Naxçıvanda Su Elektrik Stansiyasını “yeyiblər” - 56 milyon manatı....
Naxçıvanda dövlət büdcəsi hesabına inşa edilən və edilməli olan obyektlər bərbad durumdadır. Bir çox obyektlərdə işlər Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsinin qərarına əsasən dayandırılıb.
Əsas problem isə dövlət büdcəsi hesabına tikilən, ümumi dəyəri 100 milyonlarla manatı aşan sosial və strateji əhəmiyyətli bina və tikililərin heç bir layihə-smeta sənədlərinin olmamasıdır.
Vasif Talıbovun sədrliyi dövründə layihələndirilən obyektlərin tikintisi tendersiz-filansız, özünün də payı olan holdinqlərə ötürülüb. Nəzarətsizlik şəraitində, tikinti norma və qaydalarından kənar aparılan tikinti işləri keyfiyyətsizliyi ilə seçilir.
Naxçıvan şəhərində yerləşən 14 saylı məktəb də tikinti norma və qaydalarına riayət olunmadan tikilib.
2007-ci ildə tikinti işləri Vasif Talıbovun yaxın adamı, həmin vaxtlar baş nazirin 1-ci müavini, Naxçıvan Tikinti və Arxitektura Komitəsinin sədri postunu tutan Asəf Məmmədovun “yüngül əli” ilə Rza Talıbovun 60 faiz paya sahib olduğu “Gəmiqaya Holdinq”ə ötürülüb. Məktəbin tikintisi holdinqin 40 faizinə sahib olan Emin Uçarın rəhbərliyi altında gerçəkləşib. Məktəb tikintisi tendersiz-filansız “Gəmiqaya”ya həvalə olunub. Təhsil ocağı bu şəkildə tikilib və 2007-ci ildə o zaman vəzifə daşıyıcısı olan Asəf Məmmədov tərəfindən heç bir yoxlama aparılmadan qəbul edilərək istifadəyə verilib. İllər keçib, keyfiyyətsiz tikilən məktəb qəzalı vəziyyətə düşüb. Tikinti aparan Emin Uçar tələm-tələsik məktəbdəki problemin aradan qaldırılması üçün addımlar atıb. Maraqlıdır ki, bu dəfə də məktəbdə həmin o Asəf Məmmədov peyda olub.
Bu, həmin Asəf Məmmədovdur ki, vaxtilə Naxçıvan Tikinti və Arxitektura Komitəsində sədr olarkən yoxlamasız-filansız 14 saylı məktəbi podratçıdan – Emin Uçardan təhvil alıb. Vasif Talıbovun “sağ əli” olan Asəf Məmmədov bu gün onun şəriki olan Emin Uçarın “Arkoz” Holdinqində tikintilərə nəzarət edir. Elə Asəf Məmmədovun Naxçıvan şəhərinin ən böyük məktəbində baş verən cinayətə bərabər uyğunsuzluqların aradan qaldırılmasına görə göndərilməsi də təsadüfi deyil.
Naxçıvanda sənəd-sübutsuz, tendersiz tikilən layihələrdən biri də Tivi Su Elektrik stansiyasıdır. Naxçıvana ezam olunmuş Musavat.com əməkdaşı öyrənib ki, bu layihədə də baş rolda Vasif Talıbovun şəriki Emin Uçar olub.
2017-ci ildə layihələndirilən stansiyaya görə Naxçıvana verilən dotasiyadan 56 milyon manat ayrılıb. Bu gün nə həmin stansiya var, nə də 56 milyon manat!
Ümumiyyətlə, tikilinin layihə-smeta sənədləri belə yoxdur! Layihənin 56 milyon manat dəyərləndirilməsinin də hansı hesablamalara əsasən aparıldığı bilinmir! Vasif Talıbovun şəriki Emin Uçara həvalə olunmuş layihə Ordubad dağlarında it-bata salınıb! Dağlarda 56 milyonluq layihədən dəmir-beton tikililərdən savayı heç nə yoxdur. İnternet üzərindən kiçik bir araşdırma aparmaqla öyrəndik ki, Tivi Su Elektrik Stansiyasının təməlqoyma mərasiminə Vasif Talıbov şəriki Emin Uçar, baş nazir Səbuhi Məmmədov, hazırda həbsdə olan Naxçıvan Tikinti və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov, baş nazirin müavini Elşad Əliyevlə birgə qatılıb.
Bu mərasimlə bağlı o zaman Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin dərc etdiyi məqalədən oxuyuruq:
“Muxtar respublikada enerji istehsalında daha böyük nailiyyətlərin əldə olunması istiqamətində işlər davam etdirilir, yeni elektrik stansiyaları inşa olunur. Onlardan biri də Tivi kəndində tikintisi davam etdirilən Tivi Su Elektrik Stansiyasıdır. Ümumi gücü 15,6 meqavat olacaq Tivi Su Elektrik Stansiyası Biləv və Ordubad su elektrik stansiyaları ilə yanaşı, muxtar respublikada üçüncü derivasiya tipli su elektrik stansiyası olacaq. Burada illik 47 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da muxtar respublikada tələbatın 10 faizinə bərabərdir”.
