Zaxarova Rəsulzadəyə də dil uzatdı...-Yəqin, arxayındır ki, Azərbaycandakı “5-ci kalon”..
“XİN dünən ona dərhal yerindəcə cavab verməli idi ki, sən və yaxud sənin nazirin Lavrov-Kələntaryan kimsiniz ki, müstəqil(!) Azərbaycan Respublikası Prezidentinin Şərqdə ilk demokratik dövlətin qurucusu, Azərbaycan demokratik dövlətçiliyinin banisinin yubileyinin keçirilməsi haqda imzaladığı sərəncama dil uzadırsınız?..”
-FİKİR SAVAŞI...-
Xəbər verildiyi kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü, əslində Kremlin Cənubi Qafqaz üzrə canişini Mariya Zaxarova artıq o qədər həddini aşıb ki, dünən keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına da “mız” qoyub...
Guya məsələyə münasibət bildirməyə bu xanımı hansısa erməni jurnalistin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı provokativ sualı vadar edib.
Yəni üzdə görünən bu olub ki, erməni jurnalist Zaxarovaya Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladıb və bildirib ki, ADR qurucusu “Böyük Vətən” müharibəsi illərində nasistlərin lideri Adolt Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasından “iştirak edib”.
Cavabında isə M. Zaxarova belə deyib:
“Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq...”
Sözsüz ki, bütün avtoritar, totalitar ölkələrdə olduğu kimi, Rusiyada da heç bir jurnalist öncədən razılaşdırılmadan dövlət, hökumət rəsmisinə sual verə bilmədiyindən Zaxarovanın Rəsulzadə ilə bağlı Azərbaycana söz atması da əvvəlcədən qurulmuş ssenari olub...
Və bu, açıq-açığına müstəqil(!) Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etməkdir. Azərbaycan XİN dünən Zaxarovaya dərhal yerindəcə cavab verməli idi ki, sən və yaxud sənin nazirin Lavrov-Kələntəryan kimsiniz ki, müstəqil(!) Azərbaycan Prezidentinin Şərqdə ilk demokratik dövlətin qurucusu, Azərbaycan demokratik dövlətçiliyinin banisinin yubileyinin keçirilməsi haqda imzaladığı sərəncama dil uzadırsınız?..
Əvvəla, Rəsulzadə faşistlərlə birbaşa siyasi-ideoloji əməkdaşlıq etməyib, o, sadəcə, Almaniyadakı azərbaycanlı əsirlərin azad edilməsinə nail olmaq məqsədi ilə Hitlerlə görüşüb. İkincisi də, söhbət faşistlikdən gedirsə, faşistin böyüyü XVIII əsrdən bəri keçimiş sovet məkanındakı digər xalqlar kimi Azərbaycan torpaqlarını da işğal edən, onları bölən, bölüşdürən, Azərbaycan xalqını alət topluma çevirdiyi ermənilər vasitəsilə soyqırımlara, repressiyalara, deportasiyalara məruz qoyan, elə Rəsulzadənin qurduğu müstəqil dövlətimizi 1920-ci ildə işğal edən, bu gün də Ukrayna xalqına qarşı amansız işğalı, soyqırımı davam edən Rusiya imperiyasının keçmiş və indiki rəhbərləridir...
O halda biz Rusiyaya qarşı iddia irəli sürə bilmərikmi ki, nəyə görə Azərbaycanı işğal etmiş, xalqımızı qətliamlara, repressiyalara, deportasiyalara məruz qoyanların başında duran Leninin cəsədini mavzoleydə saxlayırsız, heykəllərini uçurmursuz, bütün dünyanın diktator kimi tanıdığı Stalinə yeni-yeni heykəllər ucaldırsız?.. Və s. və i.a.
Bilirsiz, bunlara dinmədikcə çox irəli gedirlər. İndi, müttəfiqlik sazişi imzalamışıq, Qarabağı erməni(!) işğalından tam azad etməyimizə susublar deyə, boynumuza minməlidirlər?!. Guya susmayıb, nə edəcəkdilər ki?..
Belə baxıram, bir az da dinməsək və Allah eləməmiş, Rusiya Ukraynanı tamamilə çökürtməyə başlasa, Zaxarova tələb etməyə başlayacaq ki, Azərbaycanda media və sosial şəbəkələrdə Rusiya dövlətini, onun ordusunu işğalçı, Putini, diktator, faşist adlandıran vətəndaşlara, xüsusən də jurnalistlərə, ictimai fəallara qarşı cinayət işi açılsın, onlar həbs edilsin və hətta Rusiyaya ekstradisiya edilsin!..
Görünür, Zaxarova da, elə onun ağası Kələntəryan-Lavrov da Azərbaycanın daxili, xarici işlərinə müdaxilə etməkdə, bəzən Azərbaycanın əvəzinə danışmaqda və s. Azərbaycanın Rusiyanın əyalətinə çevirməyə çalışan “5-ci kalon”una güvənirlər... Yəqin, həm də hesab edirlər ki, həmin imperiya inventarları tezliklə dövlətimizi Rəsulzadənin 140 illiyi haqqındakı Prezident sərəncamını ləğv etməyə nail olacaq və bununla bağlı tədbirlərin keçirilməməsinə nail olacaq üstəlik, bundan sonra bütün respublika üzrə Məhəmməd Əminə qarşı qarayaxma kampaniyaları başlayacaq və sovet dövründə, Stalin dönəmində olduğu kimi onu Azərbaycanın “1 nömrəli xalq düşməni” elan edəcəklər... Amma düşünürük ki, əbəs yerə ümidlənirlər... Çünki Azərbaycan xalqı artıq bu “5-ci kalon”un harada və kimlərdən ibarət olduğunu yaxşı bilir, çağdaş günümüzün Əliheydər Qarayevlərini də gözəl tanıyır və 1920-ci ildə olduğu kimi meydanı belələrinə buraxmayacaq...
Sultan Laçın
Oxşar xəbərlər
- Zaxarova Azərbaycana təşəkkür etdi
1 aprel 2026 21:29
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
Xəbər lenti
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
Video & Fotoqalereya
Video
Fotoqalereya
