- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
Avropa ...yoxsa ...erməni Şurası? - alman deputat Şvaben haqqında sensasion məlumatlar - EKSKLÜZİV
Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməməsi üçün xüsusi canfəşanlıq edən almaniyalı deputat Frank Şvaben
(Frank Schwabe) 2016-cı ildə (2 iyun) Almaniya parlamentində qondarma erməni genosidinin tanınması üçün hərəkətə keçmişdi. Yəni Frank Şvabe (Schwabe) erməni lobbisinin satın aldığı siyasətçilərdən biridir.
O da aydındır ki, onun Azərbaycana qarşı hazırladığı "təşəbbüs" göydən düşməyib, əvvəlcədən ən yüksək səviyyədə hazırlanıb.
Xatırladım ki, Frank Schwabe 2019-cu ildə Almaniya parlamentində çıxışı zamanı Azərbaycanı müdafiə etmiş deputat həmkarı Karin Strenz-i korrupsiyada ittiham etmişdi. Onun iddiasından sonra xanım deputatın toxunulmazlığını qaldırdılar. Yazıq qadın qorxusundan 2021-ci ildə 53 yaşında dünyasını dəyişdi. Deməli, adam özü erməni lobbisindən pul alır, hələ üstəlik guya "Azərbaycandan pul alan" Karin Strenzə qarşı çıxır...
Ermənilər Qərbdə elə bir atmosfer yaradıblar ki, Azərbaycanın pulunu alıb Azərbaycanı müdafiə etmək korrupsiya sayılır, ermənilərin pulunu alıb Ermənistanı müdafiə etmək isə əsl demokratlıqdır...
Mustafası budur ki, Frank Schwabe ermənilərin dostu, Türkiyə və Azərbaycanın isə düşmənidir.
Daha iki türk düşməni haqqında da söhbət açacam.
2009-2019-cu illərdə Frank Engel (1975) Avropa Parlamentinin üzvü olub. O, dəfələrlə keçmiş Dağlıq Qarabağa səfər edib, "Dağlıq Qarabağın müstəqilliyinin zəruriliyini" əsaslandırmağa çalışıb. Təqdim etdiyim fotoların birində o, erməni milli paltarında erməni sevgilisi ilə birlikdə yer alır.
![]()
O, 2016-cı ilin aprelində keçmiş Dağlıq Qarabağdakı separatçı rejimlə bağlı Avropa Parlamentindəki çıxışında belə deyir: “Yeganə çıxış yolu Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıdır, çünki Azərbaycan işğalçı ölkədir, 24 il əvvəl işğalçı ölkə olub və atəşkəsi daim pozub. Bakı qatil Ramil Səfərovu vəsf edir və hesab edir ki, ermənilər bölgədən yoxa çıxmalıdırlar”...
Frank Engel erməni sevgilisi- Tatev Manukyanla "Dağlıq Qarabağda" toy etməyə hazırlaşırdılar. Bu, toy oldumu, olmadımı, dəqiq bilinmir. Çünki rəsmi tərcümeyi-halında Frank evli birisi kimi təqdim olunmur. Ola bilər ki, dost həyatı yaşayırlar...
Önəmli olan başqa məqamdır. Erməni xanım milli paltardakı şəkilin tarixçəsi ilə bağlı deyir ki, 4 günlük döyüşlərlərdən (1-4 Aprel döyüşləri, 2016-cı il) sonra Frankla döyüşlərlə əlaqəli qızğın mübahisələr etdik. Frank mənə dedi: “Onlar (azərbaycanlılar) bir millimetr də olsa (ermənilərdən) torpaq ala bilməyəcəklər. Lazım olsa, mən də hərbi forma geyinəcəm”. Sanki bədənimdən ilıq bir cərəyan keçdi, onun üzünə gülümsədim və dedim: “Bu dediklərin “Mən səni sevirəm” deməkdən daha təsirli oldu”...
44 günlük müharibədə herr Frank Engel Ermənistan Ordusunun hərbi paltarını geydimi? Məncə, yox. Geysəydi, hər halda onun bu "qəhrəmanlığından" xəbər tutardıq. Ən azı, erməni təbliğat maşını bu məsələdən dolayı bütün dünyaya hay salardı.
2018-ci ilin fevralında Frank Engel Avropa Parlamentinin digər 3 üzvü ilə birlikdə (Onların arasında çexiyadan olan Jaromír Štětina da vardı. O, rus dilində erməni ləhcəsi ilə danışırdı. Yəni o dərəcədə erməni idi.) Kiprdən olan deputat Елени Теохарус da onlarla birlikdə idi; Keçmiş Dağlıq Qarabağa, Azərbaycanın işğaldakı torpaqlarına qanunsuz səfər etmişdilər. O zaman bizim Respublika Prokurorluğu onlara qarşı cinayət işi açmışdı. O vaxt Avropa Parlamenti bəyan etdi ki, həmin deputatların Dağlıq Qarabağa gedişi Avropa parlamentinin rəsmi mövqeyinə ziddir...
