Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
Azərbaycanda ağır cinayətlərdə ittiham olunan məmurlardan biri də Sumqayıt şəhər İcra Hakimiyyətinin (ŞİH) şəhər təsərrüfatı şöbəsinin müdiri Gündüz Əliyevdir. Onun adı Gündüz olsa da, qanunsuz əməllərinin gecəsi-gündüzü yoxdur.
O dərəcədə qaranlıq işlərin müəllifidir ki, hər həftə medianın diqqət mərkəzinə düşür. Ən qəribəsi isə şəhər təsərrüfatı şöbəsinin müdiri olan bir məmurun həm də pedaqoji fəaliyyətlə məşğul olmasıdır. Belə ki, Gündüz Əliyev Sumqayıt Dövlət Universitetinin (SDU) fəlsəfə kafedrasının baş müəllimidir.
Yəni təsəvvür edin ki, həm korrupsioner olasan, həm də tələbələrə şəffaflıqdan, təmizlikdən danışasan, müəllim olasan. Əgər Cənubi Koreya, Sinqapur, Yaponiya universitetlərində işləyən müəllimlər Azərbaycanda həmkarlarından birinin – Gündüz Əliyevin əsl “sənəti”ndən agah olsalar, öz peşələrinə nifrət edərlər. Bəs, nədən ibarətdir bu “sənət” və Gündüz müəllimin qaranlıq əməlləri? Gəlin, faktlara nəzər yetirək.
Anaxeber.info media resurslarında yayılan xəbərlərə istinadla bildirir ki, əvvəla, Gündüz Əliyevin korrupsioner fəaliyyətinə görə barəsində cinayət işi var. Amma onu ört-basdır etməyə çalışıblar.
İlk növbədə bu fakta diqqət edək: söhbət “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlardan gedir. Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.
Keçid edirik Gündüz Əliyevin digər qanunsuz hərəkətlərinə: burada 12 milyonluq yeyintidən bəhs olunur. Sumqayıt şefi Zakir Fərəcovun iş adamlarının pulunu mənimsəməsində ən yaxın adamlarından hesab olunan Gündüz Əliyevin də iştirakı olub. Ona görə Gündüz MÜƏLLİM ciddi təşviş içindədir. Çnüki prezidentə gedən məktublarda onun da adı keçir. Bu səbəbdən, müxtəlif bəhanələrlə zərərçəkən iş adamlarından qaçmağa üstünlük verir. Sumqayıt şəhərinin girişində, daha çox isə, Dənizkənarı Bulvarının yenidən qurulması zamanı həyata keçirilən təmir-tikinti işlərindən sonra yaranmış 10 milyonlarla manat borc qalmaqalında əsas günahkarlardan biri kimi, birbaşa, adı keçir.
Bunu elə həmin yenidənqurma işlərini tam olaraq rəhbərlik etdikləri tikinti şirkətlərinin nümayəndələrinə
böyük məsuliyyət hissi ilə gördürən, lakin günü bu günədək, işləyərək qazandıqları milyonlarla halal pullarını tam olaraq ala bilməyən, buna görə, adları icra başçısı və onun əlaltıları olan digər önəmli vəzifə sahibləri ilə qalmaqallarda qoşa hallanan onlarla tanınmış şirkət rəhbərləri də təsdiq edirlər ki, bütün danışıqları Zakir Fərəcovla yanaşı, həm də Gündüz Əliyevlə aparıblar. Elə, yalan “Zəmanət Məktubu”nu da, yalvarış xarakterli xahişlərlə və yalan vədlərlə, o, həmin sahibkarlara da imzalatdıra bilib.
Konkret desək, Sumqayıtın abadlıq-quruculuq işlərində çalışan sahibkarların icra başçısı Zakir Fərəcovdan halal zəhmət pullarını indiyədək tam olaraq ala bilməmələrinin əsas günahkarı, həmin “Zəmanət Məktubu”nun müəllifi Gündüz Əliyevdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, belə yalan “Zəmanət Məktubu” kimi saysız-hesabsız “rəsmi sənədlərlə”, Gündüz Əliyev, təkcə bu 10 nəfərdən çox iş adamının deyil, həm də, onlar kimi çoxlarının başına “torba tikib”.
