Bab və babilik: Bir tarixi hadisənin izi ilə
Müsahibə21 mart 2024 23:10
Azər Cəfərov
Bəhai Dini icması İctimai Əlaqələr ofisinin koordinatoru
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru,
180 il əvvəl 1844-cü ilin yazında İran məmləkətini və qonşu ölkələri sarsıdan qəribə hadisə baş verdi. İran kimi qatı dindar ölkədə bir Gənc özünü İlahü Zühur, Allah Elçisi elan etdi. Və qəribə də olsa əhalinin bir hissəsi, xüsusən də aşağı təbəqədən olan ruhanilər Ona iman gətirdi. Bu hadisə tarixə “Babilər hərəkatı” kimi daxil oldu. İran höküməti yalnız 8 il sonra, 10 minlərlə insanı qətlə yetirdikdən sonra hərəkatı yatıra bildi. Babın Özü isə 1850-ci il iyulun 9-da Təbriz şəhərində edam edildi.
Babın bəyanı
Sonralar Bab (ərəb."Qapı") adını almış Seyyid Әli Mәhәmmәd 1819-cu il oktyabrın 20-dә İranın Şiraz şәhәrindә doğulmuşdu. İyirmi beş yaşında O, “Allahın Onu Özünün Qapısı secdiyini” bəyan edir. Bu hadisənin dәqiq vaxtı Babın "Bәyan" kitabında göstərilmişdir: 1844-cü il mayın 22-də gün batandan 2 saat 11 dәqiqә sonra. Hәmin günlәr Mehdinin tezliklə zühur edәcәyinə inam şeyxilәr tәriqәtindә güclü idi. Şeyxilәrin böyük әksәriyyәti Baba beyət etdilər vә babilәr kimi tanınmağa başladılar. Bab barədə xəbər bütün ölkәyә yayılır. Bəlağətli nitqi və islahatçı çılğınlığı ardıcılları ara-sında böyük ruh yüksəkliyinə səbəb olur və əksinə, ruhanilərdə Ona qarşı düşmənçilik törədir. O, Özünü Mehdi elan edәndә ona qarşı düşmәnçilik daha da şiddətlənir.
İran əhli Mehdini On ikinci İmamla eynilәşdirirdilәr. Onlar inanırdılar ki, 1000 il əvvəl qeybə çəkilmiş On ikinci İmam sağdır vә özünün әvvәlki görkәmindә zühur edәcәkdir; Mehdi saysız-hesabsız qoşunu ilә gələcək vә Özünü ali hökmdar elan edәcәk və Yerdə İlahi hökmranlığını bərqərar edəcək. Lakin bu әlamәtlәr görünmәdiyi üçün ruhanilər Babı rədd etdilәr və Ona və Onun təfərdarlarına qarşı ciddi təqiblərə başladılar.
Babilәr, sözü gedәn peyğәmbәrliklәri mәcazi mәnada şәrh edirdilәr. Onlar hesab edirdilәr ki, Mehdinin hakimiyyәti mistikdir: Onun şöhrәti dünyәvi deyil, ruhani xarakter daşıyacaq; Onun qәlәbәlәri - insan qәlblәrinin qalalarını fәth etməkdәn ibarәt olacaq; onlar Babın hәyatında vә tәlimindә Onun bu iddialarını tәsdiq edәn çoxlu dәlillәr tapırdılar.
Lakin Bab Özünü Mehdi elan etməklә kifayәtlәnmәdi. Bir müddət sonra O, "Nuqteyi-Üla" vә ya "Birinci Nöqtә" adını qәbul etdi. Bu titulla Mәhәmmәd Peyğәmbәrin ardıcılları Ona müraciәt edәrdilәr. Hәtta imamlar öz mәqamlarına görə "Nüqteyi-Üla"dan aşağıda idilər. Bab yeni tәqvim tәtbiq edәrәk Günəş ilini bәrpa etdi və Yeni Eranın başlanğıcını Özünün Zühur etdiyi ildәn qoydu. Babın bәyanatları Ona və ardıcıllarına qarşı təqiblərin daha amansız xarakter almasına gәtirib çıxartdı. Tehranda, Zəncanda, Mazandaranda və digər yerlərdə çoxlu sayda babilər ölümə məhkum edildi.
