Uşaqlar telefon və kompüter manyakına çevirilir - robot nəsil yetişir
Kompüter və cib telefonları müasir günümüzdə azyaşlı və ibtidai sinifdə oxuyan uşaqların da gündəlik həyatına çevrilib. Belə ki, məktəbdən gələn uşaqlar günlərinin çox hissəsini kompüterin qarşısında keçirir. Azyaşlıların isə valideynlərinin mobil telefonları ilə saatlarla oynadığı hamıya məlumdur. Həyatımızda nə qədər istəsək də biz bunlardan kənarda qala bilmirik. Çünki texnologiya inkişaf etdikcə həyatımızın bir parçasına çevrilir.
Mütəxəssislər kompüter və cib telefonlarının azyaşlı uşaqların həyatında rolu olduğunu söyləyirlər. Texnoloji alətlərdə olan oyunların uşaqlarda bəzi patoloji xüsusiyyətlərə səbəb olduğu aşkarlanıb. Bunlara aiddir:
* sözə sonuna kimi qulaq asmamaq;
* qarşısındakını eşitməmək;
* qərar verə bilmək qabiliyyətinin pozulması;
* beyin aktivliyinin pozulması;
* içinə qapanma;
* sosial fobiyalar;
* əsəbilik;
* davranış pozğunluqları.
Yuxarıda sadalanan əlamətlərin əksəriyyəti uşağı texnoloji alətlərdən ayırmaq istədikdə baş verir. Əslində internetin məqsədi yaşından asılı olmayaraq bütün insanların inkişafına xidmət etməkdir. İnternet böyük bir araşdırma mərkəzidir. Onun vasitəsilə uzaq məsafədə yaşayanlar bir-biriləri ilə əlaqə saxlayır. Kompüterin insanlara və insanlığa faydaları çox böyükdür. Amma internet oyunlarını kəşf edən bəzi işbazların məqsədi buna deyil, qazanc əldə etməyə çalışmaqdır. Bu məqsədlə də onlar müxtəlif yaş qrupunda olan insanların internetdə daha çox bağlı olması üçün müxtəlif cəlbedici oyunlar ixtira edir və ondan asılılıq yaradırlar.
Belə ki, müasir texnoloji alətlərin uşaqlarda asılılıq yaratması müasir uşaqların ətraf mühitdən aralı qalmasına, ətrafdakılarla göz təmasının kəsilməsinə, çoxluq olan yerlərdən xoşlanmamasına səbəb olur. Belə uşaqlar insanların içərisində olmaqdan sıxılır, tək qalmağa üstünlük verir və həddindən çox əsəbi olurlar.
Uzun müddət texnoloji alətlə vaxtını keçirən uşaqlar özlərinə ətraf mühitdən dost tapmaqda çətinlik çəkir və tənhalığa üstünlük verirlər. Onların internetdən asılılığı artdıqca isə əsəbi və saldırğan olurlar. Onlarda göz yorğunluğu onurğada əyrilik baş verir. Məktəb yaşlı uşaqların internetdən asılı qalması isə onların dərsdən geriləməsinə səbəb olur. Onların fikri, kompüterdə qaldığı üçün dərslərini qısa yolla həll edib yenidən kompüterə qayıtmaqda olur. Bir sözlə, kompüterdən uzaqlaşa bilməmək uşaqların dərsdən geri qalmasına səbəb olur.
Ekspertlər isə hesab edir ki, məktəbəqədər uşağa telefon alarkən ilk növbədə telefonun keyfiyyətinə və möhkəmliyinə fikir vermək lazımdır. Telefonun korpusu möhkəm olmalıdır. Telefon alarkən mütləq bunu soruşun. Zərif telefonlar uşağın əlində tez sına bilər. Uşaqlar telefonu yerə atır və oyuncaq kimi oynadır. Bu səbəbdən uşağa bahalı telefon almaq da məsləhət deyil. Məktəbəqədər uşaqlar rənglərə, şəkillərə, dinamik hərəkətlərə baxmağı sevirlər. Bu səbəbdən də onlara iri ekranlı telefonlar daha maraqlı gəlir. Uşaq telefondan istifadə edə bilsin deyə telefon sadə funksiyalı olmalıdır.