Sumqayıtın icra başçısı Zakir Fərəcovun əsas adamı və “sağ əli” kimi tanınan, eləcə də şəhər üzrə həyata keçirilən bütün tenderlərə nəzarət edən Gündüz Əliyevin həbs olunma ehtimalı çox yüksəkdir. Lakin ictimaiyyət üçün də çox maraqlıdır ki, ağır mənimsəmə cinayətində ittiham olunan bu şəxs məhbəsdə cəza çəkmək əvəzinə, indiyə qədər öz vəzifəsində nə üçün işləyir?!
Onu da qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə, internet səhifələrində, mətbu orqanlarda bu şöbə müdirinin Sumqayıtdakı dəyəri 5 milyon manat hesablanan “gözqamaşdırıcı” daha bir obyektinin fotosu yayıldı. Sumqayıt Bulvarında inşa edilən bu obyekt əyləncə üçündür. Şöbə müdirinin bu qədər bahalı obyekti hansı pullar hesabına tikdirdiyi sual yaradır.
Gündüz Əliyevin adı Sumqayıt Şəhər İcra Hakimiyyətində indiyədək baş verən bütün qalmaqal və çəkişmələrin əsas baiskarı kimi öndə çəkilib. Rəhbər şəxslər arasında münasibətlərin açıq gərginlik səviyyəsinə keçməsi, aralarındakı mübahisələrin az qala bir-birlərinə fiziki güc tətbiq etmə həddinə qədər çatması üçün, bütün iyrənc metodları işə salıb.
Məlumat üçün qeyd edək ki, Gündüz Əliyevin keçmiş MTN-ə xərac verməsi 2014-cü ilə təsadüf etsə də, onun maliyyə piramidasında yüksəlişi xeyli əvvələ təsadüf edir. Başqa sözlə desək, Gündüz Əliyev 2014-cü ildə keçmiş MTN tərəfindən saxlanılanda onun malik olduğu sərvətin miqdarı adi mebel sexi sahibinin malik ola biləcəyi sərvətdən qat-qat çox idi. Əslində milli maraqların müdafiəsinə deyil, şəxsi maraqların təmininə istiqamətlənməsi keçmiş MTN-nin diqqətini də məhz bu amil çəkmişdi. Elə buna görə də Gündüz Əliyevlə bağlı əməliyyat planı quran MTN onu saxlamaq, sahib olduğu pulların bir hissəsinə əl qoymaqla yanaşı, bu pulların mənbəyini də öyrənməyi hədəfləmişdi.
MTN-nin "Buta” əməliyyatı zamanı Gündüz Əliyevin ələ keçirilən pulları "Beloçka” tumlarının reklamı olan sellofan torbada olub. Hansı ki, Gndüz Əliyev hər zaman pulların məhz bu cür – ilk baxışdan adi görünən və kənardakı şəxslərdə heç bir maraq oyatmayan torbalarda daşınmasını həyata keçirib. Sex sahibi hesab edib ki, bu, təhlükəsizlik baxımından daha ⁵doğru və sınanılmış vasitədir. Maraqlı məqamlardan biri də sex sahibi ilə ilk istintaqın MTN-də deyil, "Sultan” kafesində gerçəkləşdirilməsidir. MTN əməkdaşları tərəfindən "Sultan” kafesinə gətirilən Gündüz Əliyev elə oradaca sözügedən qurumun əməkdaşları tərəfindən soğru-suala çəkilib. Pulların mənbəyi, təyinatı və s. kimi məsələlərə bağlı ona ünvanlanan saysız-hesabsız suallar qarşısında özünü itirən Gündüz Əlieyev bu pulları 2002-ci ildə açdığı mebel sexindən əldə etdiyini bildirib.
