Stalinin qızının sevgililəri
İqtisadiyyat20 dekabr 2023 22:23
Svetlana Alliluyevanın sevgililəri...
(sənədlər nə deyir?)
Tarixi-sənədli bir əsər üzərində işləyirəm. Personajlar sırasında inqilabi fəaliyyətinin mühüm dövrü Bakı ilə bağlı olan İosif Stalin və onun həyat yoldaşı Nadejda Alliluyeva da var.
Haqqında söhbət açdığımız Svetlana Alliluyeva bu məşhur ailənin övladıdır. Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq Stalinin qızı haqda kiçik qeydləri təqdim edirəm.
Svetlananın anası Nadejda Alliluyeva 1932-ci ildə intihar edəndə qızçığazın yeddi yaşı vardı. İlk illər ona demişdilər ki, anası xəstəlikdən ölüb. Sveta sonralar anasının özünü güllə ilə öldürdüyünü biləndə sarsılmışdı. Stalinin qızı sonralar yazırdı: "Təki mənim anam Baş katibə yox, adi bir dülgərə ərə gedəydi”.
Svetlana təbiətən sərbəst, hökmlü bir qızdı.
Stalinin sevimli qızı hələ 14 yaşında olarkən Beriyanın oğlu Serqoya vurulmuşdu. Amma oğlan Stalinin qızından iki yaş böyük idi. Bir müddət sonra Serqo Lavrentyeviç məşhur proletar ədib Maksim Qorkinin nəvəsi Marfa Peşkovla evləndi.
Qorkinin nəvəsi çox gözəl və "modnitsa” idi. Svetlana isə rəftar və geyimində sadəliyi sevirdi. Məsələ budur ki, hər iki məşhur simanın qızları zaman keçdikcə bir-birinə daha çox nifrət etməyə başladı.
İlk yeniyetməlik eşqinin oxu daşa dəyən Svetlana 17 yaşında olarkən o zaman tanınmış dramaturq Aleksey Kaplerlə sevişməyə başladı. O zaman Kaplerin 40 yaşı vardı. Kapler "Lenin Oktyabrda” adlı məşhur filmin ssenari müəllifi idi. Kapler Svetanın qardaşı Vasilinin dostu idi. Stalin məktəbli qızının yəhudi əsilli, həm də yaşlı bir adamla sevişdiyini biləndə bərk qəzəbləndi. Az sonra yazıçını "ingilis şpionluğunda” günahlandırıb Vorkuta sürgün etdilər. Kapler orada ağır şəraitdə, xüsusi xidmət orqanlarının təzyiqi altında yaşamağa başladı. O zaman başqa cür ola da bilməzdi. Onlar, bu iki sevgili, bir də Stalinin ölümündən sonra təzədən görüşə bildilər.
Stalin qızının müstəqil ailə həyatı qurmasını, ümumiyyətlə azadlıqsevərliyini, təqdir etmirdi. Amma Svetlana da Svetlana idi. O, hələ MDU-da təhsil alarkən yenə öz qardaşının tələbə dostu Qriqori Morozovla ailə qurdu. Bu, onun ilk rəsmi nikahı idi. Oğlan Stalinin qızından ötrü dəli-divanə idi. Amma Sveta öz ərinə qarşı soyuqdu. Tezliklə onların övladı oldu. Uşağın adını dahi rəhbərin şərəfinə İosif qoydular.
Stalin öz nəvəsini sevmirdu, çünki uşağın atası yəhudi idi.
Qriqori uşaqcanlı idi. İstəyirdi ki, çoxuşaqlı ata olsun. Amma Svetlana ərinin arzusunun xilafına olaraq çox uşaq istəmirdi. Alliluyeva Morozovla yaşayarkən beş dəfə abort etdirdi.
