Azərbaycan İsraildən ultra-müasir silahlar istəyir: İngilis saytı SİYAHI yaydı!
Böyük Britaniyaya yaxınlığı ilə tanınan “shephardmedia.com” saytı “Azerbaijan turns to Israeli MoD for weaponry as tensions with Armenia rise” (Ermənistanla gərginlik artmaqdadır, Azərbaycan silah almaq üçün İsrail Müdafiə Nazirliyinə müraciət edir) adlı məqalə ilə çıxış edib.
Məqalənin müəllifi Arie Egozi “Flight International”, “Aviation Week” və “Breaking Defence” kimi hərbi nəşrlərdə aerokosmik və müdafiə üzrə müxbir kimi çalışıb. O, həmçinin İsrailə bağlı “Israel Homeland Security” saytının baş redaktorudur.
![]()
Arie Egozi yazır ki, Azərbaycan və Ermənistan arasında gərginlik artır. Bu, tərəflər arasında sülh üçün diplomatik səylərin gücləndiyi bir dönəmə təsadüf edir. Belə bir fonda rəsmi Bakı bəzi silahlar almaq üçün İsrail Müdafiə Nazirliyinə müraciət edib. Hərbi texnikanın yeni alış-veriş siyahısı Təl-Əvivə verilib.
Bakıdan gələn siyahıda “Ofeq” casus peyki də yer alır. Böyük ehtimalla demək olar ki, söhbət “Ofeg-14” peykindən gedir. Bu peyk 2020-ci ildə uğurla sınaqdan keçib. Gördüyünüz kimi, Azərbaycan rəhbərliyi ölkənin hava məkanına nəzarəti daha da gücləndirmək istəyir.
Bəs, Ermənistanla Azərbaycan arasında gərginliyin yaranmasının səbəbi nədir?
Müəllif yazır ki, 1990-cı illərdən İrəvanın nəzarətində olan 8 Azərbaycan kəndinin geri qaytarılması ilə bağlı rəsmi Bakı Ermənistana qarşı tələb irəli sürüb.
![]()
Kəndlərin Azərbaycana təslim edilməsi ilə bağlı tələb iki ölkə arasında gərginliyi daha da gücləndirib. Son fikir ayrılıqları Türkiyə və ABŞ-ın təşəbbüsü ilə Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə yüksək səviyyəli danışıqlara paralel olaraq baş verib.
O da vurğulanır ki, bu həftənin əvvəlində Ermənistanın Azərbaycanın şimal-qərbindəki Tovuz rayonu üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd etməsi ilə gərginlik artıb.
Türkiyənin “Anadolu” xəbər agentliyinin məlumatına görə, Ermənistan hərbçiləri Əsrik kəndi yaxınlığında kvadrokopterdən (4 tərəfdə yerləşdirilmiş pərlərin hərəkəti ilə uçan kiçik kopter) istifadə edərək hərbi məlumatlar əldə etməyə cəhd ediblər.
İsrail mənbələri bildiriblər ki, Ermənistan bu yaxınlarda Hindistan istehsalı olan Qabaqcıl Artilleriya Silah Sistemi üçün sifariş verib. Bu sifarişdən sonra gərginlik daha da arta bilər.
Azərbaycanın silah idxalının əsas tədarükçüsü olan İsrail İranla cənub sərhədinə görə Bakı ilə çox sıx müdafiə əlaqələri qurub. Azərbaycan və Ermənistan arasında döyüşlər zamanı rəsmi Bakı “İsrail Aerospace Industries” tərəfindən istehsal olunan “Lora” uzaq mənzilli yer-yer raketi və xüsusi dağıdıcı gücə malik olan “Harop” dronu kimi İsrail silah sistemləri alıb.
![]()
İsrailin “Uvision” şirkətinin istehsal etdiyi silahlar da azərbaycanlılar tərəfindən geniş miqyasda istifadə olunub. Bakı İsraildən həmçinin daha böyük döyüş başlıqlarına malik silah sistemləri almağa çalışır.
Azərbaycan “İsrail Aerospace Industries” tərəfindən istehsal olunan “Barak-MX” hava hücumundan müdafiə sisteminə malikdir. “Barak-MX” modul tipli hava hücumundan müdafiə sistemi raket və qırıcı təyyarə təhlükələrini aradan qaldırmaq üçün nəzərdə tutulub. O, həm dəniz platformalarından, həm də quruda idarə oluna bilir və “Barak” raketləri sinfinə aiddir.