![]()
Frank Engel
Ən maraqlısı isə odur ki, cənab Engel Avropa Parlamentində Mütəşəkkil Cinayətkarlıq, Korrupsiya və Çirkli Pulların Yuyulması Komitəsinin (CRIM) sədr müavini olub və əvvəllər korrupsiyaya qarşı mübarizənin önündə gedən Engel Lüksemburq Xristian Sosial Xalq Partiyasının sədrliyindən istefa vermək zounda qalıb. Niyə? Çünki o, özü korrupsiyada şübhəli bilinib. 2021-ci ilin oktyabrında bu məsələ ilə bağlı cinayət işi açılıb...
1965-ci il doğumlu Martin Hans Sonneborn 2014-cü ildən bəri Avropa Parlametində yer alır. Onun da xanımı Frau Claudia Toursarkissian əslən ermənidir və cənab Sonnebornun həmin xanımdan 2 qızı var.
Almaniyaya məxsus “weltexpress.info” saytı 2019-cu ildə “Welche Gründe stecken hinter den Besuchen von EU-Abgeordneten in der separatistischen Region Bergkarabach? – Stehen EU-Abgeordnete im Dienst des armenischen Separatismus?” (Avropa Parlamentinin deputatlarının separatçı Dağlıq Qarabağ bölgəsinə səfərlərinin arxasında hansı məqsədlər dayanır? – Avropa Parlamentinin deputatları erməni separatizminə xidmət edirmi?) adlı məqalə ilə çıxış edib. Gördüyünüz kimi, Almaniyada da rasional düşünənlər var. Həmin məqalədən sadəcə iki məqamı vurğulayacam. Məqalənin müəllifi soruşur: “Martin Sonnebornun Avropa dəyərlərinə qarşı hərəkətə keçməsinə səbəb nədir? Avropa Parlamentinin deputatı separatçıların idarə etdiyi ölkələrlə maraqlanırsa, niyə Osetiya, Abxaziya və Krıma da səfər etmir, niyə yalnız erməni separatçılarının idarə etdiyi Dağlıq Qarabağa gedir? O, azərbaycanlıları “köçəri tatarlar” kimi xarakterizə edir və avropalı turistlərin qondarma respublikaya səfərlərini təşkil etmək arzusunu ifadə edir”...
![]()
Martin Sonneborn və Aşot Qulyan
Diqqət edirsizmi? Azərbaycanlılara “köçəri tatarlar” deyən Avropa Parlamentində niyə oturur? Avropa parlamenti faşistlərəmi qucaq açıb?...
Müəllif Osetiya, Abxaziya və Krımı soruşur. Mən isə sualı daha geniş qoyardım. Avropada 260 separatçı hərəkat var. Niyə Avropa Parlamentinin deputatları oralara separatizmə dəstək anlamında səfər etmirlər? Çünki bu domino effekti verər və Avropa İttifaqını darmadağın edər. Fikir verin, avropalı deputatlar Avropada və bütövlükdə Qərbdə separatizmə qarşıdırlar, ancaq Azərbaycan və Türkiyədə isə ikiəlli separatizmə dəstək verirlər. Azərbaycan insanı bu sual ətrafında ciddi şəkildə, özü də dönə-dönə düşünməlidir. Niyə belədir? Məntiq deyir ki, Qərb Ukraynada Rusiyanın dəstək verdiyi separatizmə qarşı vuruşur. Niyə Ukraynada separatizmə qarşı müharibə aparan Qərb Azərbaycanda separatizmə dəstək verir? Bu suala özünü demokrat adlandıran kəsimin cavabı varmı? Varsa, bu suala onların cavabını dinləmək çox maraqlı olardı...
İkinci məqama diqqət edin: “Mənim həyat yoldaşım ermənidir. Mən bundan əvvəl Avropa İttifaqını Türkiyənin üzvlüyünü qəbul etməyə çağırmışdım. Ailə quran kimi fikrimi dəyişdim. Partiyamız hakimiyyətə gəlsə, türklər heç vaxt Aİ-yə daxil ola bilməyəcəklər”, - Sonneborn bildirib.
Məqalənin müəllifi soruşur: “Sonneborn siyasi fəaliyyətində öz şəxsi hisslərinin alman vergi ödəyicilərinin maraqlarından və Avropa dəyərlərindən üstün tutur və bunu ona bildirməyin vaxtı çatıb, yoxsa bütün bunlar satiradır?” Bu satira söhbəti haradan çıxdı? Cənab Martin Hans Sonneborn 1995-ci ildə ”Eulenspiegel” adlı satirik jurnalda işləyib...
Məqalənin hazırlanmasında istinad edilən qaynaqlar:
https://gisher.news/ru/politics/deputati-evroparliamenta-prizivayut-priznat-nezavisimost-nkr.html
NUH.az
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 2026 23:30
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 2026 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 2026 22:48
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 2026 13:37
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 2026 11:03
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
