Generalla Hacı İbrahim arasında mübahisə davam edir
Hadisə16 dekabr 2023 21:26
Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi general Adil Əliyevlə iş adamı Hacı İbrahim Nehrəmli arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, birinci və apellyasiya instansiyalarında uzlaşa bilməyən generalla iş adamı aralarındakı mübahisəni Ali Məhkəməyə daşıyıb. Əhməd Əhmədov iş üzrə hakim təyin edilib.
Bəzi məlumatlara görə, kassasiya şikayətini Adil Əliyev verib. Lakin şikayətçinin Hacı İbrahim Nehrəmlinin olduğunu söyləyənlər də var. Bu barədə dəqiqləşdirmə aparmaq mümkün olmayıb.
Adil Əliyev Hacı İbrahim Nehrəmli ilə yanaşı, onun sahibi olduğu "Avesta Konserni” MMC-ni də məhkəməyə verib.
Adil Əliyevlə Hacı İbrahim Nehrəmli arasında mübahisə 2019-cu ildən davam edir. Həmin vaxt iş adamının mediaya verdiyi açıqlamadan məlum olur ki, Adil Əliyev sonradan "Avesta Konserni” MMC-yə birləşdirilən "Tərəqqi” MTK-nın inşa etdiyi yaşayış binasından 5 mənzil alıb. Adil Əliyevin şikayəti mənzillərin ölçülməsi metodikası barədədir.
Hacı İbrahim Nehrəmli isə Adil Əliyevin şikayətini əsassız hesab edir. İş adamı bu barədə mediaya verdiyi açıqlamalarında generalın ünvanına müxtəlif ittihamlar səsləndirib. Hacı İbrahim Nehrəmli iddia edib ki, Adil Əliyev ona, məhkəmə sisteminə, dövlət ekspertizasına təzyiq edir.
Hacı İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. O, eyni zamanda məşhur "Xəzər adaları” layihəsinin müəllifi kimi tanınır. Lakin iş adamı bu layihəni sona qədər icra edə bilməyib.
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