Oxşar xəbərlər
- 4 dekabr ÖMƏR XƏYYAMın xatirə günüdür
4 dekabr 2024 14:19
- Azərbaycanda xəstəxanada həkimi MÖHKƏM DÖYDÜLƏR
4 dekabr 2024 13:24
- YAP yenə qabaqladı - 8071 NƏFƏR üçün seçki
4 dekabr 2024 12:21
- Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi FOTO
4 dekabr 2024 12:07
- Xəzər Universitetinin rektorunun qızını aldadıb qızıllarını aldılar
4 dekabr 2024 10:53
- Zoya üçün ağır qisas - Nasistlərin qəddar edamının bədəli bir diviziyanın məhvi olub
3 dekabr 2024 21:43
- Azərbaycan siyasətinin Dəmir Ledi-si Lalə Şövkət Hacıyeva kimdir - DOSYE
3 dekabr 2024 20:22
- Əhməd Vəliyevin bankında minlərlə yerli və xarici müştərinin pulları batıb - Hüquqşünas
3 dekabr 2024 16:31
- Ukrayna hadisələri və ...SİYASİ LİDERİN ROLU
3 dekabr 2024 15:12
- TERMENDİZM NƏDİR? - Sabiq millət vəkili Etibar Əliyev
3 dekabr 2024 12:12
Xəbər lenti
- Axır ki, İranda Qərbi Azərbaycan vilayətinə türk VALİ təyin olundu
04 dekabr 14:45
- 4 dekabr ÖMƏR XƏYYAMın xatirə günüdür
04 dekabr 14:19
- Azərbaycanın TƏNDİR çörəyi UNESCO-nun SİYAHISI-na daxil edildi
04 dekabr 14:09
- 30 min manat ver, verməsən, səni rüsvay edəcəm ...
04 dekabr 13:54
- Evinin çıxarışı ( KUPÇA ) olmayanlara ŞAD XƏBƏR - Bu tarixdən veriləcək
04 dekabr 13:40
- Azərbaycanda xəstəxanada həkimi MÖHKƏM DÖYDÜLƏR
04 dekabr 13:24
- Günəşli faciəsindən 9 il ötür
04 dekabr 12:36
- Bakıda fantastik qiymətə ALÇA satılır
04 dekabr 12:29
- YAP yenə qabaqladı - 8071 NƏFƏR üçün seçki
04 dekabr 12:21
- Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi FOTO
04 dekabr 12:07
- Məhkəmə qərarlarının icra edilməməsinin səbəbi nə vaxt araşdırılacaq? -Şikayət
04 dekabr 11:56
- Xəzər Universitetinin rektorunun qızını aldadıb qızıllarını aldılar
04 dekabr 10:53
- Bu gün 48 ailə ŞUŞAYA QAYIDIR
04 dekabr 10:38
- İcra başçısına sui-qəsd üçün ŞOK PLAN
04 dekabr 10:21
- Alman tayfaları Roma ordusuna qarşı psixotrop maddələrin təsiri altında döyüşüblər - ARAŞDIRMA
04 dekabr 00:39
- Yaponların evlilik sirri: AYRI YATMAQ ...
03 dekabr 22:03
- Zoya üçün ağır qisas - Nasistlərin qəddar edamının bədəli bir diviziyanın məhvi olub
03 dekabr 21:40
- Azərbaycan siyasətinin Dəmir Ledi-si Lalə Şövkət Hacıyeva kimdir - DOSYE
03 dekabr 20:22
- Rüfət Səfərov saxlanıldı
03 dekabr 19:26
- Şirvanda qadın ərinin telefonundakı intim videoları yaydı və 1.6 il CƏZA
03 dekabr 18:06
- Sabiq deputata vəzifə verildi
03 dekabr 17:38
- Əhməd Vəliyevin bankında minlərlə yerli və xarici müştərinin pulları batıb - Hüquqşünas
03 dekabr 16:31
- Lalə Şövkət hərəkət qabiliyyətini itirib - Oğlu açıqladı
03 dekabr 15:36
- Bakıda nazir müavinini MAŞIN VURDU ...ÖLDÜ
03 dekabr 15:26
- Ukrayna hadisələri və ...SİYASİ LİDERİN ROLU
03 dekabr 13:44
- Agentlik sədrinə 8-Cİ MÜŞAVİR TƏYİN EDİLDİ ))
03 dekabr 13:19
- TERMENDİZM NƏDİR? - Sabiq millət vəkili Etibar Əliyev
03 dekabr 12:12
- Bakının Sabunçu rayonunda SU OLMAYACAQ
03 dekabr 11:59
- Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR
03 dekabr 11:47
- Türkiyə Azərbaycana yeni səfir təyin etdi
03 dekabr 10:56
Video & Fotoqalereya
Video
Fotoqalereya