŞ və İngiltərə missiyaları daha qorxulu missiyalardır. Siz təsəvvür edin ki, Naxçıvanın Ermənistana verilməsi üçün ABŞ dəridən-qabıqdan çıxırdı.
- Almaniya da çox canfəşanlıq edirdi...
“Tarixi gizlədəndə, ört-basdır edəndə onun nəticələri ağır olur” |
- Bəli, Almaniya hesab edirdi ki, Bakı nefti mənim olmalıdır, Qafqaz İslam Ordusu bura gəlməməlidir. Osmanlı ordusu xilaskarlıq yürüşünə gəlirdi, Almaniya deyirdi “olmaz!” Almanya Bakı neftini ələ keçirməyə gəlmək istəyirdi. Xoşbəxtlikdən Osmanlının hərbiyə naziri Ənvər paşanın Azərbaycan xalqına məhəbbəti olmasaydı, Qafqaz İslam Ordusunun bu boyda uğurları ola bilməzdi. Osmanlı bu qədər ağır vəziyyətdədir, oktyabrın 31-də Mudros barışığına görə məğlub elan olunacaqdı, bütün çətinliklərə baxmayaraq, o, Azərbaycana silah, ordu göndərdi, Azərbaycanı sonadək müdafiə etdi. Bunu çox az hərbi nazir edə bilərdi. O, Azərbaycan xalqının ağır vəziyyətini görürdü və bu ağır vəziyyəti aradan qaldırmaq üçün əlindən gələni edirdi. Təzəpirin ovaxtki rəhmətlik axundu Ağa Əlizadənin sözləri ilə desək, “Osmanlı əsgərləri mələk simasında Azərbaycana daxil oldular”. Azərbaycan və Türkiyənin bir-birinə münasibəti qardaşlıq münasibətidir. Bu, dövlətin dövlətə marağı yox, məhəbbətidir. Həm də ümummilli lider Heydər Əliyev onu əsaslandırdı: “Bir millət, iki dövlət”. Dünyanın hansı dövləti olursa, bir-birinə münasibətdə maraq ön plana çəkilir, amma bizim münasibətlərimizdə qardaşlıq və Şuşa Bəyannaməsində qeyd olunduğu kimi, müttəfiqlik ön plandadır.
- Necə bilirsiniz, İranla münasibətlərdə kritik dönəm arxada qaldımı? Səfirimiz tezliklə İrana qayıda bilərmi?
- Əlbəttə ki. İkinci Dünya müharibəsində 70 milyon insan həlak oldu. Bu gün Almaniyaya münasibət necədir? Yəni zaman düşmənçiliyi aparır. İran öz səhvini boynuna alırsa... Siz mənə iki qonşu dövlət deyə bilərsinizmi ki, onların arasında münasibət həmişə səmimi və ya müharibələr olur? Yoxdur belə ölkələr. 1918-20-ci illərin Azərbaycanı da müstəqil dövlət kimi fəaliyyətə başlayanda ilk təhdidlər İrandan gəldi. Hətta Azərbaycan adını belə, onlar qəbul etmirdilər. Biz də İranla münasibətləri normal vəziyyətdə saxlamaq üçün dedik ki, söhbət Qafqaz Azərbaycanından gedir. Amma sonra münasibətlər o qədər səmimiləşdi ki, 1920-ci ilin martında Azərbaycanı de-fakto və de-yure tanıyan yeganə dövlət İran oldu. Sovet dövrünün ardınca yenidən Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra təbii ki, İranda da kifayət qədər siyasi baxışlar var, baxışlar ümumiyyətlə, Azərbaycanı qəbul etmir, eləsi var ki, iddia edir azərbaycanlılar da farslardan dönüb. Hər cür cəfəngiyatlar səslənir. Amma bütün bunlarla yanaşı, mən inanmıram ki, İran dövlətinin Azərbaycana qarşı təcavüzkar mövqeyi olsun. Bəlkə də 30 illik müharibə İran üçün də bir dərs oldu. İran gördü ki, 30 il ərzində İranın Azərbaycana münasibəti səmimi olmayıb, o münasibətlər İranı hörmətdən saldı. Bu müddətdə İran Azərbaycana münasibətdə səmimi olsaydı, biz də Tehranı Azərbaycanın haqq işini müdafiə edən paytaxtlar arasında çəkərdik. Əgər onun adını çəkmiriksə, demək onun siyasətini əzbər bilirik. Bu gün İran bəlkə də bir-iki il əvvəl etdiyi səhvləri bir də etməz. Çünki biz İrana düşmən deyilik. Amma İrana düşmən dövlətlər məlumdur. O dövlətlər İrana hücum eləsə, ağrısını həm də biz çəkəcəyik. İran da bunu hiss edir. Biz qaçqın və köçkün həyatını bilirik. Ona görə də İran həm Azərbaycanın gücünü gördü - nə qədər təzyiq və təhdidlər oldu - həm də İran Azərbaycanın ədalətini və siyasətini gördü. Erməni heç bir zaman İrana və iranlıya dost ola bilməz.
- Rusiya Ukraynada uğur əldə etsə, digər postsovet ölkələrini, Azərbaycanı nə gözləyir? Rusiya Dumasının hakim partiyadan olan deputatı Yevgeni Fedorov bildirib ki, SSRİ-nin bütün keçmiş respublikaları İttifaqı qeyri-qanuni olaraq tərk edib. “Qanunsuz olan hər şey həmişə mübahisəlidir. Ona görə də keçmiş Sovet İttifaqının bütün respublikalarını legitim hesab etməmək üçün əsaslar var” deyib. Bu, nəyin siqnalıdır?
