- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
- Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ
- Amerikalı general Şəhidlər xiyabanında - Fotolar
- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
Xankəndi Universitetinin 2 azərbaycanlı müəllimi və tələbəsi helikopterdə vuruldu - Yusif Fərzəliyev
“Qızlarımızı qorumaq üçün müəllimlərimiz canlarını ortaya qoydular”
Müsahibimiz Ağdərə rayonunun Narıclar kəndində anadan olan və 12 il Xankəndi Pedaqoji İnstitutunda tarix müəllimi işləyən, erməni separatizminin, şovnizminin hər üzünü görən dosent Yusif Fərzəliyevlə Xankəndinin, Ağdərənin keçmişinə qayıtdıq, bugünündən danışdıq...
- Mən özüm Ağdərə rayonunun Narıclar kəndində anadan olmuşam. Ağdərənin qədim yaşayış məskəni olduğu məlumdur, burada əski çağlardan türklər yaşayıb. Ağdərənin qədimdən yerli əhalisi kolanılar olub və Kolanı tayfası, eləcə də digər türk tayfaları burada yaşayıb. Tarixən Ağdərədə, Xankəndidə, ümumiyyətlə Qarabağda erməni yaşamayıb. Bu toplumun bizim torpaqlara köçürülüb gətirilməsi, məskunlaşdırılması tarixi məlumdur. Söhbət əsnasında bu barədə də danışa bilərik.
- Bəs necə oldu ki, ermənilər kökləri ilə bağlı olmadığı bir torpaqda birdən-birə məlum iddialara düşdülər?
- Hər şey süni şəkildə “Dağlıq Qarabağ Muxtar Vilayəti” (“DQMV”) yaradıldıqdan sonra başladı. Bundan sonra ermənilər əl-qol açmağa, öz məkrli niyyətlərini pərdə arxasından göstərməyə başladılar.
1923-cü ilin 7 iyulunda “DQMV” yaradıldı. Sonradan Nəriman Nərimanov Stalinə məktub yazır, etirazını bildirir və orada göstərir ki, erməni daşnakları “DQMV”ni yaratmaq üçün Moskvadakı havadarlarının əli ilə məni Bakıdan mərkəzə - Moskvaya gətirdilər. Nərimanov onların “DQMV” planına mane olurdu və o Bakıda olsaydı onun yaradılmasına imkan verməzdi. “DQMV” yaradıldı və mərkəzi Xankəndi oldu. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı. Ağdərə, Xocavənd, Hadrut və Xankəndi həmin “vilayət”in rayonları idi. 1979-cu ildə Xankəndi tam olaraq şəhər statusu aldı və onun kəndləri o dövrdə yeni yaradılan Əsgəran rayonuna verildi. Mənim doğulduğum Ağdərə rayonu da 30-cu illərdə təşkil olunub. Çünki o vaxt qəzalar ləğv olundu və rayonlar yaradıldı. 1992-ci ildə Ağdərə rayonu ləğv edildi. Çox təəssüf ki, belə bir qərar verilmişdi. Amma indi Ağdərə rayonu yenidən təşkil olunur və onun statusunun bərpa edilməsi müsbət haldır.
- Ağdərə rayonu Qarabağın həyatında keçmişdə nə rol oynayırdı, indi hansı rolu oynamalıdır?
- Ağdərə rayonu həm ərazisinə, həm əhalisinin sayına, həm də iqtisadiyyatına görə keçmiş “DQMV”nin yarısı demək idi. Çox böyük rayon idi. Ağdərənin əhalisi Xocavəndin və Hadrutun əhalisindən çox idi.
- Nəzərə alsaq ki, 1923-cü ildən başlayaraq orada süni şəkildə erməniləşdirmə prosesi gedirdi, şübhəsiz, rəsmi Moskva bu prosesi dəstəkləyirdi, o dövrdə rayonlarda vəzifə bölgüsündə azərbaycanlılara, yoxsa ermənilərə üstünlük verilirdi?
- Digər rayonlarda olduğu kimi, Ağdərə rayonunda da birinci katib erməni, ikinci katib azərbaycanlı olurdu. Komsomolda da vəzifə bölgüsü eyni qaydada aparılırdı.
- Ağdərədə doğulmusunuz, amma həyatınızın xeyli hissəsi Xankəndi ilə bağlıdır. Xankəndiyə necə getdiniz?
- 1968-ci ildə orta məktəbi bitirdim, amma ali məktəbə qəbul ola bilmədim, bir il Bakı metropoliteni tikintisində fəhlə işlədim. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil oldum. Ali məktəbi bitirdikdən sonra təyinatla Ağdərə rayonun Çərəkdar kəndinə müəllim göndərildim. Bu kənd Kəlbəcər rayonunun Bağlıpəyə kəndinə çox yaxın idi. Orada bir il işlədikdən sonra Xankəndiyə gəldim…
- Birbaşa Xankəndi Pedaqoji İnstituna müəllim gəldiniz?
