Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Siyasət1 may 2024 21:56
Prezident İraq Parlamentinin sədrini qəbul etdi (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
Qaynarinfo xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanaraq dünyanın müxtəlif ölkələrindən çox sayda nüfuzlu qonağın iştirak etdiyi bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi qeyd olundu.
Azərbaycanla İraq arasında əlaqələrin zəngin tarixinin olduğunu deyən dövlət başçısı hazırda İraqda sabitliyin, əmin-amanlığın təmin edilməsini müsbət amil kimi qiymətləndirdi. Azərbaycan Prezidenti İraqın zəngin tarixə və mədəniyyətə malik olduğunu vurğulayaraq ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığa toxundu, torpaqlarımız erməni işğalı altında olan dövrdə İraqın hər zaman ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərdiyini qeyd etdi. İraq Prezidentinin həm rəsmi, həm də Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfərlərini xatırladan dövlətimizin başçısı bu yaxınlarda Azərbaycanın iki nazirinin rəhbərliyi ilə nümayəndə heyətlərinin İraqa səfər etdiklərini, İraqın baş naziri tərəfindən qəbul olunduqlarını, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi istiqamətində ətraflı müzakirələrin aparıldığını vurğuladı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxundu.
Prezident İlham Əliyev müdafiə sənayesi, energetika, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi.
Dövlət başçısı Möhsin Əli Əkbər Əl-Mandalavinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını qeyd etdi.
Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən İraq Parlamentinin sədri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən məmnunluqlarını bildirdi.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişlə bağlı təbriklərini çatdıran İraq Parlamentinin sədri bu proses çərçivəsində dövlətimizin başçısının göstərdiyi səyləri dəstəklədiklərini və tezliklə sülh müqaviləsinin imzalanmasını arzu etdiklərini dedi.
O, Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyini qeyd edərək, bu Hərəkatın təsisatlanması istiqamətində ölkəmizin verdiyi töhfələri və irəli sürdüyü təşəbbüsləri xüsusi vurğuladı. Möhsin Əli Əkbər Əl-Mandalavi iki ölkənin parlamentləri arasındakı əlaqələrə toxunaraq dedi ki, İraq Parlamenti Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini dəstəkləyir.
İraqda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını bildirən Parlamentin sədri Azərbaycan şirkətlərini bu prosesə töhfə verməyə dəvət etdi. Möhsin Əli Əkbər Əl-Mandalavi Prezident İlham Əliyevi tezliklə İraqda görməkdən məmnun olacaqlarını dedi.
Dövlət başçısı İraqa məmnuniyyətlə səfər edəcəyini bildirdi.
İraq Parlamentinin sədri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırdı, Bakı şəhərinin memarlığının onları heyran etdiyini dedi.
Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Bakı şəhərinin memarlıq nümunələrindən olan və dünya miqyasında şöhrət qazanmış Heydər Əliyev Mərkəzinin memarı məhz İraq xalqının yetirməsi Zaha Hadiddir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.
16.32Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