Svetlana atasının təhriki ilə Qrişadan ayrılmalı oldu. Oğlu Yosenin (İosifin) iki yaşı olanda o, Yuri Jdanovla ailə qurdu. Yurinin atası Andrey Jdanov Mərkəzi Komitə katibi, üstəlik də Stalinin yaxın dostu və silahdaşı idi. Bu izdivac valideynlərin arzusu ilə baş tutmuşdu. Tezliklə onların bu evlilikdən Katya adlı qızları dünyaya gəldi. Amma Svetlana ərini sevmirdi. Onun bütün günü restoran və gənclərin şənlik məclislərində keçirdi. Tezliklə ailə dağıldı. "Ellər atası” bu dəfə boşanmaya sakit yanaşdı, onsuz da böyük ölkənin problemləri az deyildi.
Svetlana 1956-cı ildə yeni eşqə mübtəla oldu. Bu, onun uşaqlıqdan tanıdığı Svanidze idi. Oğlanın adı Conrid idi. Bu ad ona məşdur amerikan jurnalisti Con Ridin şərəfinə qoyulmuşdu. Məsələ burasında idi ki, Conrid Stalinin birinci arvadının qardaşı oğlu idi. Yəni Svetanın ögey bibisi oğlu. Svanidzenin valideynləri 1938-ci ildə həbs edilərkən öz övladlarından imtina etməli olmuşdular. Conrid uzun illər həbsdə və sürgündə olmuşdu. 1954-cü ildə sürgündən qayıdıb Moskvaya gəlmiş, Xruşşovun şəxsi göstərişi ilə ona mənzil verilmişdi. Svanidze Svetlana ilə 1957-ci ildə ailə qurdu. İki ildən sonra onlar ayrıldılar.
Svetlana Alliluyeva dördüncü dəfə hind vətəndaşı Braceş Sinqxlə ailə qurdu. Bu adam Moskvaya müalicə üçün gəlmişdi. Kommunist idi. Varlı ailədən çıxmışdı. Alliluyevadan 26 yaş böyük idi. Kreml bu evlənmənin əleyhinə idi. Axı bu necə ola bilər ki, Stalinin qızı xarici vətəndaşla ailə qursun? Amma Sveta öz istəyində möhkəm idi. Ərini də sevirdi. Halbuki Sinqx ağır xəstə idi. Onlar dörd il birgə yaşadılar. 1967-ci ildə Sinqx öldü. Svetlana onu dəfn etmək üçün Hindistana getdi. Amma onun sevgi macəraları davam edirdi.
Svetlana beşinci dəfə 1970-ci ildə amerikalı memar Uilyam Piterslə ailə qurdu. Onun Olqa Piters adlı qızı oldu. Sonralar həmin qız Kris Evans kimi tanındı.
1988-ci ildə Svetlana Alliluyeva texaslı Tom Ternerlə yeni ailə qurur. Tom ondan on yaş kiçik idi. Amma evlilikdən bir neçə ay sonra Tom öldü.

İngiltərədəki meksikalı diplomat Raul Ortiz də Svetlananın son ərlərindən biri idi. Yaşı altmışı keçmiş bu adam yüksək təhsil və mədəniyyət sahibi idi.
Bütün bunlardan başqa müxtəlif mərhələlərdə Svetlana Alliluyeva müxtəlif adamlarla eşq həyatı yaşayıb. Bunlara misal olaraq məşhur tənqidçi və yazıçı Andrey Sinyavskini göstərmək olar. Bu adam Abram Terts imzası ilə də tanınır.
Daha bir tanınmış şəxs, məşhur rus şairi David Samoylov Svetanın sevgililərindən biri olub.
Amerikalı jurnalist Luis Fişer, rus şair və yazıçısı Vladimir Solouxin, jurnalist Dmitri Pisrevski, amerikan iş adamı Ues, redaktor Rozamond Riçardson, Başnell də Svetlana Alliluyevanın sevgililəri olmuşdu.
Dahi rəhbərin qızı 2011-ci ildə Amerikada Viskonsin ştatında vəfat edib.
Firuz Mustafa, yazıçı, filosof
qadinkimi.com
Oxşar xəbərlər
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
6 yanvar 2026 23:38
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
Xəbər lenti
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
