Axar.az yazır - Qurban Məmmədovun babası erməni olub...Şok arxiv sənədi
Hazırda xarici ölkədə mühacirət həyatı yaşayan hüquqşünas Qurban Məmmədovun ulu babası haqda sensasion arxiv sənədləri üzə çıxıb.
Etibarlı mənbədən Axar.az-a daxil olan arxiv sənədlərinə əsasən, Qurban Məmmədovun ulu babasının erməni olduğu təsdiqlənir.
Qurban Məmmədovun (həmçinin Sərdar Cəlaloğlunun – red.) Sankt-Peterburq Mərkəzi Dövlət Arxivindən əldə olunmuş şəcərəsində qeyd olunub ki, onun ulu babası Yakob Semyonov Xoy şəhərində yaşayıb və assuriya-erməni kilsəsinə tabe olub. Yakobun nəvəsi Mehrəng Manuk naməlum səbəblərdən Xoy şəhərindən qaçaraq, Naxçıvanın Siyaqut kəndində məskunlaşıb. Orada islam dinini qəbul edib və adını “Əlimərdan Əhməd oğlu” olaraq dəyişdirib. Mehrəng Manukun, yəni Əlimərdanın oğlu Söhrab isə 1764-cü ildə Cehri kəndinə köçüb.
Şəcərəni təqdim edirik:
1. Məmmədov Qurban Cəlal oğlu
2. Məmmədov Cəlal Əbdül oğlu – (1919)
3. Məmmədov Əbdül Məmməd oğlu – (1875)
4. Məmməd Qurbanəli oğlu – (1853)
5. Qurbanəli Mehrəli oğlu – (1808)
6. Mehrəli Sultanəli oğlu – (1771)
7. Sultanəli Əlimərdan (Mehrəng Manuk) oğlu – (1737)
8. Mehrəng Manuk (Əlimərdan) Söhrab oğlu – (1704)
9. Söhrab Yakob (Semyonov) oğlu – (1681)
10. Yakob Semyonov (1653)
Qeyd edək ki, bu şəcərə Qurban Məmmədovun ulu babası Qurbanəli tərəfindən 1878-ci ildə Çar hökuməti nümayəndəsinə verilib. Sənəd hazırda Sankt-Peterburq Mərkəzi Dövlət Arxivində saxlanılır.
Əldə olunan arxiv sənədlərində Qurban Məmmədovun ulu babası Məmməd Qurbanəli oğlunun azərbaycanlı qıza təcavüz edən erməni məmuru müdafiə etdiyi və bəyin məhkəmədə üzünə duraraq həbs etdirdiyi də ortaya çıxıb.
Sənədlərdə qeyd olunub ki, Cəhri kəndinin erməni sakini Poqos Markarovun oğlu Martiros Sankt-Peterburq şəhərində təhsil alıb qayıdandan sonra Cəhri kənd icmasına vergi yığan və dəftərxanaya nəzarət edən təyin olunur. Bir müddət sonra vəzifəsindən sui-istifadə edən Martiros kənd camaatından, xüsusilə müsəlmanlardan ikiqat vergi almağa başlayır. 1876-cı ildə isə Cəhriyə yaxın Yurd-Dizədə zəmidə işləyən qızı zorlayır. Məhkəmədə sübut olmadığı üçün erməni məmur sərbəst buraxılır. Lakin Cəhrinin bəylərindən olan Sultan Həsənəli bəyin oğlu Qulaməli bəy həmin ermənini ölümcül döyür və köməkçilərinə də tapşırır ki, onu meşədə basdırsınlar. Lakin bəyin köməkçilərindən biri olan Məmməd Qubanəli oğlu (Qurban Məmmədovun ulu babası) yarımcan vəziyyətdə olan ermənini basdırmır və hökumətə təhvil verir. Məhkəmə zamanı da bəyin əleyhinə ifadələr verir. Beləliklə, bəy bir neçə illik həbs olunur.
Məmməd Qubanəli oğlunun 14 aprel 1876-cı ildə məhkəmədə verdiyi ifadəni təqdim edirik:
“Şahidlik edirəm ki, Kəngərli nəslindən olan Cəhri bəyi Qulaməli bəy Martiros Markarovu taxta ilə ölümcül döydükdən sonra bizə onun ölmüş olmasa belə, diri-diri torpağa basdırılmasını əmr etmişdir. Mən və Hüseyn Abbas oğlu bizim ağamız Martirosu meşəyə apardıq və ona kömək edib pristav məntəqəsinə gətirdik. Şərəf hissi ilə bildirmək istəyirəm ki, biz hər zaman əlahəzrətin (Çarı nəzərdə tutur – red.) məmurlarına xidmət edəcəyik.
Mən şəxsən məhkəmədə Qulaməli bəyin əleyhinə ifadələr verməyə hazıram. Onun (Qulaməli bəyin) guya bizim cənab ağamızı (Martirosu) Yurd-Dizədə azyaşlı qızı zorladığı üçün cəzalandırdığını deməsi yalandır. O, (yəni Qulaməli bəy) sadəcə olaraq ermənilərə və xristian inancına nifrət edir.
Mən Əlahəzrətin (Çarın) sadiq quluyam.
Məmməd Qurbanəli oğlu”.
Qeyd edək ki, bu illər ərzində Naxçıvan qəzasının Cəhri kəndinə aid bir çox müraciətlər var. Bu müraciətlərin əksəriyyəti ruslara kənddə olan dindarlar və kəndin sayılıb-seçilən şəxsləri haqqında çatdırılan yalan məlumatlardır. Hamısını da Məmməd Qubanəli oğlu qardaşları Əhməd və Əli ilə edib.
P.S. Sənədlərlə bağlı qarşı tərəfi dinləməyə hazırıq.
https://t.me/Axaraz/35132?single
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
