Azərbaycanda xanım vəkil bir ailəni belə soydu: Aksion filmlərin yaşanmış ssenarisi – REPORTAJ
Tovuz rayon Qovlar kənd sakinləri olan Hüseynovlar ailəsi bəlkədə Azərbaycanın kriminal hadisələr statistikasında ölkədə ən böyük soyğuna məruz qalan insanlardır. Adamların başına gələnlər film formatında ssnerailəşdirilib lentə alınsa bunun ən həyəcanverici və dramatik soyğun filmlərindən biri olacağına əminəm. Ailə bir neçə il bundan əvvəl həbsə düşən övladlarının hüquqlarını qorumaq üçün Sevil Hacıyeva adlı bir xanım vəkillə tanış olurlar. Hüquqi prosedurların başlanması üçün Hüseynovlar ailəsi bu vəkillə müqavilə bağlayaraq onun hesabına pul köçürməyə başlayır. Tanışlığın ilk dönəmlərində ölkənin hüquq-mühafizə və məhkəmə sistemində yüksək postlarda çalışan vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu göstərərək özünü nüfuzlu vəkil kimi imitasiya edib ailənin böyük etibarını və etimadını qazanan Sevil Hacıyevanın vəkillik statusu sonradan bu ailənin gəlini olacaq qədər dramatik nöqtələrə yüksəlir. Onun bu ailənin gəlini olmasını niyə dramatik ifadə ilə nəql etməyimizin səbəblərini isə daha sonra təfərrüatlı anlayacaqsınız. Hüseynovlar ailəsinin övladlarına vəkillik edən Sevil Haciyeva qısa müddət ərzində ailənin 476 min manat vəsaitini və bütün mülklərini ələ keçirir.
Sevil Hacıyeva daha sonra Hüseynovlar ailəsinin həbsdə olan oğlu Rahib Hüseynovla elə həbsxanada nikah bağlayaraq yeni bir mərhələnin təməlini atır. Bu nikahın onun tez bir zamanda azadlığa çıxması üçün zərurət olduğunu əsas göstərən xanım vəkil Rahib Hüseynovun adında olan əmlakları ələ keçirməyə başlayır. Eyni zamanda Sevil Hacıyeva Hüseynovlar ailəsinin digər mülklərini – Bakı şəhərindəki mənzillər, fermer təsərrüfatı və bir neçə nəqliyyat vasitəsini onlara satdıraraq pullarını övladlarını azadlığa çıxartmaq üçün müxtəlif hüquq mühafizə və məhkəmə sistemində çalışan vəzifəli şəxslərə vermək adı ilə mənimsəyir.
Bu qədər var dövlətlərinin, pullarının ələ keçirilməsindən sonra Məhkəmə Hüseynovlar ailəsinin hər iki övladının 9 il müddətində həbs edilməsi barədə qərar çıxarır. Amma Sevil Hacıyeva bu mərhələdə qərarın apelyasiya məhkəməsində ləğv ediləcəyini deyərək ailəni sakitləşdirməyə müəffəq olur. Və bu mərhələdə bacısı qızı Teymurova Seva İkram qızını Hüseynovlar ailəsinə Bakı Apelyasiya məhkəməsinin keçmiş sədri İman Nağiyevin köməkçisi kimi təqdim edərək yenidən onlardan külli miqdarda pul ələ keçirib. Appelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövcud həbs qərarını qüvvədə saxladıqdan sonra isə Hüseynovlar ailəsi bu müddət ərzində aldadıldıqlarını dərk edərək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edir. Müraciət əsasında vəkil Sevil Hacıyeva barəsində AZ Res CM-nin 178.4-cü maddəsi ilə cinayət işi açılır. 2 ilə yaxın davam edən istintaq araşdırmalarından sonra Sevil Hacıyeva Hüseynovlar ailəsini bir neçə mənzili və aldığı pulun bir hissəsini geri qaytaracağına əmin edərək onları öz şikayət iddialarından geri çəkilməyə razı salır. Həmin razılıq 13 oktyabr 2023-cü il tarixində Bakı şəhəri 11 saylı notariat ofisində baş tutur. Tərəflər arasındakı bu rəsmi barışıqdan sonra Sevil Hacıyeva barəsində açılan cinayət işinin icrasına da xitam verilir. Amma anlaşıldığı kimi Vəkil Sevil Hacıyeva Hüseynovlar ailəsinə vədd etdiyi nə mənzilləri nə də vəsaiti geri qaytarmır.
Lətifə Hüseynovanın sözlərinə görə, vəkilləri olmuş Sevil Hacıyeva ailənin həbsdə olan, həmçinin onunla nikahda olan oğlu Rahib Hüseynovla görüşərək ona DTX-ya məsul vəzifəyə işə girmək ərəfəsində olduğunu əsas gətirərək nikahı sonlandırmaq zərurətinin yarandığını bildirir. Və beləliklə xanım vəkil Haciyeva Hüseynovlar ailəsi ilə arasında olan son bağlantısından da bu yolla qurtulmuş olur.
Hüseynovlar ailəsinin həbsdə olan iki oğlu həbs müddətlərinin bitməsinə 2 il qalmış ölkə başçısı tərəfindən imzalanan əfv sərəncamı ilə öz azadlıqlarına qovuşur. Övladlarını bu illər ərzində həbsdən azad etmək üçün ahıl ana-atanın çıxdığı bu dramatik yolun sonunda isə onların 476 min manat nəğd pulu, Bakı şəhərində yerləşən 3 mənzili, milyonlarla qiyməti olan fermer təsərrüfatları, 3 avtomobili, sahibkarlıq təsərrüfatının bütün texnikaları və torpaq sahələri əllərindən çıxır. Hazırda bir zamanlar böyük varidat sahibi olan İsmayılovlar ailəsi baxımsız bir mənzildə kirayə qalır. Hələ bütün bunlar azmış kimi İsmayıl Hüseynovla Sevil Hacıyevanın bacısı qızı olan Seva Teymurova arasında bağlanan borc müqailəsinə görə vəsaitin 70 faizi İsmayıl Hüseynovun əmək pensiyasından tutulur.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu xanım vəkil barəsində Xaçmaz RPŞ-nin istintaq bölməsində də cinayət işi açılıb, istintaq davam edir. O, 10 iyun 2023-cü il tarixində Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən İmran Bahadırova məxsus bağ sahəsinə gedərək ona hücum edib və müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bənzər hadisə 2 ay sonra 8 avqust 2023-cü ildə də təkrar baş verib. Bu dəfə Sevil Hacıyeva yenidən həmin bağ sahəsinə gedərək İmamverdiyev İsmət Tahir oğluna hücum edib və həmin şəxsə də müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla əlaqədar olaraq AZ Res.CM-nin 128-ci maddəsi ilə cinayət işi açılıb. Barəsində cinayət işi davam edən Sevil Hacıyeva şahidlərə müxtəlif təzyiq və təkliflər edərək onları öz ifadələrini dəyişdirməyə təhrik edir.
Qeyd edək ki, sözügedən Sevil Hacıyeva bu müddət ərzində ölkəni tərk etməyə cəhd etsə də, polis əməkdaşları onun hava limanından çıxışını əngəlləyib. Xaçmaz RPŞ-də Sevil Hacıyeva barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Amma istintaqın yekunlaşması ərəfəsində Xaçmaz rayon məhkəməsi rayon polis şöbəsinin bu qərarını ləğv edib.
Fidan Hüseyn
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 2026 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
