Faşist Qaragin Njde əslində kimdir? - Şərh
Bu gün Ermənistanla münasibətlərin normallaşmasına, qarşılıqlı etimad mühitinin yaranmasına mane olan bir neçə amil var.
Məhz həmin səbəblər sülh sazişinin hazırlanmasına və imzalanmasına mane olur. Bu amillərdən biri də Ermənistanda faşizmin təbliğidir. Belə ki, bütün həyatı türklüklə mübarizə ilə keçən, onlarla cinayət törədən, faşist Qaragin Njde bu gün Ermənistanda “milli qəhrəman” kimi tanınır. Onun şərəfinə müxtəlif tədbirlər keçilir.
Belə tədbirlərdən biri də ötən gün baş tutub. Belə ki, erməni gənclər tsexakronizmin (erməni xalqının yer üzündəki bütün nümayəndə və qruplarının hərbiləşdirilməsi yolu ilə vahid ərazi və dövlətdə birləşdirilməsi ideyası - red) banisi, faşist Q.Njdenin İrəvandakı abidəsinin qarşısına toplaşıblar. Bu, birbaşa olaraq faşizmin təbliği deməkdir. Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində və digər yerlərində bu faşistin heykəli var.

Q.Njdenin heykəlinin sökülməsi uzun müddət elə Ermənistan daxilində də müzakirələrə səbəb olub. Müxtəlif siyasətçilər, o cümlədən nazirlər heykəlin sökülməsini tələb ediblər. Ermənistan daxilindəki ağıllı adamlar başa düşürlər ki, Q.Njdenin və faşizm ideologiyasının bu qədər təbliğ edilməsi ölkələrinin xarici siyasətinə, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına əngəl yaradır.

Yada salaq ki, Q.Njde ömrü boyu türklüyə qarşı vuruşub, Fransada, Amerikada, Rusiyada, Türkiyədə, İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və Serbiyada türk qanı axıtmaqdan həzz alıb, hər yerdə Türkiyəni düşmən bilib. Bunu özü də 1954-cü il fevralın 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Voroşilova ünvanladığı əfvlə bağlı yazdığı ərizədə də qeyd edib: “Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçib”.

İranda və Fransada qaçıb gizlənən, daha sonra erməni lobbisinin köməyi ilə Amerikaya gedən Njde heç vaxt türklərə olan nifrətini gizlətməmişdi. Daha sonra maraqlı qüvvələrin yardımı ilə Bolqarıstanda vətəndaşlıq statusu qazanan, orada da daim türklərə qarşı terrorçuluq edən Njde II Dünya müharibəsi ərəfəsində könüllü şəkildə faşistlərə xidmət göstərməyə girişdi. Erməni lobbisinin yardımı ilə özünün uydurduğu “tsexakronutyun” ideyası haqqında A.Hitlerə məlumat verdi. Bu ideyaya görə, ermənilər ari irqə mənsubdurlar və tarixi ərazilərinin bərpasında dünya dövlətləri onlara yardım etməlidirlər. SSRİ-nin, İranın və Türkiyənin ərazisində mifik böyük erməni dövlətinin yaranacağı xəyalı ilə Njde II Dünya müharibəsində SS (Schutzstaffel) qoşunlarında (Waffen SS) erməni hərbi fərarilərindən və əsirlərindən ibarət xüsusi könüllülər dəstəsi təşkil edib. Onun ideyası və təşəbbüsü ilə 1942-ci ilin yayında “Gertruda” kod adıyla Bolqarıstan və Almaniyanın bərabər şəkildə Türkiyəyə hücum planı müzakirə edilib hazırlanmışdı (Mənbə: Kurt Mehner. Germany. Oberkommando der Wehrmacht, Bundesarchiv, 1944, s.51). Amma hadisələrin gedişi Njdenin arzularını ürəyində qoydu. Xeyli müddət təkəbbürlə mundirində “SS devizi” (“Meine ehre heißt treue – Şərəfim sədaqətimdir”) daşıyan Njde rastlaşdığı ilk çətinlikdə çox asanlıqla almanlara verdiyi sözü, vədi, içdiyi andı unutdu.

Bir məsələni də xüsusi qeyd edək ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan verilməməsi barədə ilk dəfə beynəlxalq təşkilatlar, ölkələr qarşısında məsələ qaldıran dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev olub. Xatirinizdədirsə, Prezident İlham Əliyev cəllad Njde ilə bağlı MDB Zirvə görüşlərindən birində çıxışında məsələ qaldıraraq demişdi: “Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir”.
Dövlət başçsının da qeyd etdiyi kimi, faşizmin baş qaldırmasına yol vermək olmaz. Çünki bu dünyanı uçuruma aparır.
Bu qədər “zəngin” keçmişi olan Q.Njdenin heykəlinin sökülməsi Ermənistan daxilində narazılıqlara, hətta, ola bilsin, vətəndaş müharibəsinə səbəb ola bilər. Odur ki, Ermənistan hakimiyyəti siyasi iradə göstərməlidir. Onun faşizm ideologiyasının təbliği Ermənistanı nicata aparmır. Əksinə, uçuruma sürükləyir.
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