Babın əsərləri və edamı
Onun yazıları Quran surәlәrinә şәrhlәrdәn və çağırışlardan ibarət idi. Əsas mövzusu Ondan sonra zühur edəcək daha əzəmətli Allah Məzhərinin tәrifi vә tәsviri idi. O, Özünü Ondan sonra gələcək qüdrətli Kәsi (Bəhaullahı) aşkarlayan vasitə hesab edirdi. Ardıcıllarına deyirdi ki, onlar Yeni Vəhyin gəlişini gözlәmәlidirlәr: "Mәn ancaq bu qüdrәtli kitabın hərfiyəm və bu hüdudsuz dәryanın damlasıyam, O zühur edәndә Mәnim әsil tәbiәtim, Mәnim sirlәrim, müәmmalarım vә eyhamlarım aşkar vә anlaşılan olacaqdır”.
Babın Tәliminin bir hissәsini Dirilmә, Qiyamәt günü, Cәnnәt vә Cәhәnnәm mәsәlәlәrinin şәrhi tәşkil edirdi. O, deyirdi ki, Qiyamət - Allah Elçisinin yeni zühurudur; ölülərin dirilmәsi – nadanlıq, etinasızlıq mәzarlarında yatanların mənəvi oyanmasıdır; cәnnәt–Allahı onun Peyğәmbәri vasitәsilә dərk etmək vә sevmәk səadәtidir; cәhәnnәm - Allahı bu cür dәrk etməkdәn mәhrum olmaqdır. O öyrәdirdi ki, insan hәyatı ölümdәn sonra da davam edir vә Axirәt dünyasında da kamillәşmәyә aparan yol hüdudsuzdur. Bab ardıcıllarına buyururdu ki, onlar, insanlara bәslәdiklәri mәhәbbәt vә nәzakәtli davranışla fərqlәnmәlidirlәr, faydalı sәnәtlərә vә peşәlәrә yiyәlәnmәlidirlәr, hamı tәhsil almalıdır, qadınlara geniş azadlıqlar verilməlidir; yoxsullar ümumi xәzinәdәn yardım almalı, lakin dilәnçilik qadağan edilməlidir. Bab "Bәyan" əsərindә yazırdı: "Əgər sәn qorxudan Allaha ibadәt edirsәnsә, bu, Allahın Müqәddәs Dәrgahına layiq deyil; əgər sәn nәzәrlәrini Cәnnәtә dikib yalnız ora düşmәk ümidi ilә ibadәt edirsәnsә, bu zaman sәn Allahın yaratdığını Ona şәrik qoşursan"
Nəhayət 1850-ci il iyulun 9-da Bab və davamçısı Ağa Mәhәmmәd Әli ilә birlikdә Tәbrizdәki köhnә Kazarma meydanında qurulmuş edam yerinә gәtirilirlər. Meydanda onlara atәş açmaq әmri almış 250 ermәni әsgәri gözləyirdi (hökümət seyyid olduğuna görə müsəlmanların Ona atəş açmaqdan imtina edəcəyindən qorxurdu). Yaylım atәşi yayılır, lakin tüstü dağıldıqdan sonra aydın olur ki, Bab vә şagirdi hәlә də sağdırlar. Güllәlәr onların asıldıqları kәndirlәri qırmış, hәr ikisi zәdә almadan yerә düşmüşdü. Günortaya yaxın onları yenidәn asırlar. Baş vermiş hadisәni möcüzә sayan ermәni əsgərləri tәkrar atәş açmaqdan imtina edirlәr. Buna görə dә aysorlardan ibarət başqa xristian әsgәr alayı çağrılır vә onlar atәş açmaq әmrinә tabe olurlar. Bu dәfә güllələr hədəfə dəyir. Babın və şagirdinin cәnazәsi şәhәrin qala divarlarının arxasındakı xәndәyә atılır ki, itlərə yem olsun. Gecә onlar babilər tәrәfindәn tapılır vә 40 il müxtәlif yerlərdә gizli saxlandıqdan sonra böyük cәtinliklә Fələstin torpağına (indiki İsrail dövlətinin ərazisinə) gətirilirlər. Burada onlar Kәrmil dağının ətəyində dәfn olunurlar.
