İranda ibtidai sinif müəllimi 2 aylıq maaşı ilə avtomobil ala bilr. Bəs bizdə ?
“Məktəblərdə kişi müəllimlərin az olmasının gələcəkdə hər hansı problem yaradacağını düşünmək nikbin yanaşmadır. Çünki bunun fəsadları artıq yaranıb. Uzun illərdir ki, biz bunun fəsadlarını müşahidə edirik. Bizim vaxtımızda müəllimlərin 70-80 faizi kişi idi, çünki o vaxt müəllimə böyük hörmət var idi, onlara şərait yaradılmışdı”.
Bu sözləri Azsabah.com-a tanınmış yazıçı Seyran Səxavət deyib. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizinin qadınlar olması barədə danışan yazıçı bildirib ki, bu ciddi problemlər yaradır:
“Yavaş-yavaş müəllimlər hörmətdən düşməyə başladı, xüsusilə şura hökuməti dağılandan sonra bu proses sürətləndi. Artıq universitetlərdə də müəllimlik ixtisasını seçən oğlanlara bir təhər baxırlar. Çünki elçi gedəndə soruşurlar ki, oğlan nəçidir? Müəllim deyəndə qarşı tərəf deyir ki, bizlik deyilsiniz. Biz müəllimi hörmətdən saldıq. O ölkədə ki, müəllimin hörməti yoxdur, həmin ölkənin gələcəyi yoxdur.
Bu gün məktəblərdə nə qədər mənfi hallar baş verir, bunların hamısı kişi müəllimlərin olmaması ilə bağlıdır. Həzrət Əlinin çox sevdiyim bir fikri var: Uşaqlar valideynlərindən çox zəmanəyə bənzəyir. Mühiti də məktəbdə yaradan müəllimlərdir. Müəllimlərin isə az qala 99 faiz qadınlardır.
Amerikada uşaq bağçalarında çalışanlar da kişilərdir, çünki bünövrə belə qoyulur ki, uşaqlar kişi kimi böyüsün.
Bəzən bir adam haqda danışanda deyirlər ki, əşşi, ondan adam olmaz, o, ana uşağıdır. Bu gün bağçada, məktəbdə, universitetdə çalışanlar analardır, bu qədər “ana uşaqları” ilə biz hara gedəcəyik?”
S.Səxavət bildirib ki, müəllimlərin məvaciblərinin azlığı kişi pedaoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. Bu problemi həll etmək, kişiləri məktəblərə qaytarmaq üçün ilk növbədə onların əmək haqlarını artırmaq lazımdır:
“Bu problemin həllinin çox sadə yolu var: yaxşı maaş.
Mən 1974-cü ildən 1976-ci ilə qədər İranda tərcüməçi işləmişəm. 50 il bundan əvvəl orada ibtidai sinif müəllimi 6000 tümən maaş alırdı. O vaxt İranda qızılın bir qramı 2 tümən, dəbdə olan VAZ 2106 markalı avtomobilin qiyməti 12 000 tümən idi. İbtidai sinif müəllimi iki aylıq maaşı ilə bir maşın ala bilirdi.
Bizdə təhsil sahəsində olan bu problem çoxdan başlayıb, artıq bu yara metastaz verir. Kişi müəllimləri məktəblərə cəlb etmək üçün onlara yaxşı pul vermək lazımdır. Müəllimə ayda 4-5 min manat maaş verilsə, görün necə mələyə-mələyə işləməyə gedəcəklər. Belə olsa, mən də bu yaşımda gedib müəllim işləyərəm”.
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 2026 17:48
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
