Zahid Orucdan SENSASİON ÇIXIŞ- Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək ..
"Vətən müharibəsində Qələbədən sonra Azərbaycanın regional və beynəlxalq siyasi mövqeyi güclənir. Milli Məclisdə “Fransız Polineziyanısının dekolonizasiya hüququ- çağırışlar və perspektivlər” mövzusunda keçirilən növbəti konfrans da dövlətimizin xarici siyasətində ön yerə çıxan yeni strateji kursun-antimüstəmləkiçilik siyasətinin bariz nümunəsidir".
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc “Fransız Polineziyasının dekolonizasiya hüququ – çağırışlar və perspektivlər” adlı konfransda deyib.
Deputatın çıxışının tamamını təqdim edirik:
"Ölkə prezidenti İlham Əliyev müstəmləkəçiliyə qarşı təkcə Qoşulmama Hərəkatında deyil, bütün tribunalarda etiraz səsini ucaldaraq, deyir, sitat: ”Biz Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa edəcəyik”.
İlk növbədə, bir sual yerinə düşür-dünya demokratiyasının mərkəzi sayılan Srasburqun ari irq daşıyıcıları dənizaşırı xalqları, onların çoxəsrlik məhrumiyyətlərini nədən bircə dəfə müzakirəyə çıxarmayıblar? Ölkəmizin mandatını bloklayanlar Milli Məclisinin hazırki tədbirini də yəqin narahatlıqla qarşılayacaqlar. Qlobal iqtisadi-siyasi gündəliyi müəyyənləşdirən birinci sort millətlər 17000 km uzaqlıqda yerləşən əraziləri işğal etdikdən sonra guya indi də ermənilərin azadlığı üçün mübarizəyə başlayıblar.
Avropa Şurasına əbədi ev sahibliyi edən bir ölkənin daxilində bütün siyasi qüvvələrin-ideoloji fərqlərindən asılı olamayaraq, müstəmləkəyə baxışı, istismara münasibəti eynidir- hamısı yekdildir. Üstəlik, Fransanın əleyhdarı olan birlik ölkələri də orta əsr tiraniyasının qalığı olan və dünyada sülhə-təhlükəsizliyə zərbə vuran kolonial üsul-idarəyə etiraz etmirlər. Təkcə bu fakt Avropa paytaxtlarında qurulan siyasi ittifaqların-Avropa Şurası və Avroparlamentin, Avropa Məhkəməsinin, UNESKO və onlarla hörümçək toru kimi qurulan siyasi-mədəni birliklərin hamısının bir məqsədə-sümürgəçi imperializmə xidmət etdiyini göstərir.
Bəs xalqların azadlığı haqda amerikalı Tomas Cefersonun və fransız Markiz Lafayetin, Baron Monteskyonun bəlağətli nitqləri necə olsun? Yoxsa, onlar yalnız seçilmiş xaqlar üçündür? Demokratik quruluşlar-öz krallarının başını kəsən, edam gilyotinasını əzilən xalqlara bəxş edən fransızlar Afrikadan, Sakit okeanadək böyük ərazilərdə milyondan artıq insanın azadlıq mübarizəsini eyni üsulla gülləbaran edir, üsyanları qanla boğur, dinc vasitələrlə mədəni işğallar aparırlar. Xatırladaq ki, 1921-cu ildə Fransa müstəmləkəsində yaşayan əhalinin sayı 94 milyondan 1938-ci ildə 110 milyona çatmışdı. İkinci dünya müharibəsindən sonra onların böyük bir hissəsi azadlığına qovuşdu.
Fransanın müasir müstəmləkəçilik siyasəti dənizaşırı əraziləri maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salmaq, təbii sərvətləri talamaq, əhalini işsiz və yoxsul qoymaq, dil, mədəniyyət və təhsil sahəsindəki zorakı tətbiqləri və assimilyasiya siyasəti, nüvə və s. sınaqları ilə əhalinin sağlamlığına və ekologiyaya zərbə vurmaq, qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə müşaiyət olunur.
Əgər Polineziya, yaxud Yeni Kaledoniyada Yelisey hakimiyyətini gül-çiçəklə qarşılayırlarsa, onda nə üçün Makron 22 may 2024-cü ildə təcili səfərindən əvvəl Fransa xüsusi təyinatlı qüvvələrinin böyük bir qrupu Paris hava limanından nümayişkəranə şəkildə müstəqillik tərəfdarlarını boğmağa göndərir? Çünki yaxşı başa düşür ki, əgər təcili tədbir görməsələr, onda azadlıq dalğası bütün okeanətrafı əraziləri bürüyəcək və ötən əsrin 50-ci illərində-de Qoll Fransasındakı kimi, kololoniyalar müstəqilliklərinə qovuşacaqlar.
Paris sərəncamında olan qlobal media, siyasi institutlar, yumşaq güc alətləri, vətəndaş cəmiyyətinin əliylə belə mənzərə yaradır ki, guya dənizaşırı xalqların hamısı inqilab edib 5 respublika quran fransız xalqının dünyəvi gücünə sığınıb könüllü onların hakimiyyəti altına daxil olublar. Fiksiyadır. Dünyada böyük auditoriyası olan “Mond”, yaxud “Fiqaro” səhifələrində siz əzilən xalqların səsini eşitməzsiniz. Onda sual olunur, hanı Avropanın azad mediası? Cavab birdir-Qərbin elektron və çap maşını hakim millətlərin- -titullu xalqların mənafelərinə xidmət edir.