- Xeyr. Əvvəlcə, Xankəndidə Nizami adına 4 nömrəli Azərbaycan məktəbində tarix müəllimi işlədim. Çünki həmin məktəbdə tarix müəllimi yoxdu, həmin məktəbin direktoru Sabir Həsənov tarix müəllimi axtarırdı. Orada bir il işlədim, sonra Xankəndi Pedaqoji İnstitutunun ümumi tarix kafedrasına müəllim müsabiqəsi keçirilirdi. Sözün düzü, düşünürdüm ki, arxam-dayağım, adamım yoxdur, məni orada işə götürməzlər. Amma dostum vardı, o məni bu işə sövq etdi, mən də sənədlərimi hazırlayıb təqdim etdim. Müsabiqədə bir neçə rəqibim vardı, amma mən onları üstələdim. Müzakirələrdən sonra işə qəbul olundum. O zaman mənim bir üstünlüyüm də o idi ki, iki elmi məqaləm də çap olunmuşdu. Uzun müddət Xankəndi Pedoaoji İnstitutunun ümumi tarix kafedrasında müəllim işlədim. İnstitut o vaxt yeni təşkil edilmişdi, bizim kafedrada iki nəfər elmlər namizədi idi, qalanları müəllim və baş müəllim idi. Mən də elmi iş götürdüm və uğurla müdafiə edib tarix elmləri namizədi oldum.
- Sizin elmi işinizin mövzusu Qarabağla bağlı olub. Maraqlıdır, ermənilər sizə mane olmurdu ki?
- Mənim elmi işim Qarabağda kənd təsərrüfatının inkişafı ilə bağlı idi. Bu işi yazanda orada Bahadur İbrahimov vardı, o mənə çox gözəl istiqamət verirdi. Əslən Xankənidən idi və vaxtilə Vilayət Partiya Komitəsində kənd təsərrüfatı üzrə katib olmuşdu, Şuşa rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Sonra da Xankəndidə təcrübə stansiyasında şöbə müdiri idi. Vilayətin birinci katibi Boris Gevorkovun da xətrini istədiyi adam idi...
- Boris Gevorkovun azərbaycanlılara münasibəti necə idi?
- O Bakıda böyümüşdü. Azərbaycan mühiti ilə tanış idi və bu səbəbdən azərbaycanlılara çox yaxşı münasibət bəsləyirdi.
- Xankəndi Pedaqoji İnstitutunda ermənilər azərbaycanlılara qarşı hansısa ayrıseçkilik edirdimi?
- Təbii ki, edirdilər. Onların gözü bizi götürmürdü. Bir sıra məsələdə ayrıseçkilik vardı. 1983-cü ildə təhsil naziri Qurban Əliyev bizim instituta gəlmişdi və bizim kollektivlə görüşmüşü. Görüş zamanı kollektivdən demişdilər ki, müəllimlərə maşın vermirlər, o da vəd etmişdi ki, hər il sizə iki maşın ayıracağam. Doğrudan da o maşınlar verildi. Mən də Həmkarlar Təşkilatı bürosunun üzvü idim, üzvlərdən üçü azərbaycanlı, beşi erməni idi. Bir dəfə iclas idi, Həmkarların sədri dedi ki, bir maşın gəlib, biz onu ya Xasay Cabbarova, ya da Sokrat Xanyana verməliyik. Dedim Armina Aşotovna, onların hansı əvvəlcə növbəyə durub? Dedi ki, maşına görə yanvar ayında Cabbarov, iyun ayında Xanyan ərizə yazıb. İsrar etdim ki, Cabbarova verilsin, amma səsvermə nəticəsində maşın Sokrata verildi. Biz azərbaycanlılar etiraz etdik və dedik ki, biz bir də sizin iclaslarda iştirak etməyəcəyik. Nəticədə böyük hay-küy yarandı, səsə rektor çıxdı. Azərbaycan dilində təmiz bilirdi. Nə baş verdiyini soruşdu, dedik ki, yoldaş Xalatryan, məsələ belədir. O da dedi ki, heç yerə şikayət etməyin, mən Xasay müəlimə də maşın təşkil edəcəyəm. Bunlar erməni riyakarlğına aid ştrixlərdir.
- Xasay müəllim maşın ala bildi?
- Bəli, iki aydan sonra aldı.
- Xankəndi Pedaqoji İnstitutunda bizim tələbələr, müəllimlərə nə isə bir problem yaradılırdımı?
