Elmidar Əliyev - Nəsimi Nəsibov Muxtar Babayevin tapşırığı əsasında məni həbs etdirməyə çalışır
Elmidar Əliyev: "Nəsimi Nəsibov Muxtar Babayevin tapşırığı əsasında məni həbs etdirməyə çalışır" Aztoday.az saytının baş redaktoru Elmidar Əliyev xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Bu barədə Qaynarinfo-ya baş redaktorun özü bildirib. Onun sözlərinə görə, şikayətçi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovdur. Elmidar Əliyev bildirib ki, məhkəməyə verilməsinin səbəbi Masallı, Cəlilabad, Yardıml meşələrində ağacların kütləvi şəkildə kəsilməsi barədə yazdığı yazılardır. "Bundan əvvəl də məhkəməyə verilmişəm. Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyov yazdığım yazırlarla bağlı təkzib verməyim və 1500 manat cərimə olunmağım barədə qərar çıxarıb. Halbuki yazılan məqalələrin hər birində foto və video faktlar əksini tapmaqla bərabər, şahid ifadələri də var. Bu baxımdan, hakimin qərarını ədalətsiz hesab edirəm. Təsəvvür edin, bu qərardan apellyasiya şikayəti verməyə macal tapmamış ikinci dəfə xüsusi ittiham qaydada məhkəməyə verilmişəm. Məqsəd məni susdurmaq üçün həbsimə nail olmaqdır", deyə baş redaktor əlavə edib. Ətraflı Ad - 00:20 Elmidar Əliyevin fikrincə, işin arxasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dayanıb: "Nəsimi Nəsibov Muxtar Babayevin tapşırığı əsasında məni həbs etdirməyə çalışır". Elmidar Əliyev hesab edir ki, hakim Atabəy Kiçibəyov ona qarşı qərəzlidir: "Səbəb isə odur ki, Atabəy Kiçibəyovun qanunsuz əməlləri ilə bağlı əsaslı şübhələrimi dəfələrlə mediada işıqlandırmışam və bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciətlər göndərmişəm. Təkcə bir faktı qeyd edim ki, Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun 4 nəfərin yaşının artırılması barədə çıxardığı qərarların Apelyasiya Məhkəməsi tərəfindən ləğv olunması barədə xəbər ilk dəfə Aztoday.az saytında yayımlanıb. Həmçinin Atabəy Kiçibəyovun çıxardığı əsassız qərarları ilə bağlı şikayət verib, növbəti məhkəmə instansiyalarında ləğvinə nail olmuşam". Baş redaktor deyib ki, birinci məhkəmənin nəticəsi ilə əlaqədar növbəti ilin ilk iş günlərində apellyasiya şikayəti verəcək: "Apelyasiya mərhələsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərinin şahid kimi dindirilməsi tələb olunmaqla yanaşı, direktorun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verilməsi tələb oluncaq".

- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 2026 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 2026 12:13
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 2026 21:01
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
- Vaqif Axundova AĞIR İTKİ
28 aprel 09:40
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 09:23
- Zərifə Əliyevanın doğum günüdür
28 aprel 00:36
- Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?
28 aprel 00:06
- TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
27 aprel 21:07
