1 nömrəli qanuni oğru kor olub
“Şakro Molodoy” martın 28-də azadlığa buraxılacaq
Rusiyanın başı Moskvaətrafında baş vermiş terror aktına qarışarkən “bir nömrəli” “qanuni oğru” Zaxari Kalaşovun (“Şakro Molodoy”) vəkilləri məhkəmədə onun şərti azadlığa buraxılmasına nail ola biliblər.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, müxtəlif nəşrlərin jurnalistləri artıq “Şakro Molodoy”un cəza çəkdiyi Ust-Labinsk həbsxanasının qarşısında növbə çəkirlər.
Martın 24-də jurnalistlər onu öyrənə biliblər ki, 71 yaşlı “qanuni oğru” görmə qabiliyyətini itirdiyinə görə martın 28-də azadlığa buraxılmasına qərar verilib. Vəkillər məhkəmədə iddia ediblər ki, “Şakro Molodoy” kor olub və hakimlər bu səbəbdən onun şərti azad etmək qərarına gəlib.
İddia olunur ki, Kalaşov Rusiya həbsxanalarındakı məhbusların Ukraynaya qarşı müharibəyə cəlb edilməsində aktiv rol oynayıb. Məlumata görə, Kalaşov dustaqların Ukrayna ilə müharibəyə cəlb edilməsində xüsusi xidmət orqanlarına yardım edib. “Vaqner” bölmələrindən birinin keçmiş komandiri Andrey Medvedyev hüquq müdafiəçilərinə bildirib ki, o, İstintaq Komitəsi əməkdaşlarının Krasnodar diyarındakı həbsxanaya gələrək, “Şakro Molodoy”a necə “lüks şərait” təşkil etdiyini görüb. Bu, ondan ötrü olub ki, Kalaşov məhbusların müharibəyə cəlb edilməsini asanlaşdırmaq üçün digər cinayətkar liderlərlə danışıqlar təşkil etsin.
![]()
Onu da əlavə edək ki, Rusiya qanunvericiliyindəki dəyişikliklərə görə, kriminal ierarxiyada yer tutduğu təsdiqlənən istənilən “qanuni oğru”ya qarşı həbs qətimkan tədbiri seçilə və o, uzun müddətə həbsxanaya atıla bilər. Lakin məlum olur ki, Ukrayna müharibəsinə dustaqların cəlb edilməsində göstərdiyi “xidmətlər” Kalaşovu bu məsuliyyətdən və ümumiyyətlə, həbsdən azad edib.
Yada salaq ki, “qanuni oğru” 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum olunub. İstintaq materiallarında “Rusiyanın kriminal aləminin lideri” adlandırılır. Kalaşov “qanuni oğru” Aslan Usoyanın (“Ded Xasan”) ölümündən sonra kriminal aləmdə aparıcı mövqe tutub.
2018-ci ildən hədə-qorxu ilə "külli miqdarda pul tələb etmə" ittihamı ilə cəza çəkirdi, 2027-ci ilə qədər həbsdə olmalıydı.
2015-ci ilin dekabrında Moskvada “Elements” restoranının yaxınlığında atışma olub. Məhkəmə sənədlərinə görə, kriminal qruplaşma Şakronun göstərişi ilə restoranın sahibi Janna Kimdən 8 milyon rubl tələb edib. Bundan sonra məsələ ilə əlaqədar cinayət işi açılıb.
2016-cı ildə həbs olunana qədər Zaxari Kalaşov Rusiyada üç dəfə müxtəlif işlər üzrə təqsirli bilinib. Gürcüstan Şakro Molodoyu ekstradisiya etməyə çalışıb. “Qanuni oğru” bu ölkədə qətlə görə qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrum edilib.
Zaxar Kalaşov 1953-cü il martın 20-də Tiflisdə anadan olub, məlumata görə, kürd-yezidi əsillidir. Postsovet məkanının kriminal dairələrində Şakro Molodoy ləqəbi ilə tanınır. Üç dəfə məhkum olunub. Kalaşovun fəaliyyətinin Rusiyada mütəşəkkil cinayətkarlıqla əlaqəli olduğu bildirilir. İndiyədək Şakroya qarşı ən azı 10 dəfə sui-qəsd cəhdi edildiyi deyilir.
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
