Modern.az saytı "Bir şəklin tarixçəsi” rubrikasında maraqlı bir şəkil təqdim edir.
Heydər Əliyevlə Əbdürrəhman Vəzirovun ali qonağı - “BATKA”
Maraqlı12 dekabr 2023 18:05
Modern.az saytı "Bir şəklin tarixçəsi” rubrikasında maraqlı bir şəkil təqdim edir.
Zaman - 1973-cü il... Məkan - Göygöl Dövlət Təbiət Qoruğu... Fotoşəkil məşhur Göygölün sahilində çəkilib. Şəkildəkilər yüksək vəzifəli dövlət məmurlarıdır...
Ortada Azərbaycana qonaq gəlmiş Bolqarıstan Kommunist Partiyası MK-nın baş katibi Todor Jivkovdur... O Jivkov ki, Bolqarıstanın sonuncu kommunist lideri kimi tarixə düşüb.
Solda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev, sağda isə o vaxt Kirovabad (indiki Gəncə) Partiya Komitəsinin birinci katibi olan Əbdürrəhman Vəzirov dayanıb. Azərbaycan rəhbərləri Bolqarıstandan gəlmiş ali qonağı Göygöl sahilinə gəzməyə çıxarıblar...
Şəkildən görünür ki, azərbaycanlıların qonaqpərvərliyindən razı qalan Todor Jivkov bu gəzintidən məmnundur.
Todor Xristov Jivkov 1954-1989-cu illərdə Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi olub. Bolqarlar 35 il ölkəyə rəhbərlik etmiş Jivkovu “Batka” adlandırırdılar.
Todor Jivkov Azərbaycanın o zamankı rəhbəri Heydər Əliyevlə isti münaisbətdə olub. Başqa cür ola da bilməzdi, çünki o zaman Bolqarıstanla Sovet İttifaqının yaxşı əlaqələri var idi.
Əbdürrəhman Vəzirov 1970-1974-cü illərdə Kirovabad (indiki Gəncə) Partiya Komitəsinin birinci katibi işləyib.
Vəzirov 16 may 1985 - 13 iyul 1988 tarixlərində SSRİ-nin Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, 7 sentyabr 1979 - 12 iyun 1985-də isə SSRİ-nin Nepal Krallığında fövqəladə və səlahiyyətli səfiri işləyib.
21 may 1988 – 18 yanvar 1990-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.
10 yanvar 2022-ci il tarixində Moskvada 91 yaşında vəfat edib.
Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilib.
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
2003-cü il dekabrın 12-də Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.
Oxşar xəbərlər
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