Təməlqoyma mərasimindən illər keçib, bu gün Tivi Su Elektrik Stansiyası, stansiyanın inşasına ayrılan milyonlarla manat ortada yoxdur. Tivi kəndinə yollanıb stansiya və qurğuların axtarışına çıxdıq.
Bis və Tivi kəndlərinin sərhədində, Gilançayın sahilində betondan tökülmüş bir tikili gördük. Həmin tikili su ötürücüsü olmaqla beton kanallara birləşdirilib. Beton kanalların inşa olunan hissələrində indidən çox ciddi çatlar əmələ gəlib. Əgər kanallara su ötürülərsə, qısa müddətdə çatlardan təzyiqlə axan su torpağı yuyub aparacaq və beton kanallar dağılıb-uçula bilər. Bundan başqa, beton kanalların maililiyinə də şübhələr var. Suyun kanallarla SES-ə doğru deyil, əksinə axa bilməsi ehtimalı var!
Əraziyə baxış keçirən Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov Musavat.com-un əməkdaşına açıqlama verib.
O deyib ki, Tivi Su Elektrik Stansiyasının tikintisini aparan podratçı (Emin Uçar) hər hansı bir layihə-smeta sənədləri təqdim etməyib deyə, ümumilikdə tikintinin keyfiyyətli və ya keyfiyyətsiz olmasını müəyyən etmək üçün müvafiq qiymətləndirmələrin aparılması da mümkün olmayıb. Belə bir halda tikintinin davam etdirilməsi də qanunsuz olduğundan işlər dayandırılıb. Podratçı şirkətdən layihə-smeta sənədləri istənilib.
Vüqar Kazımovun sözlərindən belə aydın oldu ki, bu ilin oktyabrında işlər dayandırılsa da, podratçı şirkət layihə-smeta sənədlərini Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə təqdim etməkdən boyun qaçırır.
Ən maraqlı məqam isə budur ki, Tivi Su Elektrik Stansiyasının “ürəyi” olan turbinlərin alışına görə Vasif Talıbovun oğlu Rza Talıbova məxsus “Reges İnşaat”ın hesabına dövlət büdcəsindən 12 milyon 800 min manat pul köçürüb. “Reges İnşaat” həmin pula Tivi Su Elektrik Stansiyası üçün turbinləri alıb gətirməli imiş. Amma orada nə turbinlər var, nə də pullar. Ordubad dağlarında inşa edilməli olan Tivi Su Elektirik Stansiyasını belə “yeyib”lər.
Ən əsası isə Naxçıvanda tikintilərin bu şəkildə aparılmasına “göz yuman”ların bu gün də məsuliyyətə cəlb edilməmələridir. Vaxtilə Naxçıvan Tikinti və Arxitektura Komitəsinin sədri Asəf Məmmədovun, ondan sonra komitəyə rəhbərlik etmiş Elçin Qəhrəmanovun bu məsələlərlə bağlı sorğu-sual edilib-edilməmələri bilinmir.
Maraqlıdır ki, Vasif Talıbovun sədrliyi dövründə tikinti işlərinin birbaşa iştirakçıları kənarda qalıblar. İstintaqa cəlb olunan isə Vasif Talıbovun imzası ilə Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin olunan Hicran Rüstəmov olub.
Hicran Rüstəmov bu posta Asəf Məmmədov və Elçin Qəhrəmanovdan sonra gətirilib və bütün cinayətləri də onun “ayağı”na yazıblar. Aydındır ki, Hicran Rüstəmov da “süddən çıxan ağ qaşıq” olmayıb. Amma ona qədər Naxçıvanda dövlət büdcəsi hesabına tikilən obyektlərin keyfiyyətsizliyi və dövlətə astronomik rəqəmlərə başa gəlməsi də göz qabağındadır. Bu gün Asəf Məmmədov və Elçin Qəhrəmanov Emin Uçarın “Arkoz”unda əsas fiqurlardır. Asəf Məmmədov Holdinqdə tikintilərə, Elçin Qəhrəmanov isə maliyyə məsələlərinə nəzarət edirlər. Elçin Qəhrəmanovun oğlu Hümbət Qəhrəmanov Vasif Talıbovun oğlu Seymur Talıbovla bacanaqdır. Belə iddialar var ki, Elçin Qəhrəmanovun azadlıqda qalması da Seymur Talıbovla qohumluq əlaqələrinə görədir. Onun Rza Talıbovun şirkətində işlə təmin olunması da qohumluq əlaqələrindən qaynaqlanır. Asəf Məmmədovun himayəçisinin kimliyi isə hələ ki, bilinmir.
Araşdırmalarımız davam edir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Bakı-Naxçıvan
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
- NAR-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
11 aprel 2024 23:21
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31