Təhminənin 3 paltarına 3 min dollar vermişdim - 15 dəfə öpüşmək...
Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev “Təhminə” filminin çəkilişlərində yaşanan maraqlı anlarla bağlı xatirələrini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, filmdə adı prodüser kimi keçən eks-spiker bu barədə Musavat TV-yə danışıb. O, filmin bütün maliyyəsini özünün qarşıladığını açıqlayıb.
R. Quliyev Təhminə rolunu canlandıran türkiyəli aktrisa Meral Konratı Fəxrəddin Manafovla çəkilməyə özünün razı saldığını deyib:
“Rasim Ocaqov “Zaur” obrazı üçün aktyor axtarırdı. Mənə dedi ki, Fəxrəddin Manafovu bu rola çəkmək istəyir. Dedim, a kişi, sən nə danışırsan?! Təhminə ondan uzundur. O dedi ki, sən narahat olma, biz onu bilirik, ayağının altına bir kərpic qoyacağıq, düzələcək. Dedim, özün bilərsən, məncə, Fəxrəddin artist kimi yaxşıdır, amma onu nəzərə almaq lazımdır.
Rasim Ocaqov Leninqraddan suriyalı tapdı. Şəklini mənə göstərəndə dedim, hə, bunun boyu da yaxşıdır, yarayır. Bunu çəkdi. Sonra günlərin bir günü mənə zəng edib dedi ki, suriyalını qovmaq istəyir. Dedim, niyə qovmaq istəyirsən, nə vaxtdır, çəkilişlər gedir. Dedi ki, Meralla onların arasında məhəbbət yaranıb və bu, çəkilişə mane olur. Meral isə buna razılıq verməyib, deyib ki, belə olsa, filmdə oynamayacaq. Meralla danışıb razı salmağımı xahiş etdi. Onunla da görüşdüm və dilə tutmağa çalışdım. Meral bildirdi ki, öpüş səhnəsinə 10-15 dəfə təkrar çəkilib və artıq eyni səhnələri çəkmək istəmir. Dedim, Rasim müəllimdən xahiş edəcəyəm, həmin səhnə 2 dəfə çəkilsin. O, bununla razılaşdı. Rasim Ocaqov da filmin yarısını tamamlamasına baxmayaraq, yenidən Fəxrəddini həmin obraz üçün çağırdı”.

R. Quliyev, həmçinin M. Konrata Türkiyədən geyimlər aldığını bildirib: “Mən İstabula işlə əlaqədar gedirdim. Rasim Ocaqov dedi ki, bəlkə, orada mağazalardan Təhminə üçün paltar alasınız? Meral məni brend paltarlar olan yerə apardı, 3 bahalı paltar seçdi, pulunu verdim. Filmin maliyyəsi mənə aid idi. O maliyyəni mən ödəməsəydim, film indi də yox idi. O 3 paltar 3 min dollar tutdu…”
Həmin görüntüləri təqdim edirik:



- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 2026 20:00
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 2026 09:53
- Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?
28 aprel 2026 00:06
- Yusif Vəzir Çəmənzəminli AXC-ni Ukraynada təmsil edən ilk səfir olub - Deputat Əli Məsimli
27 aprel 2026 00:00
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 2026 00:12
- Yeni Klinika - Azərbaycanda ƏSL MÖCÜZƏ
26 aprel 2026 21:22
- Fidan Abbasova: Susmayacağam – mənə qarşı qurulan çirkin kampaniyanın arxasında kimlərin dayandığını açıqlayıram
22 aprel 2026 11:44
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
