Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
Sirkin əməkdaşları cənab Prezidentdən kömək gözləyir…
Şərqdə ilk sirk teatrı olan Bakı Dövlət Sirkində baş verən neqativ hallar, qanunsuz əməllər barəsində redaksiyamıza şikayət daxil olub.
Daha doğrusu, Bakı Dövlət Sirkinin icarədarı olan Allahverdi İsrafilovun qanunsuz əməlləri barədə sirkin işçiləri tərəfindən dövlət başçısına, hüquq-mühafizə orqanlarına müraciət ünvanlanıb.
Müraciətdə qeyd olunur ki, 2021-ci ilədək, yəni Allahverdi İsrafilov sirkin binasını icarəyə götürənədək Bakı Dövlət Sirkində ciddi problem yox idi. Bunu təsdiq edən rəsmi sənədlər var.
Belə ki, 2019-cu ildə FHN-in sirkdə apardığı araşdırmadan sonra rəsmi sənəd verilib ki, qurumda yanğın təhlükəsizliyi və digər məsələlərlə bağlı problem yoxdur. Amma Allahverdi İsrafilov sirki icarəyə götürəndən sonra qurumda ciddi problemlər yaranıb və nəticədə FHN-nin tələbi əsasında Bakı Dövlət Sirki fəaliyyətini dayandırıb və xeyli sayda işçi öz işini itirib. Amma Allahverdi İsrafilov və ətrafı külli miqdarda qazanc əldə edib.
Belə ki, Allahverdi İsrafilov həyata keçirdiyi layihələrdə xərcləri, maaşları, binadakı təmiri saxta yolla şişirdərək vergidən külli miqdarda yayınıb. Bir sözlə, Allahverdi İsrafilov öz qohum əqrəbası və dostları ilə birgə Bakı Dövlət Sirkini zəbt edib.
Şikayətçilər qeyd edir ki, Mədəniyyət Nazirimiz hörmətli Adil müəllim Nahid Ağayevi Bakı Dövlət Sirkinə direktor əvəzi təyin etsə də, sirki faktiki olaraq Allahverdi İsrafilov və onun dostları idarə edir. Rəsmi olaraq bağlanmış sirkin işçiləri evdə otursalar da Allahverdi İsrafilov və dostları direktor əvəzi Nahid Ağayevin kabinetində oturaraq qanunsuz əməllərə əl atırlar, məclislər təşkil edirlər. Yəni öz şəxsi ofisi kimi istifadə edir.
Şikayətçilər cənab Prezidentdən, müvafiq dövlət qurumlarından xahiş edirlər ki, icarə müqaviləsi bitmiş Allahverdi İsrafilov və onun qanunsuz dəstəsi Bakı Dövlət Sirkindən uzaqlaşdırılsın və onun 2021-2023-cü illərdək fəaliyyəti ciddi araşdırılsın. Çünki Allahverdi İsrafilov hər sirk proqramından 700-800 min manat qazansa da külli miqdarda vergidən yayınıb. Təsəvvür edirsiniz hər il 3-4 proqram təşkil edən Allahverdi İsrafilov neçə milyonlar qazanıb. Biz xahiş edirik ki, Allahverdi İsrafilovun mənimsədiyi pullar dövlət büdcəsinə qaytarılsın.
Şikayətçiləri təqdim etdiyi materialdan görünür ki, Allahverdi İsrafilova oxşar əməllərinə görə 2019-cu ildə Rusiya Federasiyasını Ufa şəhərində cinayət işi açılıb.
Belə ki, təqdim olunan materialda qeyd olunur ki, Ufa şəhərinin Oktyabr rayon prokurorluğu 2019-cu ildə SİRK TRİUMF şirkətinin direktoru Allahverdi İsrafilova qarşı cinayət işi qaldırıb.
Belə ki, yanğın təhlükəsizliyi səbəbindən Sirkin fəaliyyətinin qadağan olunmasına baxmayaraq Allahverdi İsrafilovun SİRK TRİUMF şirkəti minlərlə insana bilet sataraq fəaliyyətini davam etdirib.
Fikir verdinizmi oxşar əməli Allahverdi İsrafilov Bakı Dövlət Sirkində davam etdirib.
Bir sözlə, Bakı Dövlət Sirkinin kollektivi Allahverdi İsrafilov və onun dəstəsinin əməllərinə son qoyulması üçün dövlət başçısından kömək gözləyirlər.
Yeri gəlmişkən, müraciətdə Allahverdi İsrafilovun vergidən yayınma, dövlət vəsaitini mənimsəmə mexanizmi də göstərilib
Belə ki, Allahverdi İsrafilov xaricdən dəvət etdiyi artistlərlə iki kontrakt( müqavilə ) imzalayır.
Birinci kontraktda məbləğ-vəsait dünya standartlarına uyğun, yəni real göstərilir. İkinci kontraktda isə məbləğ 3-4 dəfə şişirdilir. Beləliklə dövlətimizin büdcəsindən külli miqdarda ziyan dəyir. Amma qazanan Allahverdi İsrafilov olur.
Allahverdi İsrafilovun dediyinə görə guya vergidən qaçma mexanizmi hər yerdə belədir. Və onun özü də sirk artisti kimi fəaliyyət göstərəndə təşkilatçılar ona iki müqavilə imzaladıblar.
Şikayətçilər sonda Mədəniyyət Nazirliyindən, Dövlət Vergi Xidmətindən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən xahiş edirlər ki, Allahverdi İsrafilovun qanunsuz əməlləri ciddi araşdırılsın. Belə olarsa, onun cinayət əməllərinin üstü açılacaq.
NUH.az
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