Bu ilin əvvəlində Bakı İsraildən “BlueBird Aero Systems” şirkətinin istehsalı olan “SpyX” silah sistemini istəyib.
“SpyX” 50 km əməliyyat diapazonuna sahibdir, bir saat yarımlıq uçuş müddəti var, avtonom idarə olunan elektro-optik hücum silahıdır, hədəfə optimal təsir gücünə sahibdir. Ən önəmlisi isə odur ki, “BlueBird-in VTOL ISR İHA” ailəsi ilə sıx inteqrasiyada istifadə olunur.
İsrail mənbələri “Shephard”a bildiriblər ki, azərbaycanlıların İsrailin “Sky Dew” versiyasını əldə etməsi ilə bağlı xəbər doğru deyil. Bu İsrail sistemi “Elta” uzaq mənzilli radarı daşıyan və yüksəklikdən uçan aerostatdan ibarətdir.
Bakı bu yaxınlarda İsrailin Müdafiə Nazirliyindən bəzi sistemlərinin siyahısını istəmişdi. İsrail mənbələrinin dediyinə görə, daha ağır döyüş başlıqları, tank əleyhinə silahlar, ultra-müasir şəbəkədə yer alan rabitə sistemləri və EW sistemləri (elektromaqnit dalğalı silah sistemləri) siyahıda yer alır.
İsrail mənbələri bildiriblər ki, ABŞ Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması səylərində iştirak etdiyi üçün “İsrail Müdafiə Nazirliyi bəzi sistemlərə ixrac icazəsi verərkən çox ehtiyatlı davranacaq”. “Söhbət amerikalıların İsrailə xüsusi sistemləri satmamağı əmr etməsindən getmir, lakin İsrail hiss edir ki, belə bir həssas dönəmdə Azərbaycan tərəfinin hər bir sifarişi yerinə yetirilə bilməz”, - deyə “Shephard”a yüksək səviyyəli mənbə bildirib.
Xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı belə bir fikir işlətdi ki, “Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq”.
![]()
Türkiyənin xarici işlər naziri Hakan Fidan da Forumda çıxışında oxşar fikir səsləndirdi: “Azərbaycan və Ermənistan indi sülh müqaviləsinə çox yaxındır”.
![]()
Şübhəsiz ki, bu bəyanatların arxasında ictimaiyyətə hələ də açıqlanmayan müəyyən razılaşmalar dayanır.
“Shephardmedia.com” saytında gedən məqalə isə həm də onu deməyə əsas verir ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə pozitiv tendensiya güclənsə də, müharibə ehtimalı hələ də ortadan qalxmayıb. Ona görə də rəsmi Bakı bir tərəfdən sülh danışıqlarını intensiv şəkildə davam etdirir, digər tərəfdən isə proseslərin yenidən hərbi müstəviyə keçə biləcəyini də nəzərə alır. Müharibə təhlükəsini ciddiyə alan Azərbaycan iqtidarı ona görə də İsrailə üz tutaraq öz hərbi arsenalını gücləndirməyə çalışır...
O da maraqlıdır ki, İsrail Azərbaycana silah verməkdə çətinlik çəkir, çünki Amerikadan çəkinir. HƏMAS-İsrail savaşı İsraili ABŞ-dan dördəlli yapışmağa məcbur edib. Heç şübhəsiz ki, ona görə də bu kimi tərəddüdlər müşahidə olunur...
Heç şübhəsiz ki, Ermənistan da bu prosesi yaxından izləyir. Dəqiq bilir ki, Azərbaycan sülhə də, müharibəyə də hazırdır. Ermənistan seçim etməlidir. Əlbəttə, Cənubi Qafqazın sülh və amin-amanlıq və barışdan doğan rifah məkanına çevrilməsi Ermənistanın da, Azərbaycanın da maraqlarına uyğundur. ABŞ və Türkiyə diplomatiyası da Cənubi Qafqazda qalıcı sülhün əldə olunması üçün səylərini artırıb.
![]()
Bu da tərəflər arasında sülh müqaviləsinin imzalanma ehtimalını kəskin şəkildə artırıb...
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