Bu gün bəzi istehsalçı şirkətlər mobil telefonların uşaqlar üçün olan modellərini də satışa çıxarıb. Bizdə belə modellərə nadir hallarda rast gəlmək olar. Balacalar üçün nəzərdə tutulan mobil telefonların 5-6 düyməsi olur və uşaqlar yalnız öz qohum-tanışlarına zəng vura bilərlər. Bahalı telefonlarda uşağın ətrafında baş verənləri daim dinləyə bilmək üçün funksiya da olur. Belə mobil telefonlarla uşağın harada olduğunu da müəyyənləşdirmək mümkündür.
Mobil telefona görə xərçəng olan uşaqlar
Dünya Səhiyyə Təşkilatının açıqladığı məlumatlarda mobil telefonların xərçəng riskini artırdığı bir daha məlum olub. Gün ərzində yarım saatdan çox cib telefonu ilə danışanların beyin xərçəngi xəstəliyinə tutulma riski 50% daha çoxdur. Ekspertlərin fikrincə, mobil telefonların zərərləri mövzusunda “qlobal həyəcan vəziyyəti” elan edilməsinin vaxtı çatıb. Belə ki, 25 yaşına qədər insanların beyin inkişafı davam edir. İndi fikir versəniz görərsiniz ki, balaca uşaqlar da cib telefonlarından istifadə edir. Cib telefonlarının yaratdığı radiasiya uşaqların beyni üçün çox zərərlidir.
Rus elm adamlarının 5-12 yaşlı uşaqlar üzərində keçirdikləri 5 illik təcrübələr zamanı məlum olub ki, telefon istifadə edən uşaqlar cib telefonu istifadə etməyən yaşıdları ilə nisbətdə daha çox diqqət və yaddaş pozğunluğu, huşunu itirmə kimi hallarla qarşılaşırlar. Araşdırmalar zamanı o da məlum olub ki, cib telefonlarını üzərində gəzdirən, gündə 2-4 saat arasında danışan kişilərin sağlam sperma ədədləri digər kişilərə nisbətdə çox aşağı olur.
Beynəlxalq Xərçəng Araşdırma Agentliyi cib telefonları və onların əsas stansiyalarının yaydığı radiodalğaların meydana gətirdiyi elektromaqnetik sahələrinin xərçəng yaratma ehtimalının çox yüksək olduğunu müəyyən edib. Amerikada 1990-cı illərin sonunda doğulmuş 13 min uşaq üzərində araşdırma aparılıb. Müəyyən olunub ki, hamilə ikən gündə 2-3 dəfə cib telefonu istifadə edən anaların uşaqlarında davranış pozğunluğu 54% yüksək olur. Uşağa 7 yaşından əvvəl cib telefonu verilirsə, onda davranış pozğunluğu 80% daha çox yaranır.
Gün ərzində 2 saatdan çox telefon istifadə etmək, stress və yorğunluq hissi, ürək döyüntülərinin sürətlənməsi, qulaq cingildəməsi, diqqət pozğunluğu, eşitmədə keçici problemlər yarada bilər. Bunlar cib telefonlarının vurduğu müvəqqəti zərərlərdir. Uzun müddətli zərərlər isə genetik quruluşun pozulması, ağ qan hüceyrəsi (lenfoma) xərçəngi, ürək narahatlıqları, qan beyin baryerinin zədələnməsi, qalıcı eşitmə pozğunluqları, yaddaş zəifləməsi və beyin şişi riski, embrion inkişafının zərər görməsi, qadınlarda uşaq salma riskinin artması, qan hüceyrələrinin pozulması, yüksək təzyiq, immunitet sisteminin zərər görməsidir. Bir sözlə, uzun müddət mobil telefondan istifadə insanlıq üçün zərərdir. Gün içində 3-4 saat mobil telefona yaxın olmusunuzsa, baş ağrısı, unutqanlıq, diqqətsizliyin artımı, refleks itkisi, qulaqlarda cingildəmə, gözlərdə qaralma müşahidə edilə bilər. Əgər telefona baxarkən ürəyiniz bulanır və gözləriniz sulanırsa, bu, təzyiqin artmasının işarəsidir. Bununla yanaşı, həddən artıq əsəbilik də özünü büruzə edə bilər ki, bu da gələcəkdə nevrozla nəticələnər.
Yazını hazırladı: Sevinc TELMANQIZI
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 2026 22:21
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
