Fəraməz Maqsudovun evini alt-üst edənlər kimlərdir? - Nəvəsindən şikayət
Mərhum akademik, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Fəraməz Maqsudovun ailəsinə məxsus olan və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evdən oğurluq edilib.
Bu barədə “Qafqazinfo”ya Fəraməz Maqsudovun nəvəsi, akademikin sağ ikən övladlığa götürdüyü Boqdan Maqsudov məlumat verib.
O bildirib ki, hadisə bu ilin fevralın 25-də baş verib: “Mərdəkan qəsəbəsi Telman küçəsindəki evimizə girən şəxslər pəncərənin dəmir barmaqlıqlarını qırıblar və evi tamamilə dağıdıblar. Biz saat 17 radələrində evə girəndə mənzilin alt-üst edildiyini gördük. Evdəki bütün mebellər dağıdılıb, xrustal qab-qacaq, bir neçə qol saatı, antik əşyalar, elektronik avadanlıqlar, sənədlər, eləcə də bir neçə digər qiymətli əşya oğurlanıb”.
Boqdan Maqsudov qeyd edib ki, fevral ayı ərzində Mərdəkandakı bağ evinə getməyiblər. O, oğurluğun əvvəlcədən planlaşdırıldığını, hadisə yerinin yaxınlığında avtomobilin olduğunu ehtimal etdiyini bildirib: “Hadisənin baş verdiyi ev Xəzər Rayon Prokurorluğunun qarşısındadır, orada çoxsaylı kameralar var. Biz dərhal polisə bu barədə məlumat verdik. Lakin oğurluğu edənlər hələ tutulmayıb”.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirdi ki, həmin ünvandan məişət və mətbəx avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub: “Həyata keçirilən tədbirlərlə oğurluq hadisəsini törədənin şəxsiyyəti müəyyən olunub. Araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, Fəraməz Maqsudov ümummilli lider Heydər Əliyevin yaxın dostu olub. O, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfərdən biridir.
1997-ci ildə AMEA-nın prezidenti seçilən F. Maqsudov 2000-ci ildə xərçəng xəstəliyindən vəfat edib. 2001-ci ildə isə onun həyat yoldaşı və qızı yaşadıqları evdə güllələnərək qətlə yetirilib. Həmin cinayət hadisəsi hələ də müəmmalı olaraq qalır.
Fəraməz Maqsudovun oğlu olmadığından o qızının oğlu Boqdanı övladlığa götürübmüş.

- Ağdam şəhərinə növbəti köç karvanı yola salındı (FOTO)
24 aprel 2026 11:48
- -Əvəzsiz podoloq mifi- yaradan Sevda Alibekovnanın keçmişini və bu gününü qaranlıq məcraya sürükləyən səbəblər — Digah sakinlərinin dedikləri
23 aprel 2026 11:34
- Böyük Qayıdış: Ağdama daha 92 ailə yola salındı
21 aprel 2026 11:54
- Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak etdi (FOTO)
18 aprel 2026 16:23
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
8 aprel 2026 14:09
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 19:59
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 16:18
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 15:06
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 11:45
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 11:37
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 22:58
- ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi
24 aprel 22:47
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 19:52
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 17:29
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 14:37
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 13:03
- TƏCİLİ YARDIM-ın yeni rəhbəri bu şəxs OLDU
24 aprel 12:03
- Ağdam şəhərinə növbəti köç karvanı yola salındı (FOTO)
24 aprel 11:48
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 21:13
- Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi
23 aprel 20:59
- İndi məlum oldu ki, Levon Ter-Petrosyan qatı daşnakdır... - Nikol Paşinyan
23 aprel 19:20
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 18:32
- Atatürkü təhqir edən jurnalistlə bağlı ŞOK QƏRAR: Polis hər yerdə onu axtarır
23 aprel 16:00
- Prezidentdən qurultay iştirakçılarına - Müraciət
23 aprel 13:30
- Ramanada Ramiz Mehdiyevin 32 hektar bağı əlindən alındı
23 aprel 13:02
- Latviya Prezidentinin Azərbaycana səfəri başa çatdı
23 aprel 11:45
- -Əvəzsiz podoloq mifi- yaradan Sevda Alibekovnanın keçmişini və bu gününü qaranlıq məcraya sürükləyən səbəblər — Digah sakinlərinin dedikləri
23 aprel 11:34
- 6 ay əvvəl direktor təyin olunmuşdu: Pərviz Hacıyev öz ərizəsi ilə VƏZİFƏSİNDƏN AYRILDI
23 aprel 10:57
- Azərbaycanda daha bir məktəbdə : 14 yaşlı şagird BIÇAQLANDI
23 aprel 10:40