Bütün siyasi sistemin-iqtidarla müxalifətin istismarçı müstəmləkiçiliyə baxışı birdir. Onların hamısı korrupsiyadan həm dövlət, həm də ayrıca şəxslər və siyasi qruplar kimi külli miqdarda qazanırlar. Xatırladaq ki, dünyada nikel ehtyatının 10 faizi Polineziyada yerləşir. Gələcəkdə neft-qaz resursundan xilas olmaq üçün, bərpa olunan enerji ilə çalışan elektromobillərin əsas qüvvəsi məhz nikel olacaqdır. Göründüyü kimi, qiymətli ağ metal bir çox ada dövlətlərinin gününü qara edib.
Hamınız yaxşı xatılayırsınız, Vətən müharibəsindən cəmi 10 gün sonra, 20 noyabr 2020-ci il tarixində Fransa Milli Assambleyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa dair qərar çıxardı, faktiki olaraq, silahlı əməliyyatları dayandırmaq haqda razılığa gələn tərəfləri yenidən müharibəyə sürüklədi. Hətta Ermənistan parlamenti və qatı antiAzərbaycan partiyaları belə müharibənin nəticələrini qəbul etdikləri halda fransız siyasətçilər məğlubiyyətlə barışmırdılar. İndi həmin Fransa parlamenti Yeni Kaledoniyadakı üsyançıları sərt cəzalandırmağı tələb edir, Polineziya təmsilçilərini hava limanından ölkəmizə buraxmır. Deyildiyi kimi, adalarla Paris arasında məsafə 17 min km-dir. Afrika qitəsi ilə də həmçinin. Lakin belə uzaqlıq Fransanın hər il “müstəmləkilik vergisi” adı ilə 400 milyard dollardan artıq qazanmasına mane olmur.
Ötən il Afrikada-Nigeriyada fransız tərəfdarı olan marionet rejim devrildi və Parisin dəstəklədiyi çürük üsul-idarə çökdü. Bir satistika çox bariz şəkildə sarsılan fransız dayaqları sübut edir. Belə ki, 1990-cı ildən bəri Saharadan cənubda Afrikayadək baş verən 27 dövlət çevrilişinin 23-ü Frankofoniya əyalətlərində baş verib və avropalı olmayan xalqlar Parisin uzunmüddətli müstəmləkə zülmünü işfa edirlər.
Əvəzində ağdərili cənablar demokratiyadan danışır, digər qitələrdə isə insan kədərindən və qanından gəlir əldə edirlər. Hüquq müdafiəçiləri və liberal media isə Fransa siyasətini pisləyən dövlətləri dərhal “avtoritar” adlandırır,
20 oktyabr 2023-cü ildə Polineziya Müstəqilik Partiyasının təmsilçisi Heynui le Kaill ölkəmizdə səfərdə olarkən deyirdi, sitat:”Biz nüvə silahlarının radiasiyasından bir millət olaraq, çoxlu zəhər udmuşuq və fransız siyasətinin siması budur”.
Fransa daxili işlər naziri Jerar Darmanen 16 may 2024-cü il tarixli müsahibəsində ölkəmizi son hadisələrdə əsassız ittiham edərək deyir r ki, virtual şəbəkələrdə 1500 aktiv hesab müstəmləkə əleyhinə birləşiblər. Niyə də yox! Axı bizim ölkəmiz uzaq ada dövlətlərinə silah, hərbi texnika və casus şəbəbəkəsi ilə gizli maliyyə göndərmir. Biizm mənəvi və siyasi dəstəyimizdən narahat olan Fransa siyasətçiləri və müttəfiqləri Azərbaycanın maliyyə aktivlərini müsadirə etməyə, ölkəmizə qarşı “dişini göstərməyə” çağırışlar edir, az qala Cənubi Qafqaza nüvə silahı tətbiq etməyə çağırırlar. İstismarçılğın ideoloqlarından və xaç analarından biri, Avropaparlamentin üzvü Fransua Bellami bu gün X səhifəsində yazır-Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək? Gördüyünüz kimi, Qarabağa azadlıq tələb edənlər öz müstəmləkələrinə toxunan istənilən qüvvənin fəaliyyətini boğmağa, siyasi və media azadlığını məhv etməyə hazırdılar.
6 iyul 2023-cü il tarixində Fransa müstəmləkiçiliyinə qarşı qələbə paytaxtı Bakıda yaradılan Təşəbbüs qrupu Karib adalarında, cənubi Amerikada, Hind və Sakit okeanlarda ən azı 150 ildən artıq hökm sürən istismar əleyhinə yeni dalğanın başlanğıcıdır. Bu hərəkatın uğurlu olacağına, əzilən xalaqlara nəhayət, layiq olduqları azadlığı bəxş edəcəyinə inanırıq. Biz 44 günlük müharibəni Qələbə ilə başa vurmaqla dünyada əzilən və ya təcavüzə məruz qalan xalqlara parlaq, misilsiz nümunə verdik.
Beləliklə, Polineziyanın müstəqillik uğrunda hərəkatının canlanmasında Azərbaycanın parlaq Qələbəsi mühüm rol oynayır. Qarabağın azadlığı bir əsr əvvəl hərbi canişini polkovnik Şardinye ilə Qafqaza gələn Fransanın sovetlərdən sonra regionu öz koloniyasına çevirməyə çalışmasına ən böyük zərbə Xankəndinin azadlığıdır. Neokolonializm məhvə məhkumdur".
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
4 mart 2026 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
