Prezident Mixael Harmsını qəbul etdi - Fotolar - Yenilənib
Fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxildir.
***
Dövlət başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd edib.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri nümayəndə heyətinin adından İlham Əliyevin yenidən prezident seçildiyi vaxtda qəbula görə minnətdarlığını bildirib. Səfir prezident İlham Əliyevin Münhen səfəri zamanı Almaniya kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında olduqlarını deyib. O, eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə edib və ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğulayıb. Səfir qeyd edib ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb ki, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir. O qeyd edib ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. Səfir vurğulayıb ki, Azərbaycan Prezidentinin də inauqurasiya çıxışında dediyi kimi iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır. Xüsusi olaraq vurğulayıb ki, Almaniya biznes dairələri və şirkətləri bu gündəliyə böyük töhfələrini verməyə hazırdır. O, qəbula görə bir daha dövlət başçısına minnətdarlığını bildirərək nümayəndə heyətinin səfərinin əməkdaşlığın genişlənməsi baxımından səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlət başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Eyni zamanda, kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münhendə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Belə ki, Almaniya qonşuluğunda yerləşən necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.
“Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir”- deyən Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.
Dövlət başçısı əfsuslar hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib: “Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir: “Məhz, biz ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını hazırlamışıq?!”
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub: “Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT TŞ-nın məlum qətnamələrinə, beynəlxalq hüquq normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. Və indi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. Ukraynanı götürək: Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər, bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir?
Prezident İlham Əliyev bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Dövlət başçısı bir məsələni də əfsuslar hissi ilə qeyd edib ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir.
“Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm” deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğulayıb və qeyd edib ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Dövlət başçısı deyib: “Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.
Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edən dövlət başçısı bildirib ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir: “Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə, biz minnətdar olarıq. Bu olmazsa, biz yenə də təəssüflənməyəcəyik”.
Sovet dövründə 70 il ölkəmizin dövlətçilikdən məhrum olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər: “Yüzlərlə şəhər və kəndlərimizi işğal etdilər, oraları dağıtdılar. 30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”.
Almaniyanın ölkəmizdəki səfiri verilən məlumatlara görə dövlət başçısına minnətdarlığını bildirib və qeyd edib ki, həqiqətən ölkəmiz haqqında təəssüratlara malik olmaq üçün buradakı prosesləri öz gözləri ilə görmək vacibdir və elə nümayəndə heyətinin səfərinin məqsədlərindən biri də bundan ibarətdir.
Mixael Harms Münxendəki görüşdən az müddət sonra yenidən Azərbaycan Prezidentinin qəbulundan şərəf hissi keçirdiklərini bildirib və buna görə minnətdarlığını ifadə edib. Qonaq ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələri ilə gəldiklərini vurğulayaraq Azərbaycanda səmərəli görüşlər keçirdiklərini bildirib. O, müzakirələr zamanı belə bir nəticəyə gəldiklərini qeyd edib ki, Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir. Digər nəticə bundan ibarətdir ki, ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanları var. O, vurğulayıb ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirir və bu da öz növbəsində bütün regionda müsbət inkişafın əsasını qoya bilər.
Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 2025 00:09
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 2025 23:10
- Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı (FOTO)
27 oktyabr 2025 21:45
- Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
27 oktyabr 2025 21:37
- Cənab Prezident ! Mən Sizdən XAHİŞ etmirəm, TƏLƏB EDİRƏM !
27 oktyabr 2025 21:29
- XX əsrin ən gözəl oğlanı vəfat etdi
27 oktyabr 2025 10:52
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 2025 10:24
- Axundovanın həbsdən qanunsuz azad olunan yaxın adamının türməyə qaytarılması tələb olunur - 8 milyonluq cinayət
26 oktyabr 2025 13:17
- İlham Əliyev avstriyalı həmkarını təbrik etdi
26 oktyabr 2025 11:28
- İrlandiyanın yeni Prezidenti o oldu
26 oktyabr 2025 11:15
- Dünyada 3 paytaxtı və 12 RƏSMİ DİLİ olan yeganə ölkə
28 oktyabr 02:48
- Pezeşkian və Hatəmidən eyni mesaj - Neft var, inkişaf yox...
28 oktyabr 01:51
- 15 il əvvəl Xaçmazda sahibkarı Ramiz Mehdiyevin şəbəkəsi QƏTLƏ YETİRİB ? öldürülən
28 oktyabr 00:08
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 23:10
- NAR-a yeni baş icraçı direktor təyin olundu
27 oktyabr 22:44
- Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı (FOTO)
27 oktyabr 21:45
- Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar
27 oktyabr 21:37
- Allahşükür Paşazadə Vatikanda Papa ilə görüşəcək
27 oktyabr 14:02
- Cənab Prezident ! Mən Sizdən XAHİŞ etmirəm, TƏLƏB EDİRƏM !
27 oktyabr 13:57
- Putin hərbi paltarını geyindi ))
27 oktyabr 11:06
- XX əsrin ən gözəl oğlanı vəfat etdi
27 oktyabr 10:52
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 10:24
- Bərdəyə raket hücumundan beş il keçir – dinc sakinlərin qətli unudulmur
27 oktyabr 02:03
- Putin Azərbaycan və Ermənistanla bağlı mənə dedi ki... - Tramp AÇIQLADI
26 oktyabr 22:33
- Abel Məhərrəmov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı - ŞOK TƏFƏRRÜAT
26 oktyabr 21:35
- Fəzail Ağamalının səhhəti pisləşdi - Təcili həkim gətirildi
26 oktyabr 21:18
- Axundovanın həbsdən qanunsuz azad olunan yaxın adamının türməyə qaytarılması tələb olunur - 8 milyonluq cinayət
26 oktyabr 13:17
- İlham Əliyev avstriyalı həmkarını təbrik etdi
26 oktyabr 11:28
- İrlandiyanın yeni Prezidenti o oldu
26 oktyabr 11:15
- Fəzail Ağamalının oğlu DANIŞDI: Atamı və bacımı məhkəməyə verəcəyəm
25 oktyabr 23:47
- Macarıstanda 1956-cı il üsyanının ildönümü: Budapeştdə siyasi qarşıdurma yenidən qızışır
25 oktyabr 23:24
- Azərbaycanlı alim erməni təxribatı ilə üzləşdi
25 oktyabr 21:41
- Qurultayda DAVA düşdü, Fəzail Ağamalı oğlu ilə ƏLBƏYAXA OLDU...
25 oktyabr 16:25
- MEYİT-dən ilk dəfə QARACİYƏR köçürülən Mənzər Şərifova: Yenidən həyata qovuşdum
25 oktyabr 13:11
- Zəfər Günü hamı bulvarda olacaq
25 oktyabr 12:42
- Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub...
25 oktyabr 12:19
- İlham Əliyev Tokayevi təbrik etdi
25 oktyabr 12:10
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 03:41
- Prezidentdən Qubadlının azad olunması münasibətilə paylaşım
25 oktyabr 01:55
- Pezeşkian: Neftimiz, qazımız var, amma xalqımız acdır
25 oktyabr 01:39