- Onda elə Duma üzvünə demək lazımdır ki, yaxşı, 1920, 21 və 22-ci illərdə respublikalar könüllü şəkildə sovetlərə daxil oldular, yaxud SSRİ xoşluqla qurulmuşdu? Yəni bunlar sadəcə siyasətçilərin fikirləridir, hər kəs özünü göstərir. Amma Azərbaycan öz yolunu seçib. Ukrayna və Rusiya məsələsi isə iki slavyan xalqının məsələsidir. Rusiya-Azərbaycan məsələsi iki slavyan xalqının məsələsi deyil. Amma Azərbaycan Rusiya ilə qonşudur və həmişə qonşuluq münasibətlərinə riayət edib. Kimdənsə ehtiyat etdiyinə görə yox. Biz tolerant xalqıq.
- Yəni Rusiya bizə təhlükə yarada bilməz?
- Yox. Görürsünüz, son dövrlər Gürcüstan və Ermənistanla bağlı nələr baş verir. Amma Azərbaycanla bağlı hər hansı problem yoxdur. Çünki Azərbaycanın yolu sülh, ədalət yoludur. Həm də ümummilli lider Heydər Əliyev balanslaşdırılmış siyasətin əsaslarını qoydu. Bu günə qədər görürsünüzmü, bizim hər hansı ölkəyə qarşı iddialarımız olmayıb. Hətta dövlət başçımız Qərbi Azərbaycandan danışanda deyir ki, biz ora tankla, topla yox, avtomobillərlə gedəcəyik. Yəni tarixi torpağımızdır, gedib azərbaycanlılar öz yurdunda yaşasın. Biz demirik gedib tarixi torpaqlarımızı güc yolu ilə alacağıq. Deyirik ki, azərbaycanlıların min illərlə yaşadığı ərazilərdir, insanların orda qəbirləri var, onları ziyarətə gedəcəklər, yurd-yuva quracaqlar.
- Azərbaycan bu mövqedə olsa da, Ermənistan fərqli münasibətdədir. Baxmayaraq ki, Azərbaycanın 8 kəndi hələ də işğaldadır, erməni spiker Ermənistanın 31 kəndinin guya nəzarət altında olduğunu iddia edir. Sizinlə söhbətimiz Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsinin 103-cü ildönümünə təsadüf edir. Sizcə, danışıqlar masasında Zəngəzur mövzusu olmalıdırmı?
- Azərbaycan dövlət başçısının çıxışlarından biri bu sonluqla bitdi: “Gələcəkdə Azərbaycanla Ermənistan arasında qonşuluq münasibətlərinin yaradılmasına və yaranmasına heç kimin şübhəsi olmasın. Amma ermənilərin bizə qarşı törətdiklərini biz heç vaxt yaddan çıxartmamalıyıq”. Biz bu gün Şərqi Zəngəzurun Ermənistana verilməsi ilə bağlı sənədləri dövriyyəyə cəlb ediriksə, bu tarixin necə cərəyan etdiyini hamıya bəyan ediriksə, burda təəccüblü heç nə yoxdur. Biz kimlərisə qızışdırmırıq, maarifləndiririk. Elə Azərbaycan Prezidenti qələbəmizin 4 şərtini göstərəndə ikinci şərt kimi bildirirdi ki, məsələnin tarixiliyinin dünyaya çatdırılması. Yəni Qarabağ tarixi Azərbaycan ərazisidir. Bu gün də Zəngəzurla bağlı tarixi faktlar var. Həm də sənədlərin hamısı Sovet Rusiyasının, Ermənistanın, Gürcüstanın, Azərbaycanın arxivlərində var. Biz nəyisə təhrif etmirik ki. Biz ermənilərlə bağlı sənədə heç bir əlavələr də etmirik, sənədin özünü göstəririk. Tarixi gizlədəndə, ört-basdır edəndə onun nəticələri ağır olur. 1991-ci ilədək 18 Mart soyqırımı ilə bağlı kim nə bilirdi ki? Biz elə bilirdik elə 1918-ci ilin qəhrəmanı Bakı Xalq Komissarlığı Soveti, onun rəhbəri Şaumyandır, günahkarı da Azərbaycanın milli-demokratik ziyalıları. Amma indi o sənədlər ortaya qoyulanda bütün dünyaya bəyan edirik ki, biz erməni qırmamışıq, erməni bizi qırıb, bu da sənədlər. Bakıda, Qubada, Şamaxıda, Qərbi Azərbaycanda, Cənubi Azərbaycanda ermənilər bizi soyqırım ediblər. Tarixi həqiqət budur. Niyə ermənilərin bizə vurduğu ziyan hesablanmasın, deyilməsin ki, 100, ya 200 milyardlıq ziyan vurub? Neçə ildir Qarabağda quruculuq işləri aparırıq, o əraziləri kim dağıtmışdı? Erməni tərəf. İndi biz erməni tərəfdən təzminat almamalıyıq ki, sülh müqaviləsi imzalayırıq? O cümlədən sülh danışıqlarında Zəngəzur məsələsi də qoyulmalıdır və əlbəttə ki, qoyulacaq.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 2025 22:57
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 2025 10:56
- Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında (FOTO)
10 sentyabr 2025 18:30
- 23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
9 sentyabr 2025 10:52
- NAR ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı - Fotolar
8 sentyabr 2025 18:48
- Ağ Evdən Rusiya üçün bəd xəbər: Sabahdan başlanır...
8 sentyabr 2025 00:23
- İkinci Qarabağ savaşının qəhrəmanı yaşamaq üçün İŞ TAPA BİLMİR
7 sentyabr 2025 14:11
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
6 sentyabr 2025 14:42
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
5 sentyabr 2025 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
5 sentyabr 2025 17:00
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 15:20
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 13:22
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 13:11
- BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
14 sentyabr 11:48
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 10:40
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 10:11
- DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
14 sentyabr 09:53