- Orada təhsil üç dildə idi. Azərbaycan, erməni və rus sektorları fəaliyyət göstərirdi. İnstitutda 2 min tələbə təhsil alırdı. Rus sektorunda orta məktəbi rus dilində bitirən ermənilər təhsil alırdı. Bizim azərbaycanlardan da iki nəfər rus sektorunda təhsil alırdı. İnstitutun tələbə tərkibini götürəndə orada təhsil alanların 60 faizi ermənilər, 40 faizi azərbaycanlılar idi.
- Bəs nə qədər azərbaycanlı müəllim işləyirdi?
- İndi bəziləri yalandan rəqəmləri şişirdib deyir ki, orada yüz nəfər azərbaycanlı müəllim işləyirdi, amma müəllimlərimizin sayı 36 nəfər idi. Bir məqamı deyim ki, Xankəndi Pedaqoji İnstitutunda gördüyüm nizam-intizamı hətta oxuduğum indiki BDU-da görmədim. Heç bir müəllim gecikə bilməzdi, hər kəs işinə məsuliyyətlə yanaşırdı...Bizim tələbələr gəlib Bakıda elmi konfransda iştirak edirdi, I,II,III dərəcəli diplomlar alırdılar.
- İnstitutun son dövürünü necə xatırlayırsız?
- 1988-ci ilə doğru vəziyyət dəyişməyə, bizim fəaliyyətimizə maneələr yaranmağa başladı. Bu da səbəbsiz deyildi. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Aqambekyan Fransada nəşr olunan “Humanite” qəzetinə müsahibə vermişdi, orada müxtəlif separatçı fikirlər səsəndirmişdi və demişdi ki, “Dağlıq Qarabağ” Emənistana birləşdirilməlidir. O, müxtəlif iddialar, bəhanələr gətirmişdi. Əlbəttə, bu da Qarabağda erməni separatimzinin alovlanmasına səbəb olmuşdu. Akademik Aqambekyanın müsahibəsindən sonra bizə qarşı təzyiqlər başladı. Hadisələrin başlanmasına bu səbəb oldu. 1988-ci ildə iclas keçirildi. Həmin iclasda biz də iştirak edirdik. Boris Gevorkov iclasda ermənilərə qarşı çox sərt çıxış etdi və bildirdi ki, Qarabağ Azərbaycan torpağıdır, siz onu Ermənistana birlışdirə bilməyəcəksiniz, son nəticədə bu torpaqlar sizin məzarlığınıza çevriləcək. Gevorkovu o vəzifəyə 1973-cü ildə Heydər Əliyev təyin etmişdi. Gevorkov sonra Bakıya gəldi, 1992-ci ilədək burada yaşadı...
- İclasdan sonra nə baş verdi?
- Erməni separatçıları qadınları, uşaqları institutunun ətrafına yığırdılar, onlar “Miatsum” deyə bağırır, “türklər, rədd olun burdan” deyirdilər. 1988-ci il mayın 16-da bizi bir dəfə çıxardılar. İşləmək mümkün olmadı. İyunun 6-da institutun içinə girdilər, az qala əlbəyaxa döüyşlər oldu. Bizi narahat edən məsələ qız tələbələrlə bağlı idi. Pedaqoji İnstitut olduğu üçün orada oxuyan tələbələrin əksəriyyəti qızlar idi. Ona görə çox gərginlik keçirirdik. Qızlarımızı qorumaq üçün müəllimlərimiz canlarını ortaya qoydular. Əsas fikrimiz o idi ki, qızları sağ-salamat oradan çıxaraq. Bizə yarım metr yol verdilər və biz çıxdıq, avtobuslarla Ağdama gəldik. Biz çıxanda bizə olmazın sözü dedilər. Hirsimizdən partlayırdıq. Şuşa Mədəni-Maarif Texnikumunun binasında imtahanları yekunlaşdırdıq. 1988-ci ilin avqust ayının 27-də dedilər ki, Xankəndiyə gəlin, Partiya iclası olacaq. Biz ora getdik. Orada ermənilər açıq şəkildə dedilər ki, biz daha sizinlə işləyə bilmərik. İclasda Azərbaycan təhsil nazirinin müavini də iştirak edirdi. Orada yekun qərar o oldu ki, Xankəndi Pedaqoji İnstitutu iki illiyinə bağlansın.
- Səhv etmiriksə, bu, Rıjkovun qərarı idi.
- Bəli. Bir il Gəncə Pedaqoji İnstitutunda işlədik. Sonra eşitdik ki, institutun erməni şöbəsi Kirovakandan Xankəndiyə qayıdıb. Biz də qərara gəldik ki, onlar qayıdıblarsa biz də qayıdaq. Deyirdik ki, ermənilər qayıda bilir, biz niyə qayıtmayaq? Ürəyimiz orada idi. Biz əlaqədar təşkilatlara müraciət etdik, təşkil etdilər, helikopterlərə minib gedib Cıdır düzünə düşdük. Şuşa Realnı Məktəbin binasında dərslərə davam etdik. Əvvəllər yaxşı idi, sonra vəziyyət kəskinləşdi, avtobuslarımızı daşa basırdılar, dinamit qoyurdular. Elə oldu ki, ermənilər Ağa körpüsünü partlatdılar. Bunun da bərpası hardasa bir ay çəkdi. Bizim tələbələri, müəllimləri ermənilər mühasirəyə alıb daşqalaq etmişdilər. 1992-ci ilin yanvar ayında Ağdamdan Şuşaya gedən helikopteri ermənilər vurmuşdu, bizim iki müəllimiz - Mürşüd müəllim və Sara xanım şəhid olmuşdu. Sara müəlliməni ayağından yerə düşən çəkməsindən tanımışdılar. Sara xanım nişanlı idi. Sonra Elsevər adlı bir tələbəmiz də şəhid oldu... Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi şəhidlər də verib. Biz hər zaman onları xatırlayırıq. Bu gün də Xankəndiyə qayıtmağa, müəllimlik fəaliyyəti ilə məşğul olmağa hazıram. Ora bizim tarixi torpağımızdır və orada Qarabağ Universitetinin yaradılması da mühüm hadisə oldu. Cənab Prezident Xankəndiyə, Ağdərəyə bayraq sancanda ürəyimiz sevinc hissləri ilə dolub-daşdı. Geri qayıdacağımız günü gözləyirik...
İradə SARIYEVA
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
7 noyabr 2025 11:59
- Prezidenti təbrik etdilər - Yenilənib
6 noyabr 2025 23:31
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
5 noyabr 2025 22:19
- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
5 noyabr 2025 20:22
- İlham Əliyevə təbrik məktubları gəlir
4 noyabr 2025 22:24
- ADA ilə -Veysəloğlu-nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
3 noyabr 2025 14:56
- Ramiz Mehdiyevin gəlini Nigarın ATASI KİMDİR ?
1 noyabr 2025 02:38
- Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
31 oktyabr 2025 11:07
- Qubaya 10 sm qar yağdı (VİDEO)
30 oktyabr 2025 10:17
- General Mirzəyev 9 il azadlıqdan məhrum edildi
29 oktyabr 2025 02:12
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
07 noyabr 11:59
- Dünyanın İLK TRİLYONERİ .....
07 noyabr 11:14
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
07 noyabr 10:18
- Rəsul Quliyevdən Ramiz Mehdiyev barədə SENSASİON MÜSAHİBƏ
07 noyabr 02:02
- Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ
07 noyabr 01:51
- Məryəmi vurdular, artıq İsaya bərabər tutula bilməyəcək
07 noyabr 01:41
- Prezidenti təbrik etdilər - Yenilənib
06 noyabr 23:31
- Bakıda hərbçilərin zəfər yürüşü BAŞLADI
06 noyabr 12:43
- Prezident NATO nümayəndə heyətini qəbul etdi (FOTO)
06 noyabr 12:24
- Amerikalı general Şəhidlər xiyabanında - Fotolar
06 noyabr 12:06
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
05 noyabr 22:19
- Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik etdi
05 noyabr 20:55
- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
05 noyabr 20:22
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
05 noyabr 12:51
- Həmin RÜŞVƏTLƏR dövlət büdcəsinə getməlidir: Belə məmurlar ölkə iqtisadiyyatını MƏHV EDİR- Elşad Musayev
05 noyabr 12:19
- Prezident qəbul keçirdi - FOTOLAR
05 noyabr 12:03
- Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq
05 noyabr 11:33
- Azərbaycanda vəkil HƏMDƏM hoteldə öldü
05 noyabr 11:24
- Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçildi
05 noyabr 10:56
- Türk nazir bütün orqanlarını bağışladı
05 noyabr 01:54
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
05 noyabr 00:30
- İlham Əliyevə təbrik məktubları gəlir
04 noyabr 22:24
- Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
04 noyabr 21:52
- Məşhur dələduz hakim qarşısında – Bu gün sabiq səfirin yaxınının məhkəməsidir
04 noyabr 14:25
- Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi
04 noyabr 14:09
- Azərbaycanda ÜDM niyə çox artmır? - Prezident açıqladı - Video
04 noyabr 12:41
- HƏRBİ gücü ÇOX BÖYÜK, ərazisi ÇOX KİÇİK 5 ÖLKƏ
04 noyabr 12:08
- Milli Məclisdə büdcə müzakirəsi başladı: Nazirlər iştirak edir
04 noyabr 11:45
- Arif Alışanovun qardaşı oğluna hökm oxundu
03 noyabr 23:34
- Buryatiyanın azadlıq səsi susdurulur
03 noyabr 22:19