Babın qadın həvvarisi – Tahirə Qürrətül-Eyn
Baba iman gətirmiş ilk 18 nəfərin on yeddisi kişi, biri qadın idi. Bu həvvari qadın, türk qızı Tahirə Qürrətül-Eyn idi. O, ilahiyyatçı alim, İran modernist poeziyasının banisi, babilər hərəkatının ən fəal rəhbərlərindən biri idi. Tahirə İslam şərqində çadrasını atmış və Bəşər tarixində ilk dəfə qadın-kişi bərabərliyini elan etmişdi. O, bunu o zaman etmişdi ki, istər Şərqdə, isərsə də Qərbdə elə düşünürdülər ki, qadın zəif məxluqdur, o, yalnız dünyaya uşaq gətirmək və ev təsərrüfatını idarə etməkdən örtü yaradılmışdır, onun ictimai həyatda heç bir rolu ola bilməz. XIX əsrin ortalarında dini cəhalətin hökm sürdüyü İranda yüksək təhsilli, inqilabçı və cəsarətli bir qadının ortaya çıxması nadir və heyrətamiz bir hadisə idi.
Əsl adı Fatimə idi və Hacı Saleh adlı mücdəhidin qızı idi. Onun əmisi Qəzvinin imamcüməsi idi. Fatimənin atasının və əmisinin şəxsi kitabxanasına girişi var idi və bu ona vaxtının çox hissəsini tədqiqata sərf etməyə imkan verirdi. Tezliklə O, anlayışının dərinliyi, nitqinin bəlağəti və qüdrətli təfəkküri ilə hamını heyran etdi. Atası və əmisinin güclü müqavimətinə baxmayaraq, O, şeyxi təlimlərinə maraq göstərdi və tezliklə Yeni İlahi Zühurun gəlişini proqnozlaşdıran Seyid Kazım Rəşti ilə yazışmağa başladı. Onun yazı üslubu və tədqiqat mövzuları o qədər dərin idi ki, Seyid Kazım ona “Gözlərin Təsəllisi” (Qurrətül-Eyn) adını verdi.
Tahirə Babı tanıdıqdan sonra həyatını Onun təlimlərini yaymağa həsr etdi. Bu, ona çox böyük əzablar gətirdi: ailəsi ona qarşı çıxdı, əri onu boşadı, uşaqları əlindən alındı, döyüldü və evdən qovuldu. Bütün bunlar onun imanını sarsıtmadı. 1848-ci ildə o, Bədəşt kəndinə babi rəhbərlərin konfransına getdi. Bu konfransa kimi babilər Babın İlahi təlimini İslam çərçivəsində qəbul edirdilər. Bədəşt konfransında Tahirə babiliyin İslamdan ayrılmasında rol oynadı. Onun inandırıcı dəlililərinin təsiri ilə babilər İslamdan çıxdıqlarını elan etdilər. Konfransda Tahirə başındakı örtüyü götürdü və bütün qadınlara ayağa qalxmağı və Allahın verdiyi insan haqlarını tələb etməyi tövsiyə etdi, onları təhsil meydanında səy göstərməyə təşviq etdi. O, açıq şəkildə qadınların azad edilməsini tələb edi. Bu konfransda ona “Tahirə” – “Pak” ləqəbi verildi. Konfransdan iki il sonra o, həbs olundu, Tehrana gətirildi və 1852-ci ildə şəriət məhkəməsinin qərarı ilə ölüm cəzasına məhkum edildi. Tehranın Elxani bağında qətlə yetirilərək, cəsədi yandırılıb quyuya atıldı. Edam yerinə aparılarkən Tahirə üzünü qatillərinə tutub bu sözləri demişdir: Məni istədiyiniz kimi öldürə bilərsiniz, ancaq Bəşəriyyətin qadın azadlıqlarına doğru hərəkətini dayandıra bilməzsiniz.
Oxşar xəbərlər
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 2026 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 2026 00:48
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi
10 may 2026 14:20
- Prezident sakinlərlə görüşdü, Zangilan City Park Hotelin təməlini qoydu (YENİLƏNİB)
10 may 2026 13:46
- İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər
9 may 2026 18:45
- Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də olmazdı
9 may 2026 11:52
Xəbər lenti
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
Video & Fotoqalereya
Video
Fotoqalereya